Məhkəmə qərarları › İş №3(021)-575/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-575/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-575/2025 04.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Bayram Məhərrəmov Yusif oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X2, zərərçəkmiş şəxs X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1992-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Bərdə şəhəri M.Ə.Rəsulzadə küçəsi ev 45-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 157-ci mаddəsi ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək barəsində Bərdə rayon Polis Şöbəsində 04 avqust 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunmuş, protokol ona əlavə edilmiş materiallarla birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xətа hаqqındа prоtоkоl ona görə tərtib olunmuşdur ki, Şəxs 04 iyul 2025-ci il tarixdə Bərdə şəhər Fizuli küçəsində X7 döymüşdür. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs X8 izahatında göstərdi ki 23 iyul 2025ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə Şəxs X7 döyməsi barədə təhqiqat materialı olmuşdur. Araşdırma zamanı məlum olmuşdur ki, Abbasov X1 Lalə Vəli qızını döymüşdür, hadisədə Şəxs və Lalə Məmmədovanın anaları da iştirak etmişdir. Beləliklə, Şəxs həmin hərəkətləri ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Bundan sonra Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuş, həmin protokol iş materialları ilə birlikdə baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirdi ki, X10 ilə yaxın qohumdurlar. Lalənin övladı ilə onun övladı bir məktəbdə təhsil alırlar. Uşaq məktəbdə mübahisə etmişlər. Bu səbəbdən də Lalə ilə aralarında mübahisə yaranmış, lakin Laləni vurmamışdır. Zərərçəkmiş şəxs X10 izahatında göstərmişdir ki, Şəxs ilə aralarında mübashiə yaranmış, lakin Allahyar onu söyüb təhqir etməmişdir. Hazırda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdığını bildirdi. Ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək, inzibati işə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesаb edir ki, Şəxs barəsində İXM-in 157-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bərdə Rayon Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis kapitanı X3 23 iyul 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, 04 iyul 2025-ci il tarixdə Bərdə rayon X14 şəhər5 Füzuli küçəsi ev 45-də yaşayan X6 xx.xx.2025ci il tarixdə yaşadığı evin qarşısında aralarında yaranan mübahisə zamanı dayısı oğlu Şəxs onu döyməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat RPŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 2585-ci sırasında qeydiyyata alınaraq icrası ona həvalə edilmiş, qərarın təsviri hissəsində göstərilənlərə əsasən X6 və X4 müraciəti əsasında toplanmış HK-1/2585, 2588 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. 04 avqust 2025-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında prоtоkоldan görünür ki, Şəxs 04 iyul.2025-ci il tarixdə X7 döymüşdür. Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta əməlini törətmişdir. İnzibati iş üzrə zərərçəkmiş kimi tanınma haqqında 04 08.2025-ci il tarixli qərara əsasən X10 inzibati iş üzrə icraat materialı üzrə zərərəkmiş şəxs qismində tanınmışdır. Məhkəmə tibbi ekspertiza və Patoloji Anatomiya birliyi publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 542 nömrəli ekspert rəyinin nəticəsindən görünür ki, X4 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazunun 1/3-nin bayır səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs X10 tərəfindən məhkəməyə təqdim edilmiş,04 avqust 2025-ci il tarixli ərizədə Şəxs ilə barışdıqlarını və işə xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Zərərçəkmiş şəxs X10 tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Şəxs ilə barışmışdır. Hazırda ondan heç bir şikayət və tələbi yoxdur. Göründüyü kimi, Şəxs zərərçəkmiş şəxslə barışmışdır. İXM-in 39.1-ci maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, məhkəmə iş materiallarını işdə olan sübutlarla qarşılıqlı əlaqədə araşdırıb, təhlil edərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs zərərçəkmiş şəxs X9 ilə barışdığından barəsində İXM-in 157-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 115, 117, 128-130-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci mаddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata tərəflərin barışması əsası ilə xitam verilsin. Qərarın surəti tərəflərə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar