Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-567/2025 29.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi X8, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X13 Polisi Bölməsinin inspektoru, polis baş serjantı X5, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs, müdafiəçi Bərdə Rayon Vəkil Bürosunun vəkili Vəkil iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon Polis X13 Polisi Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs barəsində İXM-in 333-1.1-ci maddəsi ilə Bərdə Rayon Polis X13 Polisi Bölməsinin inspektoru, polis baş serjantı X6 tərəfindən 28 iyul 2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuşdur. Məhkəmə iclasında Bərdə Rayon Polis X13 Polisi Bölməsinin inspektoru, polis baş serjantı X9 göstərdi ki, hadisə xx.xx.2025-ci il tarixdə, saat 20:30-da baş vermişdir.vŞəxs ona verilən suallara qeyri-dəqiq cavab vermişdir.vBu səbəbdən, Şəxs sərxoş olduğundan şübhələnərək sərxoşluq vəziyyətinin müəyyənləşdirilməsi üçün müayinə aparılmışdır. Nəticədə Şəxs narkotik vasitənin istehlakı nəticəsində sərxoş olduğu müəyyən edilmişdir. İnzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən tələb etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək göstərdi ki, taksi fəaliyyəti ilə məşğuldur.Hadisə yol polisi əməkdaşının bildirdiyi kimi baş vermişdir. Nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə etmiş, bu səbəbdən yol polisi əməkdaşı tərəfindən saxlanılmış, polis əməkdaşı ilkin olaraq onun sərxoş vəziyyətdə olduğundan şübhələnmiş, tapdığı əzik siqaret qutusundaki 2 ədəd siqareti çəkdikdən sonra vəziyyətinin dəyişdiyini hiss etmişdir. Polis əməkdaşları ilə birlikdə Mingəçevir rayonuna gedərək müayinədən keçmişdir. Nəticədə narkotik maddənin istehlakı səbəbindən sərxoş vəziyyətdə olduğu müəyyən olunmuşdur. Törətdiyi əməldən peşmandır. Taksi fəaliyyəti ilə məşğul olaraq gəlir əldə etdiyini bildirərək nəqliyyat vasitəsindən istifadə hüququ məhdudlaşdırılmadan inzibati cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında müdafiəçi Vəkil göstərdi ki, Şəxs barəsində nəqliyyat vasitəsindən istifadə etmək hüququ məhdudlaşdırılmadan tənbeh tədbiri tətbiq edilsin. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 333-1.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. İnzibati işin materiallarına istinad: İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixində, saat 20:30-da Şəxs ona məxsus “VAZ 21060” minik avtomobilini idarə etdiyi zaman İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci və 342.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xəta əməllərini törətmişdir. İnzibati iş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli GP 31614271 saylı inzibati xəta haqqında işin auddiyyət üzrə göndərilməsi barədə qərardaddan görünür ki, Şəxs Adif oğlu barəsində tərtib olunmuş İXP 72999936 nömrəli inzubati xəta haqqında protokol və digər materiallar baxılması üçün aidiyyəti üzrə Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş 27 iyul 2025-ci il tarixli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında № 2160 saylı aktdan görünür ki, X1 vəziyyəti pozitivdir, ( THC (+) ) marixuananın istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar edilmişdir. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, Şəxs marixuanadan istifadə etməklə sərxoş vəziyyətdə nəqliyyat vasitəsini idarə edərək İXM-in 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. xx.xx.2025-ci il tarixli, 2160 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktına əsasən göstərilən maddə narkotik vasitələrin siyahısına daxildirlər və müayinə nəticəsində X2 narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 600 (altı yüz) manat məbləğində inzibаti cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-567/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-567/2025
29.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver