Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-581/2023 02.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X5 iclas katibliyi ilə, xx.xx.1961-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Bərdə rayonu, Lək kəndində yaşayan X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərə tutulmuş inzibati xətanı törətdiyinə görə İnzibati Tənbeh vermə haqqında Elektron qərardan verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, xx.xx.2022-ci il tarixli DİN BDYPİ X2 qərarının ləğv edilməsinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, DİN BDYPİ X2 18 oktyabr 2022-ci il tarixli, qərarına əsasən guya xx.xx.2022-ci il tarixdə saat 21:46:05 radələrində “Ford Transit 100 DVAN yük sərnişin markalı, **-BT-*** dövlət nömrə nişanlı avtomaşını Bərdə şəhəri H.Əliyev prospekti ilə idarə edərkən təhlükəsizlik kəmərini bağlamamış, bu səbəbdən də Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat inzibati cərimə edilmişdir. Hesab edir ki, həmin qərar qanunsuz, əsassız, haqsız və qeyriobyektivdir. Belə ki, 18 oktyabr 2022-ci il tarixdə saat 21:46:05 radələrində “Ford Transit 100 DVAN yük sərnişin” markalı, **-BT-*** dövlət nömrəli nişanlı avtomaşınla Bərdə şəhəri ərazisində olmamış, həmin vaxt avtomobili idarə etməmişdir. Heç bir inzibati xəta törətməmiş, onun barəsində tərtib edilmiş inzibati qərarın heç bir qanuni və hüquqi əsası yoxdur. Hesab edir ki, həmin qərar tam qanunsuzdur və ləğv edilməlidir. Bərdə Rayon Məhkəməsinin 3(021) 1385/2022 nömrəli, 10 noyabr 2022-ci il tarixli qərarına əsasən X6 tərəfindən verilmiş şikayət təmin edilməmiş, Daxili İşlər Nazirliyinin Bakı Dövlət Yol Polisi İdarəsinin X2 18 oktyabr 2022-ci il tarixli, EQ11799885 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanmışdır. Həmin qərardan X6 tərəfindən apelyasiya şikayəti verilmiş, şikayət üzrə qəbul edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 3(104) 637/2022 nömrəli qərarından görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bərdə rayon Məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(021) 1385/2022 saylı qərarı ləğv edilmiş və inzibati xəta haqqında material yenidən baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə X4 və inzibati tənbeh vermə haqqında qərarı tərtib etmiş orqana məhkəmə bildirişi göndərilməklə məlumat verilməsinə baxmayaraq X6 və müvafiq orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri ilə bağlı məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə X3 və qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etdi. Məhkəmə şikayətin dəlillərini iş materialları və əlavə təqdim edilmiş sənədlərlə əlaqəli şəkildə araşdırıb hesаb edir ki, şikayət əsaslı olduğundan təmin edilməlidir. Belə ki, inzibati xəta haqqında işin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE 13191233 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1961-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Lək kəndində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Qaradəmirçi Kəndi İnzibati Ərazi X7 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1280 nömrəli arayışdan görünür ki, X1 rayonu Lək kəndində yaşayır. İş materiallarında olan DİN DYP Web Portalından çıxarışdan görünür ki, X6 xx.xx.2022-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 329.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqslirli bilinib 40 (qırx) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin 28 dekabr 2022-ci il tarixli, 3(104) 637/2022 nömrəli qərarında göstərilmişdir ki, birinci instansiya məhkəməsinin 10 noyabr 2022-ci il tarixli, 3(021) 1385/2022 saylı qərarında X3 təhlükəsizlik kəmərindən istifadə etməməsini əks etdirən videogörüntünün yol polis bölməsinin nümayəndəsi tərəfindən məhkəməyə təqdim edilməsi göstərilsə də həmin videogörüntü inzibati xəta haqqında iş materiallarına əlkavə edilməmiş, bundan başqa inzibati tənbehvermə göstərilsə də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə yüklənən fotoşkildən həmçinin Yol polis bölməsinin əməkdaşının birinci instansiya məhkəməsində verdiyi izahatdan inzibati xəta hadisəsinin törədilmə vaxtının günün hansı vaxtı olması şübhə doğurmiuş, lakin həmin xüsusat tam olaraq araşdırılmamış, elektron qərarın inzibati xəta hadisəsini qeydə almış xüsusi texniki vasitənin ntipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və növbəti yoxlamanın keçirilməsli olduğu vaxt barədə məlumatlar məhkəmə tərəfindən əldə edilərək yoxlanılmamışdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, inzibati tənbeh vermə haqqında Elektron qərarla X6 AR.İXM-in 329.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 40 manat məbləğində inzibati cərimə olunmuşdur. Daha sonra barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxs X6 məhkəməyə şikayət verərək, inzibati tənbeh vermə haqqında elektron qərarın ləğvinə dair məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. İXM-in 334.1-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsi”nə dair 2 noyabr 2016-cı il tarixli qərarında göstərilmişdir ki, inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılmasından çəkinməklə yanaşı, cəmiyyətdə inzibati sahədə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə görə, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Bu Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati-delikt və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir. İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 118.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardad onu qəbul etmiş hakim, kollegial orqanın iclasına sədrlik edən şəxs və vəzifəli şəxs tərəfindən imzalanır. Göründüyü kimi, iş materiallarından X6 tərəfindən AR.İXM-in 329.1-ci mаddəsi ilə inzibati xətanın törədilməsi və ya həmin xətanın törədilməsində Bəxtiyar Yusifovun təqsiri sübuta yetirilmir. Şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından və inzibati tənbeh vermə haqqında Elektron qərarı tərtib etmiş orqan inzibati xətanın törədilməsində şəxsin təqsirini mötəbər sübutlarla sübut edə bilmədiyindən məhkəmə hesab edir ki, X6 barəsində İXM-in 329.1-ci mаddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Apellyasiya məhkəməsinin qərarında qeyd edilən xüsusatların araşdırılması bununla bağlı sübut və materialların səlahiyyətli orqan tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməməsi səbəbindən mümkün olmamışdır. Beləliklə də şikayət verən şəxs barəsində tətbiq edilmiş inzibati tənbeh tətbiq edilməsi barədə qərarın ləğv edilməsini tələb etməkdə haqlı olmuşdur. İXM-in 53.0-cı maddəsinə əsasən, aşağıdakı hallarda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir: 53.0.1. inzibati xəta hadisəsi olmadıqda; 53.0.2. inzibati xəta tərkibi olmadıqda; İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM-in 12-ci mаddəsində göstərilmişdir ki, bu Məcəllə ilə qоrunаn ictimаi münаsibətlərə qəsd edən, hüquqаzidd оlаn, təqsirli sаyılаn (qəsdən və ehtiyаtsızlıq üzündən törədilən) və inzibаti məsuliyyətə səbəb оlаn əməl (hərəkət və yа hərəkətsizlik) inzibаti xətа hesаb оlunur. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda çıxarılır. Göstərilənlərə əsаsən və İXM-in 133, 134, 136-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏRАRА АLDİ: Şikayət təmin edilsin. X6 barəsində İXM-in 329.1-ci mаddəsi ilə qəbul edilmiş xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Elektron qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə və ya birbaşa Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-581/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-581/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver