Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-551/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə materiala baxaraq MÜƏYYƏN ETDİ: Bərdə rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Zərərçəkmiş şəxs yaşadıqları evdə aralarında olan mübahisə zamanı döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs maddi imkanı olmadığından dövlət hesabına ona vəkil təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 66.3-ci maddəsinə əsasən maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxsə Dövlət Büdcəsinin vəsaitləri hesabına vəkil təyin edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası CPM-nin 66.3-cü maddəsini əldə rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ Barəsində inzibati icraat aparılan Şəxs Bərdə Rayon Vəkil Bürosu vasitəsilə müdafiəçi təyin edilsin. Qərarın surəti icra üçün Bərdə rayon Vəkil Bürosuna göndərilsin. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-551/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-551/2025
23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver