Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-588/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X3 iclas katibliyi, Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X2 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərə əsasən 16 aprel 2024-cü il tarixində saat 12:33 radələrində Bərdə rayonu Əliyanlı kəndində keçirilən reyd zamanı JSUZS markalı ** GY *** dövlət qeydiyyat nişanlı yük maşını ilə qeyri-qanuni yükdaşıma fəaliyyəti göstərildiyi aşkar edilmiş və saxlama əmrinə tabe olmamışdır. Azərbaycan Yerüstü Nəqliyyat X1 İdarəsinin inspektoru X4 izahatında bildirdi ki, Şəxs Bərdə rayonu Əliyanlı kəndində keçirilən reyd zamanı JSUZS markalı ** GY *** dövlət qeydiyyat nişanlı yük maşını ilə saxlama əmrinə tabe olmayaraq ərazini tərk etmişdir.Məhkəmədən inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Şəxs lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmir. Məhkəmə Şəxs iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi tərəfin izahatı, habelə inzibati xəta haqqında 16 aprel 2024-cü il tarixli MN ******* nömrəli protokolla sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanın müəyyən etdiyi orqanın (qurumun) əməkdaşının xidməti vəzifəsinin yerinə yetirilməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən olunmuş tələb olunan sənədlərin təqdim edilməməsinə görə- əlli manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakerizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törədən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsinin sanksiyası çərçivəsində inzibati qaydada cərimə tənbehi təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2, 360, 362-365, 425, 430-432-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ Şəxs MN ******* saylı inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 552-ci maddəsi ilə təqsirli bilinərək barəsində 50 (əlli) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın icrası Binəqədi rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surətindən təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim Ziya Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-588/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-588/2024
23.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver