Məhkəmə qərarları › İş №3(021)-577/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-577/2023

02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-577/2023 02.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında qaydasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərar ilə X6 barəsində İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 60 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. X6 həmin qərardan şikayət verərək, 15 yanvar 2023-cü il tarixli qərarının ləğv olunmasını xahiş etmişdir. X6 şikayətini onunla əsaslandırmışdır ki, DİN BDYPİ X3 xx.xx.2023- cü il tarixli qərarına əsasən guya xx.xx.2023-cü il tarixdə saat 23:05 radələrində X9 markalı, **-XE-*** Dövlət nömrə nişanlı avtomaşını Bərdə şəhəri Baki küçəsi ilə idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə qaydalarını pozmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İXM-nin 372.2-ci maddəsi ilə təqsirli bilinib 60 manat cərimə edilmişdir. Həmin Qərarın təsviri hissəsində qeyd edilir ki, xx.xx.2023-cü il tarixli EQ 12789448 nömrəli protokola əsasən qərar qəbul edilmişdir. Əgər pratokol tərtib edilmişsə deməli həmin protokolu hansısa fiziki şəxs tərtib etmişdir belə olan halda nədən həmin protokola tərəfindən imza etdiriməmişdir. Deməli hansısa İnformasiya Sistemindən söhbət gedə bilməz. Qeyd edilən qərarı qanunsuz, əsassız, haqsız, qeyri-obyektiv hesab edir. Belə ki, xx.xx.2023-cü il tarixdə saat 23:05 radələrində X9 markalı, **-XE-*** Dövlət nömrə nişanlı avtomaşını ilə həmin vaxtda Bərdə şəhəri Baki küçəsində olmamış,avtomobil idarə etməmişdir Əgər belə sübut (görüntü) varsa təqdim etsinlər. Həmin küçədə ötmə qadağandır işarəsi, yolda hər hansı xətt görüntüsü yoxdur. Qərarda inzibati xətanın 23:05 radələrində olması qeyd edilir,ancaq video görüntüdə açıq-aşkar gündüz olduğu görünür.Qeyd olunanlara əsasən şikayətin təmin olunmasını xahiş etmişdir. X1 və Bərdə Rayon Polis Şöbəsinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin şikayətçi və Bərdə Rayon Polis Şöbəisinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq aşağıdakı qeyd olunan əsaslara görə hesab edir ki, şikayət təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən isə qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Avropa İnsan Hüquqları Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İV bəndinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. İş materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş X10 İdarəsi tərəfindən qəbul edilmiş EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərarından görünür ki, X6 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyindən, ona 60 manat məbləğində inzibati cərimə tənbehi tətbiq edilmişdir. İşə əlavə edilmiş AA ******* saylı Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1989-cu ildə anadan olmuşdur.. X2 Şəhadətnaməsinin surətindən görünür ki, “MERCEDES BENZ E 300 MİNİK” markalı, ** OJ *** dövlət qeydiyyat nişanlı avtomobil X4 mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, X6 xx.xx.2023-cü il tarixdə 10XE038 dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edərkən yol hərəkət qaydalarını pozmadığını bildirsə də, məhkəməyə EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərarın ləğv edilməsinə əsas ola biləcək sübutları təqdim edə bilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X4 əməlində İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması barədə material ilə sübut olunur. Məhkəmə qeyd edir ki, hazırkı material üzrə inzibati tənbeh tətbiq olunarkən qanunvericiliyin mahiyyəti pozulmamış, yəni inzibati xətanı kimin tərəfindən törədildiyi aydın olur. Beləliklə məhkəmə qeyd edir ki, X4 şikayəti təmin olunmamalıdır. Şərh olunanları və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutuaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsinin EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərarından X4 verdiyi şikayət təmin edilməsin, EQ 12789448 saylı, 15 yanvar 2023-cü il tarixli qərar qanuni hesab edilsin. Qərar rəsmi qaydada təqdim edildikdən sonra 10 (on) gün müddətində qərar qəbul etmiş Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar