Məhkəmə qərarları › İş №3(021)-558/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-558/2021

24.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-558/2021 24.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X6 oğlunun, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X7, İnzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X4, Zərərçəkmiş şəxslər X21 və X15, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1989-cu ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, subay, Bərdə şəhəri, Cavanşir küçəsi, ev 30 qeydiyyatda olan və yaşayan barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında materiallara Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İş materiallarından görünür ki, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 08 may 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti bina 156-nın qarşısında X11 avtomobilindən 300 manat dəyərində maqnitofon oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 12 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Ü,Hacıbəyov küçəsində yerləşən “Damla” gözəllik salonundan 01 ədəd su motoru və hidrofonu oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 18 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan X10 evindən 90 manat dəyərində oğurluq etmişdir. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25 mart 2021-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasından LG-30 markalı kondisionerin içlik hissəsini oğurlamışdır. Bundan başqa, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 16 aprel 2021-ci il tarixdə X16, 50 manat məbləğində pulunu onlayn ödəniş sistemi vasitəsilə mənimsəmişdir. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X6 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 08 may 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti bina 156-nın qarşısında X11 avtomobilindən 300 manat dəyərində maqnitofon oğurlaması səbəbindən tərtib edilmişdir. Bundan başqa bir çox əməllərdə də Şəxs oğlu şübhələnir. Lakin hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokollar tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X1 izahat verib bildirdi ki, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki Şəxs oğlu 16 aprel 2021-ci il tarixdə X12, 50 manat məbləğində pulunu onlayn ödəniş sistemi vasitəsilə oğurlaması səbəbindən tərtib edilmişdir. MN1135588 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 25 mart 2021-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasından LG- 30 markalı kondisionerin içlik hissəsini oğurlaması səbəbindən tərtib edilmişdir. Belə hallar olduqca çoxdur. Hal-hazırda araşdırma gedir. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında hazırki inzibati iş üzrə inzibati qaydada protokol tərtib etmiş inzibati qaydada protokol tərtib etmiş Bərdə rayon Polis X2 Bölməsinin sahə rəisi X13 izahat verib bildirdi ki, MN1135590 saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 18 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan X10 evindən 90 manat dəyərində oğurluq etmişdir. Habelə MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu 12 aprel 2021-ci il tarixdə Bərdə şəhər, Ü,Hacıbəyov küçəsində yerləşən “Damla” gözəllik salonundan 01 ədəd su motoru və hidrofonu oğurlamışdır. Məhkəmədən Şəxs oğlu barəsində inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxslər X21 və X24 izahat verib bildirdilər ki, onlara vurulmuş ziyan ödənilməmişdir. Barəsində inzibati icraat aparılan Şəxs haqqında həbs növündə tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdilər. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, 08 may 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti bina 156-nın qarşısında X11 avtomobilindən 300 manat dəyərində maqnitofon, 12 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Ü,Hacıbəyov küçəsində yerləşən “Damla” gözəllik salonundan 01 ədəd su motoru və hidrofonu, 18 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan X10 evindən 90 manat dəyərində, 25 mart 2021-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasından LG-30 markalı kondisionerin içlik hissəsini, 16 aprel 2021-ci il tarixdə X16, 50 manat məbləğində pulunu onlayn ödəniş sistemi vasitəsilə oğurlamışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X11 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 15 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1427 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 07 may 2021-ci il tarixdən 08 may 2021-ci il tarixə keçən gecə Bərdə şəhəri, H.Əliyev prospekti ev 156-da X17 məxsus ** BM *** dövlət nişanlı qara rəngli vaz 21015 markalı avtomobilin salonundan 300 manat dəyərində pioner markalı maqnitofonu oğurlama yolu ilə talamış şəxsin gələcəkdə tapılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün gəbul edilmiş qərarın bir sürəti şöbənin İctimai Təhlükəsizlik Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X22 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1151 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, 16 aprel 2021-ci il tarixdə X16, 50 manat məbləğində pulunu onlayn ödəniş sistemi vasitəsilə oğurlamış şəxs və ya şəxslərin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X2 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı X8 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 07 may 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1298 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, Bərdə rayon Mərkəzi Xəstəxanasının LOR şöbəsinin əvvəlki binasının 3-cü mərtəbəsində 70 manat dəyərində LG-30 markalı kondisionerin içlik hissəsini oğurlamış şəxsin gələcəkdə müəyyən edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati icraat açılması məqsədi ilə qərarın surəti rayon Polis X2 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X9 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 23 aprel 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1172 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş X14 məxsus Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yerləşən fərdi yaşayış evinin həyatyani sahəsinə qanunsuz daxil olaraq evindən təhqiqata məlum olmayan vaxta 01 ədəd 90 manat dəyərində qab qacaq dəstini oğurlayan şəxsin gələcəkdə müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X2 Bölməsinə verilməsi qərara alınmışdır. İş materiallarında olan Bərdə rayon Polis Şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis kapitanı X5 cinayət işi başlanılmasının rədd edilməsi haqqında 27 yanvar 2021-ci il tarixli qərarından müəyyən olunur ki, toplanmış HK-1-1082 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, X19 məxsus “Damla” gözəllik salonundan 85 manat dəyərində su mühərrikini və hidrofonu oğurlamış şəxsin şəxsiyyəti müəyyən edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Bərdə rayon Polis X2 Bölməsinə verilməsi qərara alınmışdır. Məhkəmə iş materiallarında ola sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahaları dinləyərək, belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmiş və bu səbəblə də o, inzibati qaydada məsuliyyətə cəlb edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan subutlarla müəyyən edilmişdir ki, barəsində inzibati icraat aparılan Şəxs 08 may 2021-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospekti bina 156-nın qarşısında X11 avtomobilindən 300 manat dəyərində maqnitofonu, 12 aprel 2021-ci il tarixdə Bərdə şəhəri, Ü,Hacıbəyov küçəsində yerləşən “Damla” gözəllik salonundan 01 ədəd su motoru və hidrofonu, 18 aprel 2021-ci il tarixdə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayan X10 evindən 90 manat dəyərində, 25 mart 2021-ci il tarixdə Bərdə Rayon Mərkəzi Xəstəxanasından LG-30 markalı kondisionerin içlik hissəsini, 16 aprel 2021-ci il tarixdə X16, 50 manat məbləğində pulunu onlayn ödəniş sistemi vasitəsilə oğurlayaraq Azərbayca Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaları törətməsi özünün etirafı, protokol tərtib etmiş polis əməkdaşlarının və zərərçəkmiş şəxslərin izahatları, iş materiallarında olan, məhkəmə baxışında tədqiq edilmiş inzibati xəta haqqında protokollar və digər iş materialları ilə təsdiq olunur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini, nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə həmçinin bildirir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Barəsində inzibati icraat aparılan şəxs Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onun yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq deyildir. Göstərilənlərə əsasən məhkəmə belə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinərək, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün, Bərdə Rayon Polis X2 Bölməsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol üzrə törətdiyi inzibati xətaya görə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.4-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan Şəxs təyin edilmiş inzibati həbs tənbehləri qismən toplanılmaqla, ona qəti olaraq 02 (iki) ay müddətinə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilsin. Barəsində inzibati icraat aparılan Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 23 may 2021-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar