Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-584/2025 15.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 262.2.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 262.2.3-cü maddəsi ilə inzibati xəta törətməsinə dair, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X8 tərəfindən 5 avqust 2025-ci il tarixli MN №2366755 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X5 30 iyul 2025-ci il tarixli, 5 saylı “Sərəncam”-dan görünür ki, Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X5 əməkdaşı böyük məsləhətçi-müfəttiş X1 və böyük məsləhətçi-müfəttiş X2 Bərdə rayonu inzibati ərazisində 5 (beş) iş günü müddətində nəzarət tədbirlərinin həyata keçirilməsi tapşırılmışdır. İnzibati iş materiallarına əlavə edilmiş 7 iyul 2025-ci il tarixli, MN ******* saylı protokoldan görünür ki, 5 avqust 2025-ci il tarixdə həyata keçirilən nəzarət tədbirləri zamanı Bərdə rayonu, Mirzəcəfərli kəndi ərazisində yerləşən südlük-heyvandarlıq fermasında formalaşan tullantı sular təyinatsız olaraq S-6-4 kollektoruna axıdılır. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X5 5 avqust 2025-ci il tarixli, №001405 saylı aktından görünür ki, Bərdə rayonu, Mirzəcəfərli kəndi ərazisində yerləşən südlük-heyvandarlıq fermasının ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus olduğu,mövcud olan fermanın tikintisi Şəxs tərəfindən bələdiyyədən 47 illik icarəyə götürülmüş 14 ha torpaq sahəsində aparılmış olduğu müəyyən edilmiş , ərazidən çəkilmiş fotoşəkillər və digər materiallar akta əlavə edilmişdir. İnzibati iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidmətinin “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”-də 11 nömrəli reyestr kitabının 40 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışdan görünür ki, Bərdə rayonu, Mirzəcəfərli kəndində yerləşən 14 ha torpaq sahəsi üzərində olan №********** saylı icarə hüququ Şəxs məxsusdur. Məhkəmə işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X6 geri qaytarılmalıdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının 2 iyul 2013-cü il tarixli 714- İVQ Qanununun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlamaya anlayış verilmişdir. Qeyd edilən anlayışa əsasən yoxlama yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. Yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur. Həmin Qanunun 1.1.2-1-ci maddəsinə əsasənyoxlama obyekti – yoxlamaların məqsədləri üçün nəzarət sahəsindən asılı olaraq aşağıdakılardır: 1.1.2-1.1. sahibkarın məcburi tələblər müəyyən edilən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə fəaliyyəti; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; 1.1.2-1.2. sahibkarlıq fəaliyyəti ilə əlaqədar sahibkarın mülkiyyət hüququ ilə və digər qanuni əsasla sahiblik etdiyi və məcburi tələblər müəyyən edilən əmlakı (o cümlədən sahə, istehsal sahəsi), habelə sahibkarın struktur bölməsi; 1.1.2-1.3. sahibkara məxsus və məcburi tələblər müəyyən edilən mallar, işlər və xidmətlər; Həmin Qanunun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra – qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən sahibkarlarda yoxlamaların aparılmasının dövriliyi, ardıcıllığı, təkrarlanması və nəticələri haqqında tam və operativ məlumatın əldə olunması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən yoxlamaların vahid məlumat reyestri aparılır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən yoxlayıcı orqanlar apardıqları hər bir yoxlama barədə məlumatı bu Qanunun 13.2-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borcludurlar. “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli 246 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli 383 nömrəli Fərmanı ilə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” təsdiq edilmişdir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 723-İQ nömrəli Qanununun 1-ci maddəsinə əsasən tullantı suları istehlakçıların istifadə edərək çirkləndirdiyi sular, sənaye texnologiyası ilə əlaqədar olaraq çirklənmiş sular, həmçinin yaşayış məntəqəsində insanların fizioloji qalıqları (ifraz maddələri) ilə qarışmış mayelər, baş vermiş qəzalar zamanı ətraf mühitə və kanalizasiya sisteminə atılan şərti təmiz sulardır. Məhkəmə qeyd edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında materialla yuxarıda qeyd edilə normativ hüquqi aktların tələblərinə riayət edildiyini təsdiq edən sənədlər əlavə edilməmişdir. Bununla yanaşı, barəsində inzibati xətalar haqqında iş üzrə icraat aparılan Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olub-olmadığını müəyyənləşdirmək üçün “Bərdə rayonu, Mirzəcəfərli kəndi ərazisində yerləşən, "xxxx" MMC-yə məxsus olan südlükheyvandarlıq fermasında təyinatsız axıdılan suyun tullantı su olub-olmamasını müəyyən etmək üçün ekspertiza və ya laborator-analiz həyata keçirilməli, müvafiq araşdırmanın nəticəsi iş materiallarına əlavə edilməlidir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş 5 avqust 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X3ytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 262.2.3-cü maddəsi ilə tərtib olunmuş 5 avqust 2025-ci il tarixli MN № ******* saylı protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi yanında Suların İstifadəsinə və X4 Xidmətinin 7 saylı X7 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-584/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-584/2025
15.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver