Məhkəmə qərarları › İş №3(021)-587/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-587/2024

10.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-587/2024 10.06.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə materiala açıq məhkəmə iclasında baxaraq mаteriаlı аrаşdırıb, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat X2 İdarəsi (bundan sonra AYNA Qarabağ Rİ) tərəfindən 26 aprel 2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 552-ci mаddəsi ilə MN ******* nömrəli inzibаti xətа haqqında protokol tərtib edilmişdir ondan ötrü ki, Şəxs 26 aprel 2024-cü il tarixdə 09:19 radələrində Bərdə rayonu, Şahvəlilər kəndində keçirilən reyd zamanı Ford markalı ** OA *** dövlət qeydiyyat nişanlı yük avtomobil ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti göstərdiyi aşkar edilmiş və saxlama əmrinə tabe olmamışdır. Bununla da İXM-in 552-ci mаddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə təqdim edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, Şəxs barəsində İXMin 552-ci maddəsi ilə tərtib olunmuş inzibati material (protokol və digər sənədlər) AYNA Qarabağ Rİ-nə geri qaytarılmalıdır. İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə əlli manat məbləğində cərimə edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol düzgün tərtib edilməmiş və məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında material natamamdır. İXM-in 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İXM-in 100.3-cü maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. İXM-in 100.4-cü maddəsinə əsasən, protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Göründüyü kimi inzibati xəta haqqında protokol tərtib edilərkən İXM-in tələbləri pozulmuşdur ki, bu hal inzibati işin icraata qəbul edilməsini qeyri-mümkün edir, həmçinin inzibati xəta haqqında protokola əlavə edilməklə məhkəməyə təqdim edilmiş material natamamdır. Bundan başqa İXM-in 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə inzibati xəta nəzərdə tutulmuşdur. Lakin, təqdim edilmiş inzibati xəta haqqında protokolda isə müvafiq icra hakimiyyəti orqanının (hazırki işdə AYNA əməkdaşlarının) xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmaq və qanunvericiliklə tələb olunan sənədlərin təqdim edilməməsi deyil, Şəxs yük avtomobili ilə qeyri-qanuni yük daşıma fəaliyyəti göstərdiyi və saxlama əmrinə tabe olmadığı qeyd edilmişdir ki, bu da İXM-in 552-ci maddəsinin dispozisiyasına uyğun gəlmir. Həmin əməl İXM-in 324-cü maddəsi ilə tənzimlənir ki, hazırki inzibati xəta haqqında iş İXM-in 552-ci maddəsi ilə başlanmışdır. Bundan başqa tərtib edilmiş inzibati xəta haqqında materiala Şəxs şəxsiyyət və sürücülük hüququ ilə bağlı portal məlumatları, sistemdə yükdaşıma fəaliyyəti ilə bağlı icazəyə malik olub-olmaması, bundan başqa istifadəsində olan yük avtomobilinin hansı şəxsin mülkiyyətində olması və inzibati xəta törətməkdə təqsirləndirilən şəxsin həmin yük avtomobilinə sahiblik və istifadə ilə bağlı portal və ya reyestr məlumatları səlahiyyətli orqan tərəfindən əldə edilərək protokola əlavə edilməmişdir. İş materiallarında olan 1 ədəd fotoşəkildən isə yalnız hərəkətdə olan yük avtomobili və onun qeydiyyat nişanı əks edilmişdir. Bu vəziyyətdə isə yalnız iş materialında olan səlahiyyətli orqanın aktına əsaslanmaqla sözügedən avtomobilin Şəxs tərəfindən qeyri-qanuni yük daşıma fəaliyyətində istifadə edilməsini müəyyən etmək mümkün deyil. Belə olan halda məhkəmə hesab edir ki, tərtib edilmiş inzibati xəta haqqında protokol natamamdır və onu tərtib edən şəxsə geri qaytarılmalıdır. İXM-in 106-cı maddəsində göstərilmişdir ki, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) aşağıdakı məsələləri həll edir: işin baxılması onun səlahiyyətinə aiddirmi; işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; işin icraatını rədd edən hallar mövcuddurmu; mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. İXM-nin 109.1.6-cı maddəsinə əsаsən, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Belə olan halda, məhkəmə hesаb edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair AYNA Qarabağ Rİ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” 03 may 2019-cu il tarixli Qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Göstərilənlərə əsasən və İXM-in 100 və 109-cu mаddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: AYNA Qarabağ Rİ-dən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə tərtib olunmuş 26 aprel 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş materiallarla birlikdə onu tərtib etmiş orqana geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar