Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-57/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, şikayətçi X3 oğlunun iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 18 dekabr 2020-ci il tarixli qərarından və İXP ******* sayli protokolundan X3 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidməti tərəfindən TP ******* saylı, 18 dekabr 2020-ci il tarixli qərar və İXP ******* sayli protokolu ilə X2 barəsində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 200 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X3 oğlu həmin qərardan şikayət verərək, Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 18 dekabr 2020-ci il tarixli qərarının və İXP ******* saylı protokolunun ləğv olunmasını xahiş etmişdir. X3 oğlu ərizəsini onunla əsaslandırmışdır ki, 18.12.2020-ci il tarixdə səhər saat 10 radələrində ürək nahiyəsində möhkəm narahat olaraq ağrılar hiss etməsi, dərhal yaşadığı Tərtər RMX-a gedərək müayinə olunması, orada ona Bərdə RMX-na getməsi tövsiyə edildiyindən özünə məxsus mobil telefonundan icazə almaq üçün 8103-ə SMS göndərmiş və narahat olduğu üçün dərhal cavab gəlmədən Bərdə xəstəxanasına istiqamətlənmişdir. Tərtər rayonu istiqamətində yerləşən polis postuna az qalmış avtomobilini yolun kənarına çəkmiş, polis əməkdaşına yaxınlaşaraq vəziyyəti danışıb SMS cavabının gəlməsini, yaxud postu keçməsinə icazə verməsini xahiş etmişdir. Postda xidmət aparan polis əməkdaşı onun şəxsiyyət vəsiqəsini alaraq yol patrul inspektoru Orxan Əliyevə ötürdü o isə onu dinləmdən və mesajın gəlməsini gözləmədəm onun barəsində İXM-nin 211.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi, bir neçə dəqiqə sonra onu 8103-dən SMS icazə gəlmiş, o hərəkətini davam etdirmiş və hazırda da müalicə alması ilə əsaslandırmışdır. O, hesab edir ki, barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar qanunsuz və əsassız olduğundan məhkəmə qaydasında ləğv edilməli və tərəfindən inzibati xəta hadisəsi törədilmədiyindən hazırkı iş üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında X3 oğlu izahatında bildirdi ki, ürək nahiyyəsində ağrılar olduğundan xəstəxanaya getmək üçün 8103 nömrəsinə qısa sms göndərmiş və cavab gəlmədən yol çıxmışdır. Posta özü yaxınlaşıb həkimə getmək üçün icazə istəmiş, lakin polis əməkdaşları onu dinləmədən cərimə yazmışlar. Bu vaxtı sms cavab gəlmişdir. Bərdə rayon Polis Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Məhkəmə Bərdə rayon Polis Şöbəsinnin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayətçinin izahatını dinləyib, şikayəti və iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin İXP ******* saylı protokolundan və TP ******* saylı 18 dekabr 2020-ci il tarixli qərarından görünür ki, X3 oğlunun əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Belə ki, Nazirlər Kabinetinin müvafiq Qərarı ilə ölkədə 14 dekabr 2020-ci il saat 00:00dan 18 yanvar 2021-ci il saat 00:00-dək sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilərək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisində, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərində vətəndaşlara (kənd və qəsəbələr istisna olmaqla) hərəkət məhdudiyyəti qoyulmuşdur. Həmin qərara əsasən Vətəndaşlar yaşayış yerini və olduğu yeri tərk etmək üçün 8103 qısa nömrəsinə SMS göndərməli idilər. Məhkəmə qeyd edir ki, X3 oğlu icazə üçün 8103 nömrəsinə qısa sms göndərdiyini və icazə sms bildirişinin gəldiyini bildirsə də bunu sübut edə bilmədi . Belə ki, məhkəmə iclasında məhkəmə sms bildirişi göstərməyini istəsə də bildirmişdir ki, hirslənib telefonu qırmışdır. Buna görə də sms bildirişi göstərə bilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X3 oğlunun əməlində İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Məhkəmə həmçinin qeyd edir ki, İXM protokoldan şikayət verilməsini nəzərdə tutmamışdır. Beləliklə məhkəmə qeyd edir ki, X3 oğlunun şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Yol Patrul Xidmətinin TP ******* saylı, 18 dekabr 2020-ci il tarixli qərarından X3 oğlunun verdiyi şikayət təmin edilməsin, TP ******* saylı, 18 dekabr 2020-ci il tarixli qərar qanuni hesab edilsin. Qərar elan olunduqdan sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №3(021)-57/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-57/2021
28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver