Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-585/2023 13.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, X2 iştirakı ilə, X3 tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin protokolu üzrə qəbul olunmuş qərarından verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏNETDİ: X3 məhkəməyə şikayət verərək, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Baş X1 tərəfindən tətbiq edilmiş 15 fevral 2023-cü il tarixli MN № ******* nömrəli protokolu üzrə qəbul olunmuş qərarın İXM-nın 215.1,215.4-cü maddələrinin ləğv olunması barədə qərar qəbul olunmasını xahiş etmişdir. X3 şikayətini belə əsaslandırmışdır ki, o, Bərdə şəhəri A.Əhmədov küçəsində MS CLİNİC MMC fəaliyyət göstərmək üçün özəl tibb yeri açmışdır. Həmin kilinikada xx.xx.2019-cu ildən xx.xx.2022-ci ilədək həkim olaraq fəaliyyət göstərmişdir. xx.xx.2023cü ildən Əmək müqaviləsində dəyişiklik edilərək MS CLİNİC MMC-NİN Direktoru vəzifəsində fəaliyyət göstərməyə başlamışdır. Ancaq Səhiyyə Nazirliyinin Tibb mərkəzinin Analitik ekspertizasının baş mütəxəsisi X4 xx.xx.2023-cü il taridə Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən MS CLİNİC MMC-yə keçmiş əmək müqaviləsinə görə serfitikasiyadan keçmədiyi üçün cərimə tətbiq edilmişdir. Halbu ki o, hal hazırda həkim olaraq kilinikada fəailyyət göstərmir. Kiçik otaqda guya ki, laboratoriya otağı olduğuna görə cərimə tətbiq edilmişdi. Sözügedən kiçik otaq labaratoriya otağı deyil. Hətta müqaviləyə əsasən onun həkim yox direktor olduğunu bildirsə də bunların heçbiri nəzərə alınmamışdı. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən Bərdə şəhəri A.Əhmədov küçəsində yerləşən MC CİLNİC MMC-yə İXM-nin 215.1 və 215.4 cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında X3 şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdi. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə işə baxılmasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayətə baxaraq belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, X3 şikayətdə tələbini aydın ifadə etməmiş, Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Baş X1 tərəfindən tətbiq edilmiş 15 fevral 2023-cü il tarixli MN № ******* nömrəli protokolu üzrə qəbul olunmuş qərarın İXMnın 215.1,215.4-cü maddələrinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, X3 Azərbaycan Respublikasinin Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin 15 fevral 2023-cü il tarixli MN № ******* nömrəli protokolu üzrə qəbul olunmuş qərarın ləğv olunmasını xahiş etsə belə, həmin qərarı şikayətinə əlavə etməmiş, məhkəmə iclasında da məhkəməyə təqdim edə bilməmişdir. Şikayətinə əlavə etdiyi 251 nömrəli xx.xx.2023-cü il tarixli qərar isə 15 fevral 2023-cü il tarixli MN № ******* nömrəli protokolu üzrə qəbul olunmuş qərar deyil, “yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənələrlə) baxılmasının nəticələri üzrə qəbul olunmuş qərarıdır. “Yoxlama materiallarına (yoxlama aktına və ona əlavə olan sənələrlə) baxılmasının nəticələri üzrə 251 nömrəli xx.xx.2023-cü il tarixli qərara əsasən: Yoxlama materiallarına əsasən ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-nin yoxlama dövrünə aid sahibkarlıq fəaliyyətində inzibati xəta əlamətləri aşkar edildiyindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsinə əsasən lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə və 215.4- cü maddəsinə əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və Əczaçılıq fəaliyyətinə buraxılmasına görə tərtib edilmiş inzibati xəta haqqında protokola baxılıb Qərardad qəbul edilməsi üçün Səhiyyə Nazirliyinə təqdim edilməsi; Yoxlamanın birinci sualı üzrə qeyd edilən pozuntuların aradan qaldırılması üçün sahibkara xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinədək 30 iş günü (otuz) müddətində vaxt verilsin. Pozuntuların aradan qaldırılması müddəti bitdikdən sonra 3 (üç) iş günü ərzində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə yazılı məlumat (video materiallar və foto şəkillər) təqdim edilməsi; Əgər yoxlama nəticəsində aşkar edilmiş pozuntuların və ya onların nəticələrinin müəyyən edilmiş müddət ərzində aradan qaldırılmasına dair "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının Qanunun 33.2.2-33.2.4-cü maddələrinə əsasən çıxarılmış qərarın yerinə yetirilməsi haqqında sahibkar tərəfindən yoxlayıcı orqana məlumat verilməsə və ya verilmiş məlumatın yanlış olduğu müəyyən edilərsə, onda həmin müəssisədə plandankənar (növbədənkənar) yoxlama keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə hesab edir ki, X2 verdiyi şikayət geri qaytarılmalıdır. Belə ki, İXM-nin 109.1.6-cı maddəsinə əsasən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul olunur. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 109.1.6, 118-ci maddələrini rəhbər tutub, QƏRARAALDİ: X2 verdiyi şikayət geri qaytarılsın . Qərardan şikayət verilə bilməz. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-585/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-585/2023
13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver