Məhkəmə qərarları › İş №3(021)-561/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-561/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-561/2025 28.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Bərdə Rayon İcra və Probasiya Şöbəsinin İcra məmuru X3, tələbkar "xxxx" QSC-nin nümayəndəsi X5 və barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bərdə rayonu Xanərəb kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan,subay,Bərdə şəhəri, Yeni Bakı küçəsində qeydiyyatda qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X7 tərəfindən 28 iyul 2025-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 göstərdi ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-871/2024 saylı icra sənədi üzrə 9394 manat , Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3804/2023 saylı icra sənədi üzrə 180 manat, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-958/2023-cü saylı icra sənədi üzrə 780 manat olmaqla ümumilikdə 10354 manat borcu yaranmışdır. Borclu Şəxs Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-871/2024 saylı icra sənədi üzrə 5400 manat , Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3804/2023 saylı icra sənədi üzrə 50 manat məbləğində pul ödəmişdir.Hazırda müvafiq icra sənədləri üzrə borc 3994 manat təşkil edir. Borcun yönəldilə biləcəyi əmlakı yoxdur. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs göstərdiki, müvafiq icra sənədləri üzrə "xxxx" QSC-nə 5400 manat, "xxxx" QSC-nə 50 manat pul ödəmişdir. Barəsində protokol tərtib edildiyi inzibati xətanı törətmək də özünü təqsirli bilmir. Lakin borclu bildirir ki, Bakı şəhəri Sabunçu rayonunda baş vermiş qəzaya görə tanışı X1 Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-958/2023-cü saylı icra sənədi üzrə yaranmış 780 manat məbləğində borca görə məsuliyyət daşıyır. Barəsində protokol tərtib edildiyi inzibati xətanı törətmək də özünü təqsirli bilmir. Məhkəmə iclasında tələbkar "xxxx" QSC-in nümayəndəsi X10 göstərdi ki, müvafiq icra sənədi üzrə yerdə qalan borca görə Şəxs ilə razılığa gəlinmişdir ki, 5 avqust 2025-ci il tarixinədək 1000 manat, daha sonra ay sonunadək yerdə qalan borc məbləği ödənilərək yekunlaşacaqdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs hüquqlarının müdafiəsi üçün Bərdə Rayon Vəkil Bürosunun vəkili X11 təqdim olunmuşdur. Lakin Şəxs hüquqlarını özü müdafiə edəcəyini bildirərək müdafiəçidən imtina etmiş, bu halın onu maddi durumu ilə əlaqədar olmadığını bildirmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılmalıdır. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-871/2024 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" QSC-nə 9394 manat borcu yaranmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3804/2023 saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" QSC-nə 380 manat borcu yaranmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-958/2023-cü saylı icra sənədi üzrə borclu Şəxs tələbkar "xxxx" ASC-nə özünə aid hissədə 390 manat borcu yaranmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, “icraata başlamaq haqqında” qərarından görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-871/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, “icraata başlamaq haqqında” qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3804/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli, “icraata başlamaq haqqında” qərarından görünür ki,Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-958/2023-cü saylı icra sənədi üzrə icraata başlanılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(115)-871/2024 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası borclu Şəxs xahiş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(021)-3804/2023 saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası borclu Şəxs xahiş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2023-cü il tarixli “tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(021)-958/2023-cü saylı icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icrası borclu Şəxs xahiş edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli, №134206/15 saylı 11 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciətindən görünür ki, borclu Şəxs X2 yanında sürücü işlədiyi və aylıq 125 manat əmək haqqı aldığı müəyyən edilmişdir. Şəxs hər hansı hüquqi şəxsin rəhbəri kimi uçota alınmamış , aktiv bank hesabı və vergi borcu yoxdur. İnzibati iş materiallarına əlavə edilmiş borclu Şəxs izahatından görünür ki, borclunun icra sənədi üzrə bu günə olan borcu 3994 manat təşkil edir. “Elektron məhkəmə informasiya sistemində” axtarışdan müəyyən olunur ki, Şəxs vergi orqanlarında qeydiyyata alınmaqla, aktiv vergi ödəyicisidir (VÖEN: **********),“X9” ASC-nin Bərdə filialında “AZ64UBAZ**********1040AZN001” nömrəli bank hesabı mövcuddur. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında materialla bank hesablarına inkasso sərəncamlarının qoyulub-qoyulmadığı müəyyən edilmir. Həmin məcburi icra tədbirlərinin həyata keçirilməsi ilə bağlı sübutlar iş materiallarına əlavə edilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 28 iyul 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Rayon İcra və Probasiya Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş 28 iyul 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon İcra və Probasiya Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar