Məhkəmə qərarları › İş №3(021)-552/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-552/2021

02.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-552/2021 02.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında protokoldan X1 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında protokoldan görünür ki, Bərdə rayon Qarağacı kənd sakini X4 məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, 22 aprel 2021-ci il tarixdə Yevlax-Xocalı-Laçın yolunun 19 km-liyində ona məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman qanunsuz olaraq barəsində 22 aprel 2021-ci il tarixli EQ- 6227327 nömrəli inzibati həta haqqında protokolu ilə Azərbaycan Respubliksı İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsi ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə olunmuşdur. Həmçinin 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında protokolu ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 (qırx) manat məbləğində cərimə olunmuşdur. X1 həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verərək, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli İnzibati Xəta haqqında protokollarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X3 məxsus olan JACT 6 Minik markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 22 aprel 2021-ci il tarixli EQ-6227327 nömrəli inzibati xəta haqqında protokol tərib edilmişdir və ona qanunsuz olaraq cərimə edilmişdir. Saatda 80 km olan yerdə onun 106 km-lə radara düşüb. Bu minvalla ona 150 manat cərimə yazıblar. Bu məsələni aydınlaşdırmaq üçün 03 may 2021-ci il tarixdə Yevlax-Ağdam- Laçın yolu üzərində yerləşən Yol Patrul xidmətinin postuna müraciət edib. Ona qarşı qərəzli cərimənin hansı səbəblə yazıldığını soruşduqda, ona kobud cavab veriblər. Bunun üçün də o postdan çıxıb yoluna davam etdiyi zaman ona 03 may 2021-ci il tarixdə yenidən 40 manat məbləğində cərimə yazıblar. Odur ki, Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında protokollarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq X1 və Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən şəxslərin gəlməmələrinin səbəbləri araşdırılır və həmin şəxslərin iştirakı olmadan işə baxılma və ya işə baxılmanın başqa vaxta keçirilməsi məsələsi həll edilir. Məhkəmə, iş materiallarını əlavə edilmiş sənədləri araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin edilməməlidir. Həmçinin, məhkəmə qeyd edir ki, hazırki iş üzrə icraata xitam verilməsi üçün İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. Lakin, hazırki iş üzrə işin hallarının hərətəfli, tam və obyektiv araşdırılmasına maneəçilik törədəcək dərəcədə inzibati xətalar qanunvericiliyinin tələblərinin pozuntusu müəyyən olunmamışdır. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 134-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında ola qərardır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin 22 aprel 2021-ci il tarixli EQ-6227327 və 03 may 2021-ci il tarixli EQ-6316878 nömrəli inzibati xəta haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində işə baxan bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar