Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-587/2022 20.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə rayon мəhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, protokolu tərtib etmiş icra məmuru X10, zərərçəkmiş şəxs X7 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1966-cı ildə Bərdə şəhərində anadan olmuş, Bərdə rayonu, Körpüqıran kəndində yaşayan Şəxs barəsində Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundаn sоnrа İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu araşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Bərdə rayon icra və probasiya şöbəsindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair protokol tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə verilmişdir. İnzibati xəta haqqında protokol və əlavə olunmuş sənədlərdən müəyyən olundu ki, Bərdə Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(021)-1691/2021 saylı icra sənədinə əsasən Şəxs 03.02.2012-ci il təvəllüdlü X3, 14.10.2013-cü il təvəllüdlü X2, 16.04.2015-ci il təvəllüdlü X5 və 04.05.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 40 manat olmaqla, cəmi 160 manat məbləğində aliment 20.04.2021-ci il tarixdən başlayaraq tutulub X4 ödənilməlidir. Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X10 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, borclu Şəxs həmin icra sənədi üzrə dəfələrlə xəbərdarlıq olunmasına baxamayaraq borclu icra sənədinin icrasını tam təmin etməmişdir. Məhkəmə iclasında Bərdə rayon icra və probasiya şöbəsinin icra məmuru X10 izahat verərək göstərdi ki, borclu Şəxs dəfələrlə xəbərdarlıq olunamasına baxamayaraq borclu icra sənədinin icrasını təmin etməmiş, nəticədə 1920 manat aliment borcu yaranmışdır. Buna görə də borclu Şəxs barəsində tərtib edilmiş protokol üzrə tədbir görülüb görülməməsini məhkəmənin mülahizəsini buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, uşaqlarına baxır, gündəlik tələbatlarını və onların geyim əşyalarını alır. Bərdə Rayon Məhkəməsinin 20.05.2021-ci il tarixli, 2(021)-1691/2021 saylı icra sənədi üzrə alimentlə bağlı tələbkarla aralarında heç bir anlaşılmamazlıq yoxdur. Odur ki, protokolu əsassız hesab edir və icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə verərək göstərdi ki, borclu Şəxs heç bir şikayət və tələbi yoxdur. Borclu Şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən daxil olmuş, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа, Bərdə rayon icra və probasiya şöbəsinə geri qaytarılmalıdır. Belə ki, Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən təqdim edilmiş protokol əsassız olmaqla yanaşı natamamdır. Şəxs İXM-nin 528.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xətya yol verməsi, həmçinin protokolun əsaslığını təsdiq edən sənədlər inzibati materiala əlavə edilməmişdir. Bundan başqa məhkəmə iclasında icra sənədi üzrə tələbkar X7 məhkəməyə ərizə verərək borclu Şəxs heç bir şikayət və tələbinin olmadığını göstərib borclu Şəxs barəsində tərtib edilmiş protokol üzrə icraata xitam verilməsini xahiş etmişdir. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Məhkəmə hesаb edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibаti prоtоkоl nаtаmаm оlduğundаn və tələbkarın ərizəsinə əsasən inzibаti xətа hаqqındа prоtоkоl onu tərtib etmiş orqana Bərdə rayon icra və probasiya şöbəsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109-cu mаddəsini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl onu tərtib etmiş оrqаnа Bərdə rayon icra və probasiya şöbəsinə qaytarılsın. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-587/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-587/2022
20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver