Məhkəmə qərarları › İş №3(021)-553/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-553/2025

23.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-553/2025 23.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X4, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, müdafiəçi Vəkil iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, orta təhsilli, təqaüdçü, Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi, C.Naxçıvanski adına Hərbi-Liseydə qeydiyyatda olan, hazırda Bərdə şəhəri, X11 küçəsi ev 50 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 tərəfindən 23 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Bərdə Rayon Məhəməsinin xx.xx.2016-cı il tarixli, 2(021)-3856/2016 saylı icra sənədinə əsasən Şəxs bir uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay qazancının və ya valideynlərinin başqa gəlirlərinin dörddə biri həcmində aliment alınaraq tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi ilkin olaraq Səbail Rayon İcra və Probasiya Şöbəsinin icraatında olmuş, sonradan aidiyyəti üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə göndərilmişdir. Protokol üzrə borclunun 1794 manat borcu yaranmışdır. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmənin verdiyi suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 bildirmişdir ki, mütəmadi olaraq borclunun aliment öhdəlikləri onun əmək haqqına yönəldilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs sonradan 2025-ci ilin yanvar ayından ehtiyyata buraxılaraq, təqaüdə çıxmış, təqaüdə çıxdıqdan sonra onun təqaüdünə yönəldilmə edilsə də, texniki səbəblərdən vəsait tələbkarın hesabına köçürülməmişdir. Məhkəmənin verdiyi suallara cavab olaraq inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X8 bildirmişdir ki, 2025-ci ilin yanvar ayından sonra yaranmış borcla bağlı borcluya xəbərdarlıq edilməsi ilə bağlı hər hansı sənəd icra işinin materiallarında mövcud deyil. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərmişdir ki, müvafiq icra sənədinə əsasən tələbkar X6 aliment borcu yaranmışdır.Həmin icra sənədi üzrə aliment borcu aylıq olaraq 2016-cı ildən 2025-ci ilin yanvar ayınadək onun əmək haqqından dörddə bir hissəsindən tutularaq tələbkar X6 ödənilmişdir. 2025-ci ilin yanvar ayından ehtiyyata buiraxılmış və təqaüdə çıxmışdır. Aldığı təqaüdün məbləği təxminən 1200 manatdır. Təqaüdə çıxdıqdan sonra ona borcla bağlı heç bir bildiriş göndərilməmiş və borcdan məlumatsız olmuşdur. Qeyd edilən səbəbdən özünü təqsirli bilmir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi Vəkil göstərmişdir ki, 2016-cı ildən 2025-ci il tarixinədək müvafiq aliment öhdəliyi üzrə borc Şəxs əmək haqqından aylıq tutularaq tələbkara ödənilmişdir. 2025-ci ilin yanvar ayından sonra isə Şəxs aliment borcu ilə əlaqədar heç bir bildiriş əldə etməmişdir. Odur ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilsin. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib və iş üzrə materialları nəzərdən keçirdərək hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından icraata xitam verilməli və inzibati qaydada məsuliyyətdən azad olunmalıdır. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(021)-3856/2016 nömrəli icra sənədindən görünür ki, Şəxs 11 dekabr 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşınadək saxlanılması üçün hər ay qazancının və ya valideynlərinin digər gəlirlərindən dörddə bir hissəsi həcmində aliment tutularaq tələbkar X3 xeyrinə ödənilməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bakı şəhəri Səbail Rayonu İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş ”icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə” xx.xx.2018-ci il tarixli qərardan görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(021)-3856/2016 saylı icra sənədi icra olunması üçün Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmışdır. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin 27 avqust 2019-cu il tarixli №53100/06 Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin 703 saylı Hərbi hissəninə etdiyi müraciətindən görünür ki, Bərdə Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(021)-3856/2025 saylı icra sənədinin icrası üçün X1 əmək haqqından dörddə bir həcmində tutularaq tələbkar X7 ödənilsin. İnzibati işin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirliyin 703 nömrəli Hərbi hissəsinin xx.xx.2019-cu il tarixli,№5619 saylı Bərdə Rayon İcra və Probasiya Şöbəsinə edilmiş cavab məktubundan görünür ki, X1 aylıq əmək haqqından 25% tutularaq hər ay X3 müvafiq bank hesabına köçürülür. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya Şöbəsi tərəfindən tərtib edilmiş 23 iyul 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli icra sənədinə əsasən 1794 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 14 iyul 2016-cı il tarixli 2(021)-3856/2016 saylı icra sənədinə əsasən yaranmış borcun ödənilməsi onun əmək haqqına yönəldilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar üzrə icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, tələbkar 1297.66 manat məbləğində pensiya alır. Borclunun aliment üzrə öhdəliyinin onun pensiyasına yönəldilməməsi, borcunun olması barədə ona hər hansı xəbərdarlığın edilməməsi şəxsin əməlində inzibati xəta tərkibini istisna edir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən bu halların mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs əməlində İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar