Məhkəmə qərarları › İş №3(021)-565/2025

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-565/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-565/2025 31.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi X2 Bərdə rayonu, Xanərəb bələdiyyəsinin sədri X1 tərəfindən onun barəsində 12 aprel 2021-ci il tarixli, MN ******* seriyalı inzibati tenbeh vernə haqqında qərarın və həmin qərarın məcburi icraya yönəlməsi barədə 09 iyul 2021-ci il tarixli qərarın ləğv edilməsinə dair şikayətinə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ 12 aprel 2021-ci il tarixli, MN ******* seriyalı inzibati tenbeh vermə haqqında qərarın və onun məcburi icraya yönəlməsi barədə qərarın ləğv edilməsinə dair şikayət Bərdə Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, qərarların ləğvinə dair şikayət qaytarılmalıdır. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokola hazırda baxmaq mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması məsələlər barəsində qərardad qəbul edilir. Belə ki, Bərdə rayonu, Xanərəb bələdiyyəsinin sədri vəzifəsində işləmiş X1 tərəfindən mübahisələndirilən 12 aprel 2021-ci il tarixli qərar və həmin qərarın nə vaxt əldə edilməsinə dair təsdiqedici sənəd iş materiallarına əlavə edilməmişdir. Şərh olunanları və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: Bərdə rayonu, Xanərəb bələdiyyəsinin sədri vəzifəsində işləmiş X1 tərəfindən 12 aprel 2021-ci il tarixli inzibati tenbeh vermə haqqında qərar və 09 iyul 2021-ci il tarixli inzibati tenbeh vermə haqqında qərarın məcburi icraya yönəldilməsi barədə qərardan verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar