Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-586/2025 25.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Aypara Adil qızı Məmmədovanın katibliyi, "xxxx" Firmasının səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Firması barəsində Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: "xxxx" Firması Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin (Bundan sonra -İXM) 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 28 iyul 2025-ci il tarixdə MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mərkəzi Bankından daxil olmuş MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" firması tərəfindən 15050,00 ABŞ dolları məbləğində vəsait bank vasitəsilə 13 iyul 2023-cü il tarixdə avans olaraq ölkə xaricinə köçürülmüşdür. Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutalarda əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3cü yarımbəndinin tələblərinə baxmayaraq ödənişin aparıldığı gündən 2 il müddətində 15050.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar ölkəyə idxal edilməmiş və ya həmin məbləğdə valyuta vəsaiti geri qaytarılmamışdır. Xəta 14 iyul 2025-ci il tarixdə hüquqi şəxsin qeyd edilən ünvanı üzrə törədilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Firmasının nümayəndəsi X2 izahat verərək göstərdi ki, Mərkəzi Bankla razılığa gəlmişlər, təhvil-təslim aktı təqdim ediblər, özlərini təqsirli bilmirlər. Bu barədə bəyannamə aidiyyəti üzrə vaxtında təqdim edilmişdir. Buna görə də hesab edir ki, nümayəndəsi olduğu "xxxx" Firması barəsində tərtib edilmiş protokol əsaslı olmamaqla, qanuni deyildir. Məhkəmədən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində Azərbaycan Respublikası Mərkəzi Bankı qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ya işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Мəhkəmə inzibati materiala Azərbaycan Respublikası Mərkəzi Bankının səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında gömrük bəyannaməsi və ya işlərin təhvil alınması üzrə təqdim edilməyən avans köçürmələrinə dair sənəd, debit haqqında bildiriş, daşınma sözləşməsi, etibarnamə mövcuddur. İnzibati materiala əlavə olunmuş Azərbaycan Beynəlxalq Bankı ASC-nin Bərdə flialından xx.xx.2025-ci il tarixdə 6-2-91/2-311/2025 saylı arayışından görünür ki, Fərid İnşaat firmasının xx.xx.2025-ci il tarixli 73 saylı məktubuna cavab olaraq bildirilir ki, "xxxx" ASC-nin Bərdə flialına təqdim etdiyi xx.xx.2023-cü il tarixli “ALGO LOJİSTİK LTD ŞTİ” şirkəti ilə aralarında rəsmiləşdirilmiş təhvil-təslim aktı xx.xx.2023-cü il tarix üzrə ödənilmiş 15050 USD məbləğini təsdiqləyən sənəddir. xx.xx.2023-cü il tarixli, Fərid İnşaat firmasına məxsusluğu müəyyən edilən gömrük bəyannaməsi iş materiallarına əlavə edilmişdir. xx.xx.2023-cü il tarixli, göstərilən xidmətlərin dəyəri 15050 ABŞ dolları olan təhviltəslim aktı mövcuddur. Məhkəmə iclasında "xxxx" Firmasının Azərbaycan Respublikası İnzibati Хətalar Мəcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş İnzibati xətanı törətməsi araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. 430.4. Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görəvəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53-cü maddəsinə görə, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 105.1-ci maddəsinə görə, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər-hansi biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Belə olan halda məhkəmə hesab edir ki, "xxxx" Firmasının əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Belə ki, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində iş materiallarına əsasən həmin mallar bəyan olunaraq ölkəyə idxal edilmiş və sözügedən malların təhvil-təslimi icra edilmişdir. Bu səbəbdən barəsində inzibati xəta haqqında icraat başlanmış Fərid- İnşaat firmasının əməlində inzibati xəta pozuntusu aşkar olunmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,53, 112,114,115,117,128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara aldı: "xxxx" Firmasının barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati хəta haqqında iş üzrə icraata xitam verilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hakim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-586/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-586/2025
25.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver