Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-579/2023 23.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayəti və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏNETDİ: X2 məhkəməyə şikayət verərək, Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə şikayətə və ona əlavə olunmuş sənədlərə baxaraq belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, X1 qərarı və tələbini əsaslandırdığı hallara dair hər hansı sübutları şikayətinə əlavə etməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı halda X2 məhkəməyə müraciət edərkən, şikayəti məhkəməyə natamam formada təqdim etmişdir. Azərbaycan Respublikası İXM-nin 76.1-ci maddəsinə əsasən, İnzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Məhkəmə hesab edir ki, X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARAALDİ: X2 tərəfindən Bərdə rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi barədə verilmiş şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılsın . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-579/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-579/2023
23.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver