Məhkəmə qərarları › İş №3(021)-567/2021

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-567/2021

16.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-567/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X4 iclas katibliyi, şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 iştirаkı ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 28.07.2020-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X2 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarı ilə X5 İXM-in 264.0.1-ci maddəsi ilə təqsirli bilinib, 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X5 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarı qanuna ziddir. Belə ki, həmin qərarda “Bərdə rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılması” faktı əsasında xəta törədilmişdir. Hesab edir ki, barəsində qəbul olunmuş inzibati tenbehin tətbiq edilməsi haqqında qərar əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta haqdisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməldir. Belə ki, sözügedən ev onun mülkiyyətində deyil və Bərdə rayonu, Mirzalıbəyli kənd Bələdiyyəsi tərəfindən çırkab suların axıdılması barədə ona irad tutulduqdan dərhal sonra həyətində quyu qazaraq çırkab suların oraya axıdılmasını təmin etmişdir. Bundan sonra ona nə bələdiyyədən nə də 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsindən hər-hansı bildiriş və ya qərar gəlməmişdir. Hesab edir ki, şikayətinin əsaslandırdığı hallara əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin onun barəsində tərtib etdiyi MN № ******* saylı, 28.07.2020-ci tarixli qərar ədalətsiz, qərəzli və qeyri obyektiv olduğu üçün onun icraatına xitam verilməlidir. Məhkəmə iclasında şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X5 şikayətin dəlillərinə uyğun məzmunda izahat verərək çıxışında bir daha bildirmişdir ki, sözügedən ev onun mülkiyyətində deyil və Bərdə rayonu, Mirzalıbəyli kənd Bələdiyyəsi tərəfindən çırkab suların axıdılması barədə ona irad tutulduqdan dərhal sonra həyətində quyu qazaraq çırkab suların oraya axıdılmasını təmin etmişdir. Odur ki, barəsində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin tərtib etdiyi MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarın ləğv edilərək icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinə məlumat verilməsinə baxmayaraq müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətçini dinləyib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsasız olduğundan təmin edilməməlidir. Belə ki, inzibati işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 oğlu 20.01.1962-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Mirzalıbəyli kəndində qeydiyyatda olmqla həmin ünvanda yaşayır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarın surətindən görünür ki, 09.06.2021-ci il tarixli, MN № ******* saylı protokolla Bərdə rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə X2 barəsində İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqıda protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarın surətindən görünür ki, Bərdə rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə X5 İXM-nin 264.0.1-ci maddəsi ilə 600 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 16.06.2020-ci il tarixli X3 ünvanlanmış məktubun surətindən görünür ki, İXM-nin 264.0.1-ci maddəsi ilə tərtib edilmiş inzibati materialların 30.06.2020-ci il tarixdə saat 15:00-da baxılması ilə əlaqədar xəbərdar olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 30.07.2020-ci il tarixli məktubun surətlərindən görünür ki, 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin X2 barəsində qəbul edilmiş 28.07.2020-ci il tarixli MN № ******* saylı qərarı icra olunması üçün idarənin bank rekvizitləri M.H.Hümbətova göndərilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 16.06.2020-ci il tarixli, 74 saylı məcburi göstərişin surətindən görünür ki, X3 məişətlərində formalaşan fekal (çirkab) suların boru vasitəsi ilə Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən su arxına axıdlmasının dayandırılması və məişətlərində formalaşan fekal (çirkab) suların toplaşması üçün həyətyanı sahəsində torpaqdan təcrid olunmuş yeraltı hovuz (şambo) inşa olunmasının təmin edilməsi üçün 1 ay vaxt verilmişdir. Nöqsanların aradan qaldırılması barədə 20.07.2020 il tarixə kimi idarəyə məlumat verməlidir. Eyni zamanda verilən tapşırıqların yerinə yetirilmədiyi halda İXM-nin 541-ci maddəsinə əsasən 600 manatdan 900 manata qədər cərimə olunması xəbərdar olunmuşdur. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 09.06.2020-ci il tarixli, № 61970 nömrəli aktın surətindən müəyyən edilir ki, Bərdə rayonu, Mirzaləbəyli kənd sakinlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətt xidmətinə edilmiş 09.04.2020-ci il tarixli, müraciəti əsasında şikayətçinin iştirakı ilə əraziyə baxış keçirilmiş və Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən su arxına X5 tərəfindən ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə su arxına axıdılması faktı aşkar edilmişdir. Bərdə rayonu, Mirzaləbəyli kənd bələdiyyəsinin sədri X6 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisinin adına yazdığı izahatın surətindən görünür ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xəttinə müraciət edərək kənd ərazisindən keçən su arxına kənd sakinləri o cümlədən X5 tərəfindən çırkab suların axıdılmasını bildirmişdir. Müraciətlə əlaqədar ərazidə baxış keçirilmiş və fakt öz əksini tapmışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati xəta haqqında 09.06.2020-ci il tarixli, MN № ******* saylı protokolu əsasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin rəisi əvəzi Elnur Cəlilovun inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 264.0.1-ci maddəsi ilə təqsirli bilinərək 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Barəsində inzibati iş üzrə icraata aparılan X5 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. İXM-in 264.0.1-ci maddəsinə əsasən, su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə - fiziki şəxslər altı yüz manatdan min manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. İşdən müəyyən edilir ki, X1 rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıtmış, bununlada o, İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 600 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin 09.06.2020-ci il tarixli, № 61970 nömrəli aktın surətindən müəyyən edilir ki, Bərdə rayonu, Mirzaləbəyli kənd sakinlərinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı qaynar xətt xidmətinə edilmiş 09.04.2020-ci il tarixli, müraciəti əsasında şikayətçinin iştirakı ilə əraziyə baxış keçirilmiş və Bərdə rayonu Mirzalıbəyli kəndi ərazisindən keçən su arxına X5 tərəfindən ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə su arxına axıdılması faktı aşkar edilmiş, həmin akt tərəflərin iştirakı ilə tərtib edilərək imza edilmişdir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, X1 rayonu, Mirzalıbəyli kənd ərazisindən keçən su arxına ayaqyolu və hamamdan çıxan çirkab suların boru vasitəsilə axıdılmasına görə İXM-in 264.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya yol verdiyindən barəsində 600 manat məbləğində inzibati qaydada cərimə edilməsi qərara alınmışdır. Belə olan halda X2 təqsirsiz olması barədə fikirlər əsassızdır. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək öz daxili inamına əsasən qiymətləndirib hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin inzibati tənbeh vermə haqqında MN № ******* saylı, 28.07.2020-ci tarixli qərarı qüvvəsində saxlanılmalıdır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilməsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar