Məhkəmə qərarları › İş №3(021)-578/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-578/2023

06.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-578/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X2 iclas katibliyi ilə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından şikayətçi (barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs) X3 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci tarixli qərarı ilə X3 İXM-in 327.2-ci maddəsi ilə təqsirli bilinib, 60 (altmış) manat məbləğində inzibati cərimə edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraata aparılan X3 məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, Bərdə rayon sakinidir. Ona məxsus olan VAZ 21705 markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 dekabr 2022-ci il tarixdə istifadə edən zaman onun barəsndə İXM-nin 327.2-ci maddəsi ilə protokol tərtib olunmuş, ona cərimə yazılmışdır. Hesab edir ki, onun barəsində qəbul olunmuş inzibati tənbehin tətbiq edilməsi haqqında qərar və protokol qanunsuz və əsassız olduğundan ləğv edilməli və inzibati xəta hadisəsi törədilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, ona məxsus olan “VAZ-21075” markalı, **-BU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini 18 dekabr 2022-ci il tarixdə istifadə etdiyi zaman X7 İdarəsinin əməkdaşları tərəfindən ona qanunsuz olaraq protokol tərtib olunuşdur. xx.xx.2022-ci il tarixli, EQ- 12521808 nömrəli protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarla barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmiş və ona 60 manat cərimə yazılmışdır. Hazırda ona yazılmış cərimə Yol Polisi İdarəsinin əməkdaşlarının qanunsuzluğundan yaranmışdır. Heç bir qanunsuzluq etməmiş və İXM-nin müvafiq maddələrini pozmamışdır. Bundan başqa qanunsuz yazılmış cəriməni ödəyə bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayət ərizəsini nəzərdən keçirib, şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesab edir ki, X3 barəsində tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli inzibati tənbehvermə haqqında qərarından qanunla müəyyən edilmiş şikayət müddəti şikayət verən şəxs tərəfindən üzürsüz səbəbdən buraxılmışdır və şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə müvafiq qərardadla şikayətçi X1 geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X3 qərardan şikayət vermə müddətini buraxmasının üzrlü səbəbləri barədə məhkəməyə sübut təqdim etməmiş və qərardan şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair vəsatət verməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyrimümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair 04 noyabr 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələbləri baxımından inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı qəbul edilən qərardaddan apellyasiya şikayəti vermək hüququ istisna edilir. İş materiallarından göründüyü kimi mübahisələndirilən qərardan şikayət vermə müddəti şikayət verən şəxs X3 tərəfindən üzürsüz səbəblərdən buraxılmış, həmçinin adı çəkilən şəxs tərəfindən buraxılmış müddətin bərpasına dair vəsatət təqdim olunmamışdır. Qeyd edilənləri və İXM-in 130-cu maddəsini nəzərə alaraq məhkəmə QƏRАRА АLDİ: X3 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2022-ci il tarixli qərarından verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar