Məhkəmə qərarları › İş №3(021)-577/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-577/2025

05.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-577/2025 05.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X3, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs müdafiəçisi Vəkil iştirakları ilə, xx.xx.1979-cu ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Bala Göyüşlü kəndində yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən 04 avqust 2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6 izahatında bildirdi ki, Bərdə Rayon Məhkəməsinin 2(021) 199/2025 saylı, 15.aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən 01 dekabr 2026-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün ərizə verildiyi 27 iyun 2024-cü il taruxdən başlayaraq hər uşaq üçün müvafiq olaraq mübahisə məhkəmədə həlll olunana və qətnamə çıxarılanandək cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 misli həddində müvəqqəti aliment tutularaq tələbkar X7 ödənməlidir. X2 4784 manat aliment borcu yaranmışdır. Borcun yönəldilə biləcəyi əmlakı yoxdur. Borcluya dəfələrlə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, borcu ödəməmişdir. Buna görə də onun barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə verilmişdir. Borclunun barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədin haqqında 10 iyun 2025-ci il tarixdə məlumatı olubdur. Hazırda yaranmış aliment borcunu tam ödəyə bilmir, himayəsində anası və iki bacısı var. Anası xəstədir. Hazırda aliment borcundan 400 manat ödəniş etmişdir. Aliment borcunu tam ödəmək imkanı yoxdur. Bərdə Rayon İcra və probasiya Şöbəsinə dəvət edilmiş, izahat yazmışdır, borcunu hər ay vaxtlı vaxtında ödəyəcəkdir. Məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdafiəçisi Vəkil çıxış edərək borclunun icra sənədi haqqında gec məlumatının olduğunu, hazırda 400 manat aliment borcundan ödəniş etdiyini, gələcəkdə hər ay aliment məbləğini vaxtlı-vaxtında ödəyəcəyinə söz verdiyini göstərərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətətməsi sübuta yetirilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İnzibati işin materiallarına istinad: İnzibаti işin mаteriаllarına əlаvə edilmiş 2(021) 199/2025 saylı, 15.aprel 2025-ci il tarixli icra vərəqəsinə əsasən 01 dekabr 2026-cı il təvəllüdlü X5 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün ərizə verildiyi 27 iyun 2024-cü il taruxdən başlayaraq hər uşaq üçün müvafiq olaraq mübahisə məhkəmədə həlll olunana və qətnamə çıxarılanandək cavabdeh Şəxs sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,46 misli həddində müvəqqəti aliment tutularaq tələbkar X7 ödənməlidir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən qəbul edilmiş icraata başlama haqqında 23 aprel 2025-ci il tarixli qərardan görünür ki, 2(021) 199/2025 saylı, 15.aprel 2025-ci il tarixli icra vərəqəsi üzrə icraata başlanılmış, icra sənədi üzrə borcluya borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş tələbin könüllü ödənilməsi haqqında 23 aprel 2025-ci il tarixli bildirişdən görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021) 199/2025 saylı, 15.aprel 2025-ci il icra sənədi üzrə borclu Şəxs İsa oğluna borcu könüllü ödəməsi üçün 10 gün müddət verilmişdir. Bildiriş borclu tərəfindən 10 iyun 2025-ci il tarixdə qəbul edilmişdir. Ağdam Rayon Polis Şöbəsi tərəfindən verilmiş 24 iyul 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs barəsində 24 iyul 2025-ci il tarixdə 210261 nömrəli axtarış işi açılmışdır. İnzibati işə əlavə edilmiş Bərdə Rayon İcra və probasiya Şöbəsi tərəfindən verilmiş 04 avqust 2025-ci il tarixli məktubdan görünür ki, Şəxs Bərdə rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İnzibаti işin mаteriаllarına əlаvə edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib edilmiş 04 avqust 2025-ci il tarixli MN ******* nömrəli protokolda göstərilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021)-199/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarına əsasən 4784 manat aliment borcu yaranmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs Bərdə Rayon Məhkəməsinin 2(021) 199/2025 saylı, 15 aprel 2025-ci il icra sənədi üzrə tələbkara olan borcunundan qismən ödəniş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir; 110.1-ci maddəsinə əasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını və inzibati materiala əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi üzrə təqsiri sübuta yetirilmir. Belə ki, məhkəmə iclasında barəsində inzibati qaydada icraat aparılan şəxsin, icra məmurunun izahatları əsasında, o cümlədən, məhkəməyə təqdim edilmiş icra işində olan sənədlərlə Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş pul məbləğini tam olmasa da, tələbkara maddi imkanının yol verdiyi məbləğdə hissə-hissə ödəməsi öz təsdiqini tapmışdır. Göründüyü kimi, Şəxs həmin qərarın icrasından yayınmasını təsdiq edən hər hansı sübut məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən həmin hərəkətləri etməsini təsdiq edən hər hansı hal öz təsdiqini tapmadığından Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilməlidir. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar