Məhkəmə qərarları › İş №3(021)-58/2021

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-58/2021

28.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-58/2021 28.01.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, şikayətçi X1 və onun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin DYPİ-nin 18 yanvar 2020-ci il tarixli qərarından X1 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayəti nəzərdən keçirərək , məhkəmə MÜƏYYƏN ETDİ : X1 nümayəndəsi və vəkili Vəkil məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 18 yanvar 2020-ci il tarixli elektron protokolunun və ona dair qərarının ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında X1 nümayəndəsi və vəkili Vəkil şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 18 yanvar 2020-ci il tarixli qərarından X1 verdyi şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 18 yanvar 2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət üzrə təqdim edilmiş materiallar natamamdır, şikayəti əsaslandıran sənəd əlavə olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər material səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Sadalananlara əsasən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 18 yanvar 2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ona geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 106 və 109-cu maddələrini rəhbər tutub, QƏRAR VERDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 İdarəsinin 18 yanvar 2020-ci il tarixli qərarından X2 tərəfindən verilmiş şikayət ona qaytarılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar