Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-57/2025 24.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Ağdam rayon Çullu kəndində anadan olmuş, Ağdam rayon Çullu kəndində qeydiyyatda olub yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən 24 yanvar 2025-ci il tarixdə inzibati xəta haqqında protokol tərtib olunaraq, baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X8 bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu, Zöhrabbəyov küçəsində xidmətdə olarkən Bərdə rayon X7 mərkəzinin direkoru X6 zəng edərək bir nəfər şəxsin onun xidməti otağıda işçilərin qarşısında icazə almadan onun xidməti otağını təpiklə açmaqla, işçilərin qarşısında ona qarşı uca səslə ünvanlı və ünvansız nalayiq ifadələr və söyüşlər işlətmişdir. O, dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etməklə yol verdiyi hüquq pozuntusu, yəni Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinin tələblərini pozması ilə əlaqədar olaraq onu Bərdə RPŞ-yə dəvət etmişdir. Onun Ağdam rayon, Çullu kəndində yaşayan X3 olduğu müəyyən edilmişdir. Hadisə ilə bağlı şahidlərin ifadəsi alınmışdır. Bundan sonra onun tərəfindən protokol tərtib olunaraq məhkəməyə gətirilmişdir. Şəxs barəsində tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs mahiyyəti üzrə bildirdi ki, Bərdə rayon X7 mərkəzi tərəfindən ona iş verilmədiyi üçün əvvəlki rəhbərdən şikayət etmişdir. Hazırki rəhbər Məzahir Qasımov ona kadrlarda işləyən İlham adlı şəxsin telefonundan ona zəng edərək, onu təhqir etmişdir. Bundan sonra onun barəsində də şikayət vermişdir. Daha sonra onu iş yerinə çağırmışlar və onu mehribanlıqla qarşılamışlar. Rəhbərlik onu öz otağında qəbul etmişdir. Təzəcə oturmuşdur ki, qapı aralanmış və polis əməkdaşı Fariz Əsgərlini görmüşdür. Elə həmin vaxt Məzahir onun ünvanına “sən gəlmisən məni qranatla partlatmağa” deyə səslənmişdir. O, heç kimi təhqir etməmiş, səs-küy salmamışdır. Məhkəmə iclasında şahid qismində iştirak edən X15 bildirdi ki, Bərdə rayon X7 mərkəzində baş mütəxəssis vəzifəsində işləyir. Hadisə günü direkotorun otağında gələcək işləri planlaşdıran zaman Orduxan qapını açıb içəri girərək direktor Məzahir müəllimi nalayiq ifadələrlə təhqir etməyə başlamışdır. Orduxan Məzahir müəlimə nalayiq söyüş söyərək demişdir ki, “niyə məni işlə təmin etmirsən əvvəlki rəhbəri də qoymadım işləməyə səni də onun dalınca göndərərəm”. Bundan polis əməkdaşı gəlib onu aparmışdırlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X13 bildirdi ki, Bərdə rayon X7 mərkəzində baş mütəxəssis-hüquqşünas vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə xidməti otaqda işləyərkən səs-küyə çıxmışdır. Görmüşdür ki, X11 Qasımovun otağında nalayiq ifadələr işlədərək səs-küy salır. İşdə olan 24 yanvar 2025-ci il tarixli, MN №2050290 nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə Bərdə rayon X7 mərkəzinin direkoru X4 xidməti otağıda işçilərin qarşısında yüksək səslə nalayiq ifadələrlə təhqir etmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə 16:20-də inzibati qaydada tutulmuşdur. İşdə olan 13 saylı RMTM-nin baş mütəxəssis-hüquqşunas X13, Mərkəzin kadastr üzrə mütəxəssis X5, Mərkəzin Bərdə meşəbəyliyinin meşəbəyisi X9 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli Aktda qeyd olunmuşdur ki, “Ağdam rayon Çullu kənd sakini Orduxan adlı şəxs 13 saylı X7 Mərkəzinin inzibati binasına 23 yanvar 2025-ci il tarixdə gələrək yüksək tonla danışaraq nalayiq sözlər ifadə edirdi. Mərkəzin kadastr üzrə mütəxəssis Rahim Mehdiyev və meşəbəyi X12 söhbət eləyib onu sakitləşdirməyə çalışıb və bildirib ki, "Orduxan atan Regionun işcisidir". O isə bildirdi ki, "atam qazancını mənə vermir, mənə dəxli yoxdur, mən burdan iş istəyirəm". Biz səs-küyə çıxıb onu sakitləşdirmək istəsəkdə, o sakitləşmədi, iazəsiz Region direktorunun otağına daxil oldu. Direktor onu sakitləşdirməyə çalışsa da sakitləşmədi, nalaiq söyüşləri davam etdirirdi və bildirirdi ki, "mənə istədiyim işi verməsən keçmiş direktorlar kimi səni də bezdirib qaçırdacam". Beləliklə, Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi inzibati xəta törətməsi şahid ifadələri və digər materiallarla təsdiq olunur. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlindən məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etməmişdir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə inzibati xəta törətmiş Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 510-cu mаddələri ilə təqsirli bilinməli, 1 gün inzibati qaydada tutulması nəzərə alınmaqla bаrəsində 70 (yetmiş) manat cərimə tənbehi tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutub, QƏRARVERDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu mаddəsi ilə təqsirli bilinərək, barəsində 70 (yetmiş) manat inzibati tənbeh- cərimə tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın icrası Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-57/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-57/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver