Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-583/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Nəcəfova Xəyalə Yusif qızının katibliyi, X1nun iştirakı ilə Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Şaiq Səlimovun barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN1418824 saylı protokol və xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarından X5 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏNETDİ: Bərdə rayon Polis Şöbəsinin 22 sentyabr 2022-ci il tarixli, MN1127528 nömrəli qərarına əsasən X5 Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. X5 şikayət ilə məhkəməyə müraciət edərək, Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi polis kapitanı Şaiq Səlimovun barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN1418824 saylı protokol və xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, 24 avqust 2022-ci il tarixdə Bərdə Rayon Polis Şöbəsinin İTB-nin rəisi, sahə rəisi polis kapitanı Şaiq Səlimovun barəsində tərtib etdiyi inzibati xəta haqqında MN1418824 saylı protokol qəbul edilmişdir və xx.xx.2022-ci il tarixdə İXM-nin 289.0.2-ci maddəsi ilə inzibati tənbeh vermə növü tətbiq edilmişdir. Belə ki, obyekti işlədən o deyil, qardaşı Vüqardır. Ona görə də xx.xx.2022-ci il tarixli MN ******* saylı protokol və xx.xx.2022-ci ildə isə MN ******* saylı protokol yazılaraq qərar qəbul edilmişdir. Yazılan prptpkoldan heç bir xəbəri olmamışdır. 10 gün olar ki, protokolu və qərarı almışdır. O həmin obyekti işlətməmişdir.Barəsində yazılan protokol qeyr-qanunidir. Hesab edir ki, barəsində yazılan protokol və qaəbul edilmiş qərar əsassızdır və etibarsız hesab edilməsi üçün kifayət qədər əsaslar vardır. barəsində tərtib edilmiş potokol və qəbul edilmiş qərar ləğv edilməlidir. Məhkəmə iclasında şikayəti X5 şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə şikayəti və ona əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, X5 tərəfindən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyindən və prosessual müddətin bərpası barədə ərizə verilmədiyindən, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsi tərəfindən tərib edilmiş xx.xx.2022-ci il tarixli MN1418824 saylı protokolun surətindən görünür ki, X5 barəsində Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Polis Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İXM-nin 289.0.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tətbiq edilmişdir. X1 Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN1418824 saylı protokol və xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarından şikayətin verilməsi üçün prosessual müddəti ötürmüşdür. İXM-nin 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib etdiyi xx.xx.2022-ci il tarixli, MN1418824 saylı protokol və xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarından şikayət verilməsi üçün qanunvericilikdə 10 (on) günlük müddət müəyyən edilmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsini rəhbər tutaraq QƏRARAALDİ: Bərdə rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, MN1418824 saylı protokol və xx.xx.2022-ci il tarixli MN1127528 saylı qərarından X5 tərəfindən verilmiş şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-583/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-583/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver