Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-564/2021 31.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X4 katibliyi İnzibati xəta törətmiş şəxs X12 İnzibati xəta törətmiş şəxsin vəkili Vəkil Zərərçəkmiş şəxs Qənifə Möhübbət qızı Salahovanın_ Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə xx xxxx 1971-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Mirzəxan kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bərdə rayon İcra və Probasiya şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)- 2011/2020 saylı 31 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən 1400 manat aliment borcunu ödəməyərək icra məmurunun qanuni tələblərinə tabe olmamış, məhkəmənin qanuni qüvvəsini almış qətnaməsini heç bir üzürlü səbəb olmadan icra etməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə ifadə verib göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli icra sənədinə əsasən iki uşağın saxlanılması üçün Qənifə Salahovaya hər ay hər uşağa görə 100 manat aliment ödəməlidir. Onun hazırda Qənifə Salahovaya 1400 manat aliment borcu qalmışdır. Maddi vəziyyəti ilə əlaqədar olaraq aliment borcunu ödəyə bilmir. 31 may 2021-ci ildə saat 1620-də icra məmuru barəsində inzibati xəta haqqında protokol tərtib edərək məhkəməyə gətirmişdir. Heç bir yerdə işləmir, qeyd olunan aliment borcunu birdəfəyə ödəməyə imkanı yoxdur. Aliment borcunu hissə-hissə ödəyə bilər. Maddi vəziyyətini nəzərə alaraq ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X6 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli icra sənədinə əsasən Şəxs iki uşağın saxlanılması üçün ona hər ay hər uşağa görə 100 manat aliment ödəməlidir. Şəxs hazırda ona 1400 manat aliment borcu qalmışdır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Bərdə rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 göstərmişdir ki, Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli icra sənədinə əsasən cavabdeh Şəxs hər ay hər uşağın saxlanılması üçün 100 manat aliment tutularaq X5 verilməlidir. Şəxs 1400 manat aliment borcunun olduğunu, sonuncunun 31 may 2021-ci ildə saat 1620 radələrində saxlanılaraq Bərdə Rayon Məhkəməsinə gətirildiyini qeyd edərək Şəxs cəzalandırılmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 31 avqust 2020-ci il tarixli 2(021)-2011/2020 saylı icra vərəqəsindən müəyyən olunur ki, iddia qismən təmin edilmiş, 26 avqust 2005-ci il təvəllüdlü X8 və 16 dekabr 2006-cı il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün Bərdə Rayon məhkəməsinin 22 fevral 2011-ci il tarixli qətnaməsi əsasında tutulan alimentin məbləği dəyişdirilərək hər ay, hər uşağa 100 manat olmaqla, cəmi 200 manat məbləğində müəyyən edilməsi və qətnamə qanuni qüvvəsini aldığı vaxtdan başlayaraq cavabdeh Şəxs tutulub iddiaçı X3 xeyrinə ödənilməsi, Şəxs 30 manat dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün etirafı, zərərçəkmiş şəxsin, icra məmurunin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 31 may 2021-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar məhkəmə iclasında müəyyən edilməmişdir. Məhkəmə iclasında məlum olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin 31.08.2020-ci il tarixli 2(021)-2011/2020 saylı icra vərəqəsinə əsasən borclu Şəxs iki uşağın saxlanılması üçün tələbkar X5 hər ay 200 manat aliment ödəməli olduğu halda, borclunu ödəməmiş, borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkara olan aliment borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikası İXM-nin 156.3-cü maddəsinə görə inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs 31 may 2021-ci ildə saat 1620-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən saat 1620-dən hesablanmalıdır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 528.1, 360,362-365,425,430- 432-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə həbs inzibati tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin əvvəli 31 may 2021-ci il tarixdən saat 1620-dən hesablansın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-564/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-564/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver