Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-569/2025 31.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X3, X7 protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin Yol Patrul Xidməti inspektoru, polsi baş serjantı X4, barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Bərdə Rayon Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, 7 may 1963-cü ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə tərtib edilmiş X7 porotokola və ona əlavə edilmiş sənədlərə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 30 iyul 2025-ci il tarixli İXP ******* saylı X7 protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında X7 protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin DYPB-nin yolpatrul xidməti inspektoru X6 izahatında bildirdi ki, Bərdə şəhərində xidməti işdə olan zaman “Tofaş Kartal minik” markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün xarici görünüşü onlarda şübhə yaratdığı üçün avtomobilə saxla işarəsi vermiş, Şəxs spirtli içki və ya narkotik vasitə qəbul etdiyindən şübhlənmişdir. Şəxs tibbi müayinədən keçirmək üçün həkim müayinəsinə aparılmış müayinə zamanı məlum olmuşdur ki, Şəxs narkotik vasitə olan marixuana qəbul etmişdir. Məhkəmədən barəsində X7 iş üzrə icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan Şəxs izahatında özünü təqsirli hesab edərək göstərdi ki, 30 iyul 2025-ci il tarixdə Bərdə rayon Mərkəzi Xəstəxanasına gedən zaman avtomobili saxlayaraq yol kənarında olan marketə getmiş, bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin vaxt narkotik vasitə qəbul etməmiş, lakin nevroloji dərmanlar qəbul etmişdir. Sonuncu dəfə 3-4 ay bundan əvvəl Xankəndi şəhərində marixuana qəbul etmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmamasını xahiş etdi. Məhkəmə iclasında barəsində X7 iş üzrə icraat aparılan şəxsin müdafiəçisi X5 izahatında göstərdi ki, barəsində X7 icraat aparılan şəxsin əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq məhkəmədən nəqliyyat vasitəsini idarə etmək hüququnu məhdudlaşdırmaqla əlaqədar olmayan inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. İnzibati işin materiallarına istinad: 30 iyul 2025-ci il tarixli İXP ******* nömrəli X7 Protokoldan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. 30 iyul 2025-ci il tarixli 2186 nömrəli X2 Müayinəsi barədə aktdan görünür ki, Şəxs narkotik vasitə olan THC (+) Marixuana müəyyən olunmuşdur. Məhkəmə Bərdə rayon Polis Şöbəsinin DYPB-nin nümayəndəsinin, barəsində inzibati icraat aparılan şəxs Şəxs dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, habelə X7 30 iyul 2025-ci il tarixli İXP seriyalı ******* nömrəli protokolla sübuta yetirilir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə–altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 209 nömrəli 27 iyun 2014-cü il tarixli qərarının 3.3-cü bəndinə əsasən narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş X7 protokol, sərxoşluq vəziyyətinin müəyyən edilməsi haqqında akt və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş X7 protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə barəsində X7 iş üzrə icraat aparılan şəxs Şəxs əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını məsuliyyətini yüngülləşdirən hal hesab edir və Şəxs məsuliyyətini ağırlaşdıran hər hansı hal aşkar edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşman olmasını və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206, 360,362-365,425,430-432-ci maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333-1.1-ci maddəsi ilə təqsirli bilinərək 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-569/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-569/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver