Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-555/2025 24.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, zərərçəkmiş şəxs X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Təbriz küçəsi ev 21-də qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci və 510–cu maddələri ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində mobil telefonda ünvanlı və ünvansız nəlayiq ifadələr işlətmişdir. Polisin xəbərdarlıqlarına tabe olmayaraq poilisə qarşı tabesizlik göstərmişdir. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin polis sahə rəisi X6 məhkəmə iclasında göstərdi ki,23 iyul 2025-ci il tarixdə polis əməkdaşları Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində xidmətdə olarkən bir nəfər şəxsin mobil telefonla danışaraq ünvanlı və ünvansız nəlayiq ifadələr vəə söyüşlər işlədərək ictimail qaydanı və ictimai asayişi pozduğu müəyyən edilmişdir. Dərhal həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etməklə onu sakitləşdirərək , nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs adının Qaçay olduğunu bildirməklə yenə də nəlayiq ifadələr və təhqiramiz sözlər işlətmişdir.Polis əməkdaşları həmin şəxsə Azərbaycan Respublikası İXM_nin 510-cu maddəsi ilə inzibati protokol tərtib olunacağı bildirilmişdir. Bu zaman Qaçay onun barəsində heç kimin protkol yaza bilməyəcəyini deyərək həmin ərazidən qaçaraq uzaqlaşmağa çalışmış, həmin vaxt polis əməkdaşları həmin şəxsi saxlayaraq polis şöbəsinə dəvət etmək istəsələr də o əl-qol hərəkətləri edərək narazı şəkildə polis şöbəsinə gəlməyəcəyini bildirmişdir.Həmin vaxt orada inzibati xəta törədən şəxsin baldızı Lamiyə adlı qadın da olmuşdur. Onu dəfələrlə nizam intizama dəvət etsələr də edilən xəbərdarlıqlara məhəl qoymayaraq qərəzli olaraq ictimai qaydanı kobud şəkildə pozaraq qanuni tələblərinə tabe olmayaraq əl-qol hərəkətlərinə davam edərək yenidən qaçmağa cəhd etsədə polis əməkdaşları tərəfindən saxlanaraq polis şöbəsinə gətirilmişdir. Buna görə də Şəxs oğlunun barəsində xx.xx.2025ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokolu tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs göstərmişdir ki, 23 iyul 2025-ci il tarixdə saat 11:25 radələrində gözündən əməliyyat olunmalı olduğu üçün göndəriş almaq məqsədi il Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində yerləşən Mərkəzi Rayon Xəstəxanasına gəlmiş, avtomobilini xəstəxananın qarşısında saxlamışdır. Avtomobildə şəxsiyyət vəsiqəsi axtarmış, tapmadığı üçün maşının arxa oturacağına baxan zaman mülki geyimdə olan şəxsin onun avtomobilinə baxdığını görmüş, həmin şəxsə nə üçün baxdığını soruşduqda vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmiş, lakin adını söyləməmişdir. Polis əməkdaşı ona Bərdə rayon Polis Şöbəsinə getməli olduqlarını bildirmiş, o heç bir etiraz etmədən razılaşmışdır. Bu zaman polis əməkdaşlarından bir nəfər onun avtomobilində əyləşmiş, birlikdə Polis Şöbəsinə gəlmişlər. avtomobildən düşərkən polis əməkdaşı onunla kobud rəftar edərək telefonunu əlindən almışdır.Polis Şöbəsinin inzibati binasına daxil olmuşlar. Onu balaca bir otaqda saxlamışlar. Sonra məhkməəyə gəitirilmişdir, Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 göstərmişdir ki,23 iyul 2025-ci tarixdə Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində saat 11:25 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının həyətində xidmətdə olarkən bir şəxsin ünvanlı və ünvansız nalayiq ifadələr işlətdiyini eşitmişdir. Həmin şəxsin avtomobilinə yaxınlaşaraq şəxsdən avtomobildən aşağı düşməsini xahiş etmişdir. Şəxsə xidməti vəsiqəsini təqdim edərək polis əməkdaşı olduğunu bildirmişdir.Təsadüfən avtomobilin arxasında bir xanım görmüşdür.Xanım ilə söyüş söyən şəxs hər ikisi avtomobilin arxa oturacaqlarında əyləşdiyi üşün şəxsin xanıma qarşı hər hansı qanunsuz əməlinin olmasından çübhələnmişdir.Xanıma özünü təqdim etməsini xahiş etmiş,lakin xanım xanım özü barədə məlumat verməmişdir. Nəticədə məsələni aydınlaşdırmaq üçün hər iki şəxsi polis şöbəsinə dəvət etmişdir.Söyüş söyən şəxsə ilk olaraq ona yaxınlaşdıqda,həmçinin şöbəyə dəvət etdikdə şəxs ünvanlı nalayiq ifadə və söyüşlərdən istifadə etmişdir.Polis Şöbəsinə şəxsi gətirərkən şəxs polis əməkdaşlarına qarşı yenidən nalayiq ifadə və söyüşlər işlətmişdir. Şöbədə olarkən həmin şəxsin Şəxs olduğu müəyyənləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 göstərmişdir ki, Şəxs onun bacısının əridir. 23 iyul 2025-ci il tarixdə Bərdə şəhəri, Üzeyir Hacıbəyli küşəsində Bərdə Rayon Mərkəzi Xəstəxanasına şəkər xəstəliyi ilə əlaqədar anket gətirmək üçün bacısının əri Şəxs zəng edərək onu xəstəxanaya aparmasını demişdir. Qaçay ilə əvvəllər alver etmişlər, Qaçayın ona borcu olmuşdur. Xəstəxananın qarşısında onun avtomobilinə əyləşərək söhbət edən zaman tanmadıqları şəxs avtomobilə yaxınlaşaraq içəri boylanmış, Qaçay avtomobilin qapısını açaraq şəxsdən nə istədiyini soruşmuşdur. Şəxs ondan avtomobildən aşağı düşməsini tələb etmişdir. Avtomobildən kənara onu çağıraraq özünün xidməti vəsiqəsini təqdim etmiş və polis əməkdaşını olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşı onlardan polis şöbəsinə getməyi tələb etmişdir. Polis Şöbəsinə gələrkən polis əməkdaşı Qaçayın avtomobilindən onun telefonu götürmüşdür. Bu zaman Qaçay ondan telefonu yerinə qoymağı xahiş etmişdir. Polis əməkdaşı buna məhəl qoymayaraq telefonu götürmüşdür. Beləliklə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Qaçay nalayiq ifadə və ya söyüş işlətməmiş və polis əmədaşının göstərişlərinə tabe olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis X1 Bölməsinin sahənin polis nəfəri, polis baş serjantı X5 göstərmişdir ki, 23 iyul 2025-ci il tarixdə saat 11:25 radələrində, Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində Bərdə Rayon Polis X1 Bölməsinin əməkdaşları Elvin Teymurzadə və Alı Əlizadə ilə birlikdə xidmətdə olarkən bir nəfər şəxsin mobil telefonla danışaraq ünvanlı və ünvansız nalayiq ifadələr və söyüşlər işlədərək ictimai qaydanı pozduğunu müəyyən etmişdir. Ona yaxınlaraq onu nizam-intizama dəvət etmişdir.Qaçay adlı şəxs əməkdaşların çağırışlarına məhəl qoymaraq nalayiq ifadələrdən istifadə etməyə davam etmişdir. Polis Şöbəsində onun-Bərdə rayonu, Təbriz küçəsində qeydiyyatda olan Şəxs olduğu müəyyən edilmişdir Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 510-cu madddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görəfiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq və polis işçisinin qanuni tələbinə qəsdən tabe olmama növündə inzibati xətaları törətməsi sübuta yetirilməmiş, ünvansız nalayiq ifadələr işlətməsi və polisin qanuni tələbinə riayət etməməsi faktları öz təsdiqini tapmamışdır. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu və 353.1-ci maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs – Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələri ilə nəzərdə tutulan inzibati xətaları törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs dərhal məhkəmə iclas zalında azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-555/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-555/2025
24.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver