Məhkəmə qərarları › İş №3(021)-580/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-580/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-580/2023 07.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Barəsində inzibati icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxx 1981-ci il tarixdə Bərdə rayonu Hacallı kəndində doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayonu, Hacallı kəndində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş İXP ******* saylı inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs 13 yanvar 2023-cü il tarixdə saat 12:30 radələrində idarə etdiyi “Chery”markalı, **-NU-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə rayonu Kələntərli kəndində hərəkətdə olan zaman, müəyyən edilmiş sürət həddini aşmaqla yol örtüyünün yaş olmasını, həmçinin görünən məsafədə sərt döngənin olmasını nəzərə almayaraq avtomobilin idarə etməsini itirərək, döngəyə daxil olan, X2 idarə etdiyi “Vaz- 2107” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsindən vurmuşdur. Hadisə nəticəsində “Vaz-2107” markalı avtomobildə olan sərnişinlər, X6, X5 və X1 qısa müddətdə pozulmasına səbəb olan yüngül xəsarət almışdırlar. Bununla Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan Şəxs bildirdi ki, o, sürücülüklə məşğul olaraq ailəsini dolandırır. Hal hazırda Ağdam rayonu kəndlərində quyu sifarişlərinə getdiyi üçün “Vaz-21011” markalı avtomobilini gətirərək qudası Teymurun yaşadığı evin həyətində saxlamış və özünə məxsus “Chery” markalı **-NU-*** qeydiyyat nişanlı avtomobili ilə Bərdə rayonu Hacıallı kəndinən gəlmişdir ki, digər avtomobilini götürə və işlərinin ardınca gedə. O, saat 12:30 radələrində Bərdə rayonu Kələntərli kəndinə çatan zaman saatda 40 km sürətlə hərəkətdə olmuş və qəbirsanlı hissədə qarşsında döngə olduğuna görə sürəti azaltmaq məqsədi ilə əyləc pedalını basmış və ikinci dəfə ayağını əyləc pedalına basdıqda avtomobili sürüşmüş və bir məqamda qarşısında hərəkətdə olan “Vaz-2107” markalı avtomobil çıxmış və onun avtomobili “Vaz” markalı avtomobil ilə toqquşmuşdur. Həmin vaxtı döş qəfəsi idarə etdiyi avomobilin sükanına dəymiş və ağrı hiss etdiyi üçün Bərdə rayon Diaqnostika mərkəzinə müraciət etmişdir. Barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan Bərdə Rayon Polis Şöbəsinin 30 yanvar 2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bərdə rayonu Hacıallı kəndində yaşayan Şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəqliyyat vasitəsinin sürücüsü tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin isismarı qaydalarını pozulması yalnız başqasının sağlamlığına az ağır və ya ağır dərəcəli xəsarətlər yetirilməsi yaxud da, başqasının ölümü ilə nəticələndiyi hallara görə məsuliyət nəzərdə tutulmuşdur. Ona görə də, Yol Hərəkəti haqqında Azərbaycan respublikası Qanunun tələbləri pozması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı X6, X5 və X1 qısa müdətdə pozulmasına səbəb olan yüngül xəsarətlər almışdırlar. Buna görə də, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmişdir. Lakin sürücü Şəxs əməlinə Azərbaycan Rspublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsi üçün qərarı surəti Bərdə rayon Polis şöbəsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Bərdə rayon Polis şöbəsinin istintaq bölməsinin təhqiqatçısı polis mayoru X3 cinayət işinin başlanmasının rədd edilməsi barədə 30 yanvar 2023-cü il tarixli qərarı, habelə inzibati xəta haqqında 16 fevral 2023-cü il tarixli İXP ******* nömrəli protokolla sübuta yetirilir. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyası çərçivəsində tənbeh təyin olunmalıdır. İnzibati xəta törətmiş Şəxs şəxsiyyətini nəzərə alaraq onun barəsində təqsirli bilindiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 2-ci maddəsinə əsasən inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 150.11-ci maddəsində qeyd olunmuşdur ki, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barəsində inzibati cərimə tənbeh növü tətbiq edilən şəxs qərarı dərhal və ya qərarın qanuni qüvvəyə mindiyi gündən 5 iş günü müddətində icra edərsə tətbiq olunan cərimənin məbləğinin 10 faizi miqdarından ödənişindən azad edilir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ İnzibati xəta törətmiş Şəxs əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Bərdə rayon İcra və probasiya Şöbəsinə və Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar