Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-56/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 oğlunun iclas katibliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X1, inzibati xəta törədən Şəxs oğlunun iştirakları ilə, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsi tərəfindən daxil olmuş, Şəxs oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə işin baxılmağa hazırlanması zamanı materialı araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsi Şəxs oğlu barəsində İXM-in 602.4-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol ona görə tərtib olunmuşdur ki, Ədliyyə Nazirliyinin KY ********* sayli Çıxarışına əsasən 12.01.2021-ci il tarixdə Bərdə rayon Böyük Göyüşlü kəndində fəaliyyət göstərən Şəxs oğluna məxsus mağazada plandan kənar YTM-nə keçirilməsinə şərait yaradılmamış, tələb edilən sənədlər təqdim edilməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndəsi X3 izahatında bildirdi ki, Şəxs oğluna məxsus mağazada yoxlama keçirmək üçün plandan kənar yoxlama qərarını təqdim etmişlər, lakin o, sənədləri təqdim etməyərək yoxlama keçirilməsinə şərait yaratmamışdır. Obyektin qarşısında benzinin isə ona məxsus olmadığını anasına məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs oğlu izahatında bildirdi ki, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin əməkdaşları ona yaxınlaşaraq sənəd göstərib bildirmişlər ki, benzinə görə ondan şikayət vardır. O, isə bildirmişdir ki, benzin ona deyil, anasına məxsusdur. Ancaq onlar ona məhəl qoymamşlar. Məhkəmə işdə iştiirak edən şəxsləri dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, Şəxs oğlu İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, inzibati materiala əlavə edilmiş 12.01.2021-ci il tarixli, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs oğlu Ədliyyə Nazirliyinin KY ********* sayli Çıxarışına əsasən 12.01.2021-ci il tarixdə Bərdə rayon Böyük Göyüşlü kəndində fəaliyyət göstərən Şəxs oğluna məxsus mağazada plandan kənar YTM-nə keçirilməsinə şərait yaradılmamış, tələb edilən sənədlər təqdim edilməmişdir. İnzibati materiala əlavə edilmiş 12.01.2021- ci il tarixli Aktdan görünür ki, Şəxs oğlu Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin X4 Yanğın Nəzarəti İdarəsinin nümayəndələri tərəfindən 11.01.2021-ci il tarixdə plandankənar yanğın- texniki müayinə keçirilməsi zamanı Bərdə Bərdə rayon Böyük Göyüşlü kəndində yerləşən özünə məxsus obyektə buraxılmasına icazə verməmiş və heç bir sənəd təqdim etməmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsində göstərilmişdir ki, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati işin materiallarından Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs oğlunun Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetir. Şəxs oğlunun törətdiyi inzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki təqsirli bilindiyi Azərbaycan Respublikasının İXM-nin 602.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,112,114,115,117,602 -ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs oğlu (VÖEN **********) İXM-in 602.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinib, barəsində 1000 (bir min) AZN cərimə inzibati cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti inzibati xəta törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-56/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-56/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver