Məhkəmə qərarları › İş №3(021)-561/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-561/2022

18.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-561/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi X3, Müslümova Zərərçəkmiş şəxs, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Bərdə şəhərində doğulmuş, orta təhsilli, fərdi əməklə məşqul olan, subay, Bərdə rayon Körpüqıran kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 18 aprel 2022-ci il tarixli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib edilmiş MN ******* saylı 18 aprel 2022-ci il tarixli inzibati xəta haqqında qərar tərtib edilmişdir ondan ötəri ki, Şəxs 03 mart 2022-ci il tarixdə saat 08 raddələrində əvvəllər qeyri rəsmi münasibətdə olduğu Müslümova Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Bununla da İnzibati Xətalar Məcəlləsinin 157-ci maddədə nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, Şəxs barəsində 18 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə məsuliyyət nəzərdə tutulan MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinin sahə rəisi rəisi X4 bildirdi ki, Şəxs 03 mart 2022-ci il tarixdə saat 08 raddələrində əvvəllər qeyri rəsmi münasibətdə olduğu Müslümova Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxsin tanınmadığını bildirdi. Məhkəmədən Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında Müslümova Zərərçəkmiş şəxs Şəxs həbs edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə geri qaytarılmalıdır. Belə ki, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. İşdən isə müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs 03 mart 2022-ci il tarixdə saat 08 raddələrində əvvəllər qeyri rəsmi münasibətdə olduğu Müslümova Zərərçəkmiş şəxs döyərək ona xəsarət yetirməsi qeyd edilsə də, protokol tərtib edən orqan tərəfindən təqdim edilən material natamam formada toplanmış, protokol özü də qanunvericiliyin tələbləri baxımından düzgün tərtib edilməmişdir, şahidlərin dairəsi müəyyən edilməmiş və eləcə də iş materiallarına konkret sübutlar əlavə edilməmişdir. Bundan başqa məhkəmə xüsusi olaraq onu da qeyd edir ki, hazırki tövsif edilmiş əməl Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində ehtiva olunmuşdur ki, bu da öz növbəsində “Sağlamlıq əleyhinə olan inzibati xətalar” fəslində yer almışdır. Qeyd edilən dispozisiyasında birmənalı vurğulanmışdır ki, “Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Qeyd: Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur.” Lakin hazlrki material üzrə fiziki ağrının yetirilməsi qeyd edilən Müslümova Zərərçəkmiş şəxs inzibati iş üzrə icraat çərçivəsində statusu müəyyən edilməmiş, onun zərərçəkmiş şəxs qismində tanınması həyata keçirilməmiş və zərərçəkmiş şəxs qismində hüquq və vəzifələri izah edilərək izahatı alınmamışdır. Bununla da, səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında iş üzrə icraat natamam və qanunvericiliyin tələbləri pozulmaqla aparıldığından protokol baxılmadan geri, mövcud nöqsanların aradan qaldırılması məqsədilə geri qaytarılmalıdır. Halbuki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 62-ci maddəsi zərərçəkmiş şəxsin prosessual hüququ vəvəzifələrini, onun statusunu tənzimləyir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokolonu tərtib etmiş orqana Bərdə rayon Polis X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Bərdə rayon X5 Təhlükəsizlik Bölməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və materiala əlavə edilmiş sənədlərlə birlikdə onu tərtib etmiş Bərdə rayon X5 Təhlükəsizlik Bölməsinə geri qaytarılsın. Qərardan şikayət verilə bilməz. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar