Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-551/2022 14.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X17 və barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə doğulmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Cəyirli kəndində yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Xİİİ Tağım YPX isnpektoru polis serjantı X16 tərəfindən 09 mart 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur ondan ötəri ki, Şəxs İXM-nin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsi və ya zərərçəkmiş şəxsə maddi zərərin vurulması halına yol vermişdir. Bununlada o, İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X17 çıxış edərək bildirdi ki, 09 mart 2022-ci il tarixdə saat 13 radələrində Şəxs özünə məxsus «VAZ- 21011” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili ilə Mingəçevir st. Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən hissəsi ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qarşıda sola dönmə əməliyyatı aparmaq üçün hərəkətini dayandırmış X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşmuş, nəticədə özü və idarə etdiyi avtomaşında sərnişin olan X13, X10 və X14, həmçinin X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sürücü X11 və sərnişin X12 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həmçinin hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Tərəfindən baş vermiş hadisə yerinə baxış keçirilmiş, sxem və foto şəkillər çəkilmiş, məhkəmə-tibbi ekspertizası təyin edilmiş, sürücülər sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş, nəticədə X11 barəsində 07 aprel 2022-ci il tarixli cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması və qərarın surəti inzibati tənbeh tədbiri görülməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Hazırda Şəxs barəsində İXM-in 332.4-cü maddəsi ilə Xİİİ Tağım YPX isnpektoru polis serjantı X16 tərəfindən 09 mart 2022-ci il tarixli, İXP № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib edərək məhkəməyə verilmişdir. Zərərçəkmiş şəxslərin Şəxs şikayətləri yoxdur. Odur ki, protokolu müdafiə edərək baxılıb qanuni tənbehin seçilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs özünü törətdiyi əməldə təqsirli bilərək izahatında göstərdi ki, 09 mart 2022-ci il tarixdə saat 13 radələrində özünə məxsus «VAZ-21011” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobili ilə Mingəçevir st. Mingəçevir- Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən hissəsi ilə Bəhrəmtəpə istiqamətində hərəkətdə olarkən qarşıda sola dönmə əməliyyatı aparmaq üçün hərəkətini dayandırmış X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının əvvəlcədən dayandığını görməmiş, saxlancdan istifadə etməsinə baxmayaraq toqquşmuş, nəticədə özü və idarə etdiyi avtomaşında sərnişin olan X13, X10 və X14, həmçinin X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sürücü X11 və sərnişin X12 müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Həmçinin hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Həmin vaxt içkili olmamışdır. Hazırda özünün səhhəti və hadisə vaxtı xəsarət almış şəxslərin səhhəti normalıdır. Maddi imkanı olmadığından zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı ödəməmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayət və tələbi yoxdur. Törədtdiyi əməldən peşmandır. Məhkəmə tərəflərin izahatlarını, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 332.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. İnzibati xəta haqqında 09 mart 2022-ci il tarixli, İXP № ******* saylı protokoldan müəyyən olunur ki, Şəxs 09 mart 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində idarə etdiyi «VAZ-21011” minik markalı, **-BG-*** d.q.n.n-lı avtomobillə yol hərəkəti qaydalarını pozaraq X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində özü və idarə etdiyi avtomaşında sərnişin olan X13, X10 və X14, həmçinin X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sürücü X11 və sərnişin X12 müxtəlif dərəcəli bədən xəsarətləri almasına görə barəsində İXM-in 332.4-cü maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş: Xİİİ Tağım YPX isnpektoru polis serjantı X16 tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli, İXP № ******* saylı protokolda göstərilmişdir ki, Şəxs 09 mart 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisində idarə etdiyi «VAZ-21011” minik markalı, **- BG-*** d.q.n.n-lı avtomobillə yol hərəkəti qaydalarını pozaraq X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla toqquşması nəticəsində özü və idarə etdiyi avtomaşında sərnişin olan X13, X10 və X14, həmçinin X3 idarə etdiyi VAZ 217250 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşında sürücü X11 və sərnişin X12 müxtəlif dərəcəli bədən xəsarətləri almasına onun barəsində İXM-in 332.4-cü mаddəsi ilə protokol tərtib edilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 351 və 352 saylı, 07.04.2022-ci il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından müəyyən edilir ki, hər iki sürücünün sərxoşluq əlaməti aşkar olunmamışdır. X2 Şəhadətnaməsinin surətindən «VAZ-21011” minik markalı, **-BG-*** d.q.n.n-lı minik markalı avtomobil Şəxs mülkiyyətindədir. X2 Şəhadətnaməsinin surətindən VAZ 217250 markalı ** BM *** d.q.n.n-lı minik markalı avtomobil X1 mülkiyyətindədir. Nəqliyyat Vasitələrindən istifadə edilməsi haqqında Etibarnamənin surətindən görünür ki, X4 tərəfindən X6 VAZ 217250 markalı ** BM *** .q.n.n-lı minik markalı avtomobili idarə etmək hüququ verilmişdir. Məhkəmə tibbi- ekspertizasının 19.03.2022-ci il tarixli 172 saylı Rəyindən görünür ki, X3 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sağ baldır nahiyyəsinin sıyrığı küt əşynın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi- ekspertizasının 18.03.2022-ci il tarixli 175 saylı Rəyindən görünür ki, X12 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol diz oynağı nahiyyəsinin sıyrığı, əzilməsi küt əşynın təsirindən törənmişdir, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi- ekspertizasının 19.03.2022-ci il tarixli 177 saylı Rəyindən görünür ki, Şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alının sol yarısının sıyrığı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sürücü olmaqla törənə bilər, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi- ekspertizasının 19.03.2022-ci il tarixli 178 saylı Rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alının sağ yarısında tüklü hissəyə keçən nahiyənin, sağ baldırın aşağı 1/3-nin ön səthinin sıyrıqları küt əşynın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi- ekspertizasının 19.03.2022-ci il tarixli 179 saylı Rəyindən görünür ki, X7 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol baldırın orta 1/3-nin ön səthinin, sağ baldırın yuxarı və aşağı 1/3-nin ön səthinin sıyrıqları küt əşynın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Məhkəmə tibbi- ekspertizasının 19.03.2022-ci il tarixli 180 saylı Rəyindən görünür ki, X8 məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- alının sağ yarısının və burun kökü nahiyyəsinin sıyrıqları küt əşynın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 09.03.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X17 tərəfindən qəbul edilmiş 07 aprel 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X11 barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb olunması və qərarın surəti inzibati tənbeh tədbiri görülməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. İXM-in 332.4-cü maddəsinə əsasən, bu Məcəllənin 332.2-ci maddələrində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İş materialına əlavə olunmuş ilkin qiymətləndirmə aktından görünür ki, bVAZ-217250 markalı **-BM-*** nömrıli avtomobilə dəymiş ziyan ümumi məbləği 6162 manat təşkil edir. Məhkəmə, məhkəmə iclasında verilmiş izahatlara və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 332.4-cü mаddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə tоplаnmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddələrində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddələrində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. Həmin Məcəllənin 31.2-ci maddələrində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmçinin məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən, Şəxs inzibati tənbeh tətbiq edərkən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs həmin maddə ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində cərimə tənbehi tətbiq edilməsi ilə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 43,112,114,115,117,128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü mаddəsi ilə təqsirli bilinib, barəsində 400 (dörd yüz) manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş, zərəşəkmiş və protokol tərtib etmiş şəxslərə göndərilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-551/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-551/2022
14.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver