Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-582/2023 24.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X3 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti inspektoru polis serjantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1988-ci il tarixdə Bərdə rayonu Həsənli kəndində anаdаn оlmuş, Bərdə rayon Həsənli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 511.1.3-cü mаddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü ildə saat 18:40 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində VAZ21074 minik markalı 10HN755 dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsindəndə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti baş inspektoru X4 izahatında göstərdi ki, xx.xx.2023-cü ildə saat 18:40 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində VAZ21074 minik markalı 10HN755 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili yüksək surətlə idarə edərək, ötmə qaydasını pozub, qarşı hərəkət zolağına çıxıb, əks istiqamətdə hərəkətdə olan avtomobilləri məcburi öz hərəkət zolağından çıxararaq dairəyə əks istiqamətdə daxil olub avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarının davamlı olaraq pozmuşdur. Bununla da Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şəxs barəsində məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək əməlindən peşman olduğunu bildirdi və yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Bərdə RPŞ-nin DYP-nin YPX-i inspektorudur. xx.xx.2023-cü ildə saat 18:40 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində xidmətdə olarkən VAZ21074 minik markalı 10HN755 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili yüksək surətlə idarə edərək, ötmə qaydasını pozub, qarşı hərəkət zolağına çıxıb, əks istiqamətdə hərəkətdə olan avtomobilləri məcburi öz hərəkət zolağından çıxararaq dairəyə əks istiqamətdə daxil olub avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarının davamlı olaraq pozmuşdur. Məhkəmə iclasında şahid qismində iştirak edən X2 bildirdi ki, Bərdə RPŞ-nin DYP-nin YPX-i inspektorudur. xx.xx.2023-cü ildə saat 18:40 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində xidmətdə olarkən VAZ21074 minik markalı 10HN755 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs avtomobili yüksək surətlə idarə edərək, ötmə qaydasını pozub, qarşı hərəkət zolağına çıxıb, əks istiqamətdə hərəkətdə olan avtomobilləri məcburi öz hərəkət zolağından çıxararaq dairəyə əks istiqamətdə daxil olub avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarının davamlı olaraq pozmuşdur. Şəxs Azərbaycan Respublikası İXM-nin 511.1.3-cümaddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. İnzibati işin materiallarda olan İXP ******* saylı xx.xx.2023-cü il tarixli inzibati xəta haqqında protokoldan və əlavə edilmiş sənədlərdən görünür ki, sürücü Şəxs xx.xx.2023cü ildə saat 18:40 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində VAZ21074 minik markalı 10HN755 dövlət qeydiyyat nişanlı avtomobili yüksək surətlə idarə edərək, ötmə qaydasını pozub, qarşı hərəkət zolağına çıxıb, əks istiqamətdə hərəkətdə olan avtomobilləri məcburi öz hərəkət zolağından çıxararaq dairəyə əks istiqamətdə daxil olmaqla avtoxuliqanlıq edərək yol hərəkəti qaydalarının davamlı olaraq pozmuşdur Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan aşağıdakı qərəzli hərəkətlərə: 511.1.3. mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə –nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Şəxs İXM-in 511.1.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi iş üzrə toplanmış materiallarla tam sübuta yetir. Onun inzibati məsuliyyətdən azad edilməsi və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur və Şəxs törətdiyi inzibati xətaya görə tənbeh edilməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibati xətanın xarakterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, o, təqsirli olduğu maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati qaydada həbs edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən, əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakrterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənlərə əsasən və İXM-in 43, 112, 114, 115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə təqsirli bilinib, barəsində nəqliyyat vasitələrini idarə etmə hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla 15 (on beş) gün müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24 fevral 2023-cü il tаrixdən, saat 11:45–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərаrın surəti rəsmi аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpellyаsiyа Məhkəməsinə аpellyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-582/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-582/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver