Məhkəmə qərarları › İş №3(021)-554/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-554/2022

22.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-554/2022 22.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Barəsində inzibati icraat aparılan Şəxs iştirakı ilə, xx xxxx 1975-ci il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, işsiz, subay, Bərdə şəhəri A. Əhmədov küçəsi, məhlə 10 ev 4-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 15 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 15 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, o, 14 aprel 2022-ci il tarixdə saat 14 raddələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pramida” marketdən 80-90 manat dəyərində təmizləyici vasitələr oğurlamışdır. Bununla da İnzibati Xətalar Məcəlləsinin 227-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 15 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon X7 Təhlükəsizlik Bölməsinin sahə rəisi X5 bildirdi ki, Şəxs Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pramida” marketdən 80-90 manat dəyərində təmizləyici vasitələr oğurlamışdır. Məhkəmədən Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs protokol barəsində əsasız tərtib edilmişdir, o həmin vasitələri o oğurlamayıb. Ona saxlanılması üçün verildiyini bildirmişdir. Protokolun ləğv olunmasını xahiş etdi. İş materiallarında olan 526 saylı 14 aprel 2022-ci il tarixli protokoldan görünür ki, Şəxs 14 aprel 2022-ci il tarixdən saat 16:00-dan tutulmuşdur. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 14 aprel 2022-ci il tarixdə saat 14 raddələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən “Pramida” marketdən 80-90 manat dəyərində təmizləyici vasitələr oğurlaması qeyd edilsə də, hazırki iş üzrə zərərçəkmiş şəxs tanınmamış, zərərçəkmiş şəxs qismində izahatı alınmamış, şahidlərin dairəsi müəyyən edilməmiş və eləcə də iş materiallarına konkret sübutlar əlavə edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X6 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X6 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. Şəxs məhkəmə iclas zalından dərhal azad edilsin. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar