Məhkəmə qərarları › İş №3(021)-583/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-583/2022

04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-583/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu Yenidaşkənd kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 342.9cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Bərdə rayon Polis Şöbəsində 16.04.2022-ci il tarixdə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Şəxs 16.04.2022-ci il tarixdə, saat 11:09 radələrində 332.2-ci maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməklə, 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları ilə təchiz edilməsi halına yol vermişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında bildirdi ki, onun sürücülük hüququ yoxdur. “MERCEDES BENZ E 200 D” minik markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsi onun qardaşına məxsusdur. Avtomobili idarə edərkən qardaşı maşında olmuşdur.Əməlindən peşimandır. Qərar qəbul edilərkən nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, protokol geri qaytarılmalıdır. Belə ki, məhkəmə müəyyən olundu ki, hazırkı protokol İXM-nin 332.2 və 342.9-cu maddələri ilə tərtib olunmuşdur. İXM-nin 332.2-ci maddəsi nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsindən bəhs edir. İXM-nin 332.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə- yüz manat məbləğində cərimə edilir. İXM-nin 342.9-cu maddəsinə əsasən nəqliyyat vasitələrinin müvafiq icazə olmadan xüsusi (çoxavazlı) səs və ya sayrışan işıq siqnalları və ya operativ nəqliyyat vasitələri üçün müəyyən edilmiş rənglənmə sxemləri, yazılar və tanınma nişanları ilə təchiz edilməsinə, yaxud nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtüklərdən və ya qurğulardan, nəqliyyat vasitəsinin sürətini ölçməyə maneçilik törədən və ya ölçmə cihazlarının işinə mane olan antiradar və digər texniki vasitələrdən, yaxud əhalinin dincliyini nümayişkaranə şəkildə pozan səs siqnallarından istifadə edilməsinə görə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmet müsadirə edilməklə, beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə cərimə edilir. Bundan başqa məhkəmə iclasında müəyyən olundu ki,“MERCEDES BENZ E200 D” minik markalı,**-DN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi və istifadəçisi Şəxs deyil,onun qardaşı Nəsimi Qəhrəmanovdur. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə əsasən daha ciddi xətaya görə, yəni İXM-nin 342.9-cu maddəsinə əsasən daha ağır cəza tətbiq etməlidir. Lakin “MERCEDES BENZ E200 D” minik markalı, **-DN-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Nəsimi Qəhrəmanov olduğuna görə barəsində inzibati icraat aparılan şəxs Şəxs İXM-nin 342.9-cu maddəsinin təsir dairəsinə düşmür. Buna görə də barəsində inzibati icraat aparılan şəxs Şəxs oğlunun barəsində İXM-nin 332.2-ci maddəsi ilə, həmçinin avtomobilin mülkiyyətçisi onun qardaşı Nəsimi Qəhrəmanov barəsində ayrıca protokol tərtib olunmalıdır. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, Bərdə rayon polis şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılmalıdır. Yuxarıda şərh olunanlara əsasən İXM-nin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Bərdə rayon polis şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol geri qaytarılsın. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar