Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-586/2023 24.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon prokurorluğunun nümayəndəsi X2, Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi Vəkil iştirakları ilə, xx xxxx 1991-ci il tarixdə Beyləqan rayonunda doğulmuş, ali təhsilli, Bərdə rayonu 3 saylı orta məktəbdə təsərrüfat üzrə direktor müavini işləyən, əvvəllər məhkumluğu olmayan, Kəlbəcər rayonu Xallanlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Nazırlı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin elektron poçt ünvavına müraciət edərək nalayiq söyüşlər söymüşdür. Məhkəmə iclasında Bərdə Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X5 izahatında göstərdi ki, Şəxs 22 fevral 2022-ci il tarixdə Daxili İşlər Nazirliyinin BDYPİ-nin elektron poçt ünvavına müraciət edərək nalayiq söyüşlər söymüşdür. Məhkəmədən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon prokurorluğunun nümayəndəsi X4 göstərilənlərə uyğun izahat verərək, Məhkəmədən Şəxs inzibati araşdırma zamanı qeyri-səmimi izahat verdiyini, əvvəlcə əməli törətmədiyini, söyüşü doqquz yaşlı xəstə bacısıoğlu yazdığını, daha sppnra isə əməlində peşman olduğunu qeyd etdi. Ona görə də barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında göstərdi ki, 2011-ci il tarixdən təhsil sektorunda işləyir. 2019-cu il tarixdən Bərdə rayon 3 nömrəli tam orta məktəbdə təsərrüfat üzrə direktor müavini vəzifəsində çalışır. 22 yanvar 2023-cü il tarixdə Bərdə rayonunda yerləşən radar sisteminə təhlükəsizlik kəməri taxmadığı əsas gətirilərək inzibati xəta haqqında elektron protokol tərtib edilmiş, 40 manat inzibati cərimə yazılmışdır. Bu hadisə ilə bağlı dəfələrlə elektron formada Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin elektron ünvanına müraciət, şikayət ünvanlamış lakin şikayət ilə bağlı heç bir cavab verilməmişdir. Həmin söyüşü bacısı oğlu yazmışdır. Epilepsiya xəstəsidir bacısı oğlu. Məhkəmədən əməlindən peşman olduğunu nəzərə alaraq barəsində həbsnən bağlı olmayan cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iclasında Şəxs müdafiəçisi Vəkil oğlu göstərdi ki, Şəxs polis əməkdaşlarını təhqir etmədiyi üçün və onlara müqavimət göstərmədiyinə görə, habelə əməlindən peşman olduğunu nəzərə alaraq məhkəmədən Şəxs barəsində inzibati cərimə təyin etməyi xahiş etdi. Məhkəmə iş materiallarında olan sənədləri və sübutları tədqiq edərək, işdə iştirak edən şəxslərin izahalarını dinləyərək belə qənaətə gəlir ki, Bərdə rayon Polis X1 Bölməsinin sahə rəisi, polis mayoru X5 tərəfindən tərtib edilmiş protokol qanuni və əsaslıdır. Məhkəmə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi özünün tam etirafı, protokol tərtib etmiş sahə müvəkilinin izahatı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş MN ******* nömrəli 24 fevral 2023-cü il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Beləliklə məhkəmə iclasında məlum olmuşdur ki, Şəxs 22 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin elektron poçt ünvavına müraciət edərək nalayiq söyüşlər söymüşdür. Bu səbəbdən də məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə məsuliyyətə cəlb edilərək barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati həbs tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Barəsində inzibati icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal aşkar edilmədi. Həmin Məcəllənin 33-cü maddəsinə əsasən Şəxs törətmiş olduğu əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Çünki məhkəmə araşdırması zamanı da barəsində inzibati icraat aparılan Şəxs özünü qeyri-səmimi aparmış, məhkəməni söyüşü bacısıoğlu yazmağa inandırmağa çalışmış, daha sonra isə tənbehdən və məsuliyyətdən azad olunmaq üçün qeyri-səmimi formada əməlindən peşman olduğunu bildirmiş, lakin bununla belə polis əməkdaşlarından üzrxahlıq etmək, əməlindən peşmançılıq hissi keçirtmək əvəzinə, məhkəməm prosesi boyunca gülümsəmiş və özünün direktor müavini olmağını qabartmağa çalıçmışdır. Həmçinin məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini və onun təqsirinin dərəcəsini nəzərə almışdır. Bundan başqa məhkəmə həmçinin onu da xüsusi olaraq qeyd edir ki, barəsində inzibati icraat aparılan şəxsə tətbiq edilən tənbeh tədbirinin əsas fəlsəfəsi onu yenidən inzibati xəta törətməkdən çəkindirməkdir. Tənbehin məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq və ya onun ağır olan maddi vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 89.5-ci maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. Həmin Məcəllənin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128, 130-cu maddələrini rəhbər tutaraq QƏRARALDİ Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinərək barəsində 07 (yeddi) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal həbsə alınsın. İnzibati həbs etmənin əvvəli 24 fevral 2023-cü il tarixdən saat 16:50-dən hesablansın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-586/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-586/2023
24.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver