Məhkəmə qərarları › İş №3(021)-550/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-550/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-550/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Bayram Məhərrəmov Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi, polis mayoru X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun vəkili Vəkil iştirakları ilə xx.xx.1975-ci il tarixdə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işsiz, evli, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 23 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona qəsdən fiziki ağrı yetirmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə RPŞ İTB-nin polis sahə rəisi X5 izahatında göstərdi ki Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Beləliklə, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, zərərçəkmişə anasının həyətin palçıq olmasından narazı olduğunu bildirmiş, bunun qarşılığında zərərçəkmiş ona söymüşdür. O, zərərçəkmişi döydüyünü qəbul etmir, aralarında yaranan mübahisə üçün üzr istədiyini bildirir. Zərərçəkmiş şəxs məhkəmə iclasında bildirdi ki, öz şəxsi evinin həyətində paltar yuduğu üçün Şəxs ona təhqiramiz ifadələr söyləmiş, saçından tutaraq onu döymüşdür. Lakin tərəfər razılığa gələrək, barışmışlar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 23 iyul 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs döyərək ona qəsdən fiziki ağrı yetirmişdir, Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati iş üzrə zərərçəkmiş kimi tanınma haqqında xx.xx.2025-ci il tarixli qərara əsasən Bərdə rayon , Cəyirli kəndində yaşayan Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat materialı üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Bərdə rayon Polis Şöbəsinin Xüsusi rəis müavini, polis mayoru X3 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN № ******* saylı İnzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardada əsasən, Şəxs barəsində tərtib edilmiş protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Bərdə RPŞ-in polis sahə rəisi , polis mayoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025ci il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlaması və inzibati araşdırmanın aparılması haqqında qərardada əsasən, inzibati xəta haqqında iş üzrə icraat başlanmış və inzibati araşdırma aparılmışdır. xx.xx.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, təsviri hissədə göstərilənlərə əsasən əməldə cinayət tərkibi olmaması əsası ilə Şəxs və X7 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya Birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli 428-nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- aın nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədə Şəxs ilə barışdıqlarını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hazırda ona qarşı heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Zərərçəkmiş şəxs ilə barışdığından barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata tərəflərin barışması əsası ilə xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar