Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-553/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X9 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X6 iştirаkı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin 02.09.2021-ci il tarixli, MN № ******* saylı qərarından X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin 02.09.2021-ci il tarixli, MN № ******* saylı qərarı ilə X5 Azərbaycan Respublikası İXM-in 272.3-cü maddəsi ilə təqsirli bilinib, 1000 (bir min) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X5 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin 02.09.2021-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin MN № ******* saylı, 02.09.2021ci tarixli qərarı qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və o, inzibati xəta hadisəsi törətmədiyindən inzibati xəta materialına xitam verilməlidir. Belə ki, o, 26 iyul 2021-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığında özünə məxsus Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla hərəkətdə olarkən tanımadığı 2 nəfər gənc şəxslər ona əl edərək saxlamasını xahiş etmişlər. Kömək məqsədi ilə avtomobili saxlamış və onlar əllərində olan 1 ədəd akkumulyator və 1 ədəd balıq tutmaq üçün düzəldilmiş qarmağı onun avomobilinə qoymuşlar. Həmin tanımadığı 2 nəfər şəxsi Nəcəfqulubəyli kəndi ərzasinə aparıb əşyaları ilə birlikdə düşürtmüşdür. Bir neçə gün sonra ona məlum olmuşdur ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsi tərəfindən barəsində protokol tərtib edilmiş və həmin protokol üzrə qərar qəbul edilərək 1000 manat cərimə edilmişdir. Balıq ovu ilə heç bir əlaqəsi olmadığından onun ov qaydalarının kobud şəkildə pozulması ilə əlaqədar barəsində İXM-nin 272.3-cü maddəsi ilə protokol tərtib edilərək cərimə olunması qanuna ziddir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin əməkdaşları onun barəsində qərəzli şəkildə protokol tərtib edərək cərimə etmişlər və hansı səbəbdən cərimənin yazıldığını soruşduqda isə kobud şəkildə cərimənin ödənilməsini tələb edilər. Qeyd lunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək bildirdi ki, İdarəyə çağrılmış və İdarənin rəisi ona bildirmişdir ki, izahat yaz ki, balıq tutmusan, buna görə heçnə olmayacaq, işi bağlayaq. Onun sözünə inanıb və aldanıb balıq tutması barədə izahat yazmışdır. Halbu ki, o, qanunsuz balıq ovu ilə məşğul olmamışdır. Şikayətinin əsaslandırdığı hallara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin rəisi X14 tərəfindən barəsində qəbul edilmiş MN № ******* saylı, 02.09.2021-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün məhkəmədən onun icraatına xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 göstərdi ki, Şöbəyə qanunsuz balıq ovlanması barədə məlumat daxil olmuşdur. Şöbənin əməkdaşları tərəfindən reyd keçirilmiş, lakin həmin şəxslərin müəyyən edilərək saxlanılması mümkün olmamışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, balıq ovlayan şəxslər niva markal avtomaşına minib qaçmışlar. Həmin avtomaşının kimə məxsusluğu araşdırılarkən, Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının X4 məxsus olduğu müəyyən edilmişdir. X2 çağrılmış və o izahat verərək qanunsuz balıq ovu ilə məşğul olmasını etiraf etmişdir. Hesab edir ki, X3 şikayəti əsassızdır və qərar ləğv edilməməlidir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin 02.09.2021-ci il tarixli, MN № ******* saylı qərarı ləğv edilməli və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 07347551 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 13.01.1957-ci ildə Bərdə rayonu, Kərimbəyli kəndində doğulmuşdur, həmin ünvanda qeydiyyatdadır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin məsləhətçi müfəttişi X8 inzibati xəta haqqında MN № ******* saylı, 28.07.2021-ci tarixli protokolun surətindən görünür ki, X5 26.04.2021-ci il tarixdə saat 03:00 radələrində Kür çayının Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığından keçən hissəsində rezin qayıq vasitəsilə daxil olub domca vasitəsi ilə icazə almadan ov qaydalarını pozaraq qanunsuz balıq ovladığı üçün İXM-nin 272.3-cü maddəsi ilə barəsində protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin rəisi X10 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 02.09.2021-ci tarixli qərarın surətindən görünür ki, X5 28.07.2021-ci il tarixli, MN № ******* saylı protokolla “26.04.2021-ci il tarixdə saat 03:00 radələrində Kür çayının Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığından keçən hissəsinə qanunsuz daxil oub ov qaydalarını pozub balıq ovladığı üçün İXM-nin 272.3-cü maddəsi ilə 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İşdə olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsi tərəfindən tərib edilmiş 26 aprel 2021-ci il tarixli Aktdan görünür ki, 9 saylı X16 Təbii Sərvətlər İdarəsinə verilmiş şifahi məlumat (Kür çayının Bərdə rayonu Nəcəfqulubəyli kəndi ərazisindən keçən hissəsində Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin vasitəsi ilə kür çayından 2 nəfər şəxsin qanunsuz balıq ovu etməsi barədə) əsasında həmin əraziyə 26.04.2021-ci il tarixdə saat 01:25 radələrində tərəflərindən keçirilən reyd zamanı Bərdə rayonu Nəcəfqulubəyli kəndi ərazisində Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşının qanunsuz balıq ovu edən 2 nəfər şəxsi balıq ovladıqları ərazidən ov predmetləri ilə birlikdə götürdüyünü müşahidə etmişlər. Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, baxış zamanı avtomobildə sürücüdən başqa heç kim olmamış və balıq ovunda istifadə olunan predmetlərin olmadığı müəyyən edilmişdir. Avtomobilin sahibi X5 həmin şəxsləri tanımadığını qeyd etmişdir. İşdə olan X3 28.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin rəisi Elnur Cəlilova verdiyi izahatdan görünür ki, X5 görmə qabiliyyəti zəif olduğu üçün izahat onun tərəfindən yazılmamış və o, qanunsuz balıq ovu etdiyi barədə etirafedici izahata imza etmişdir. X1 26.04.2021-ci il tarixdə gecə saatlarında Niva markalı ** BP *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşınla Bərdə rayonu Nəcəfqulubəyli kəndi istiqamətində hərkətdə olarkən əkin suvarılmasından gələn həmin şəxsləri avtomobilə götürmüş, lakin həmin şəxsləri tanımadığı qeyd edilmişdir. İşin materiallarında müəyyən edilir ki, X5 26.04.2021-ci il tarixdə saat 03 radələrində Kür çayının Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığından keçən hissəsinə qanunsuz daxil olub ov qaydalarını pozub balıq ovladığı üçün İXM-nin 272.3-cü maddəsi ilə barəsində MN № ******* saylı, 28.07.2021-ci tarixli protokol tərtib edilmiş və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin rəisi X10 inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 02.09.2021-ci tarixli qərarı ilə 1000 manat məbləğində inzibati qaydada cərimə tənbehi edilmişdir. İXM-in 541-ci maddəsinə əsasən, ətraf mühitin mühafizəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının qanuni tələblərinin və ya qərarlarının yerinə yetirilməməsinə görə-fiziki şəxslər altı yüz manatdan doqquz yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə ilk növbədə qeyd edir ki, X3 26.04.2021-ci il tarixdə saat 03 radələrində Kür çayının Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığından keçən hissəsinə qanunsuz daxil olub ov qaydalarını pozub balıq ovlaması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinə çağrılması və idarənin rəisinin göstərişi ilə balıq tutması barədə izahat yazması xüsusatı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X11 tərəfindən mübahisələndirilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, İXM-nin 272.3-cü maddəsinə əsasən, ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə inzibati məsuliyyət müəyyən edir. X5 barəsində qərar qadağan edilmiş alətlərlə əlaqədar qəbul olunmuşdur. Qadağan olunmuş alətin isə tor olduğunu göstərmişlər. Lakin həmin torun məhz nə X5 tərəfindən gətirilməsi müəyyən olunmur, nədə ki, X5 öz izahatında etiraf etmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İXM-nin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. İXM-nin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, X3 Kür çayının Bərdə rayonu, Nəcəfqulubəyli kəndinin yaxınlığından keçən hissəsinə qanunsuz daxil olub ov qaydalarını pozduğu sübut olunmadığından barəsində inzibati məsuliyyətə cəlb oluna bilməz və onun barəsində başlanmış inzibati material üzrə icraata xitam verməlidir. Belə olan halda X3 təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki şikayət təmin edilməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 Təbii Sərvətlər İdarəsinin inzibati tənbeh vermə haqqında 02.09.2021-ci tarixli, MN № ******* saylı X3 1000 manat məbləğində cərimə edilməsi barədə qərarı ləğv edilməli, X3 barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı X16 təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında 02.09.2021-ci tarixli, MN № ******* saylı qərarı ləğv edilsin. X3 barəsində İXM-in 272.3-cü mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-553/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-553/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver