Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-590/2022 27.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi ilə, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X2 Barəsində inzibati icraat aparılan X1 iştirakları ilə, 28 mart 1999-cu il tarixdə Bərdə şəhərində doğulmuş, subay, Bərdə şəhəri, Cavanşir küçəsi ev 86 yaşayan X1 Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X2 19 aprel 2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında protokolun ləğv edilməsinə dair işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə X1 barəsində olan inzibati xəta haqqında 19 aprel 2022-ci il tarixli, TP ******* saylı protokoldan verdiyi şikayət daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, “Vaz 217030” markalı ** SB *** dövlət qeydiyyat nişanlı avtomobilə 19 aprel 2022-ci il tarixdə X7 Xidmətinin əməkdaşı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.3-cu maddəsi ilə 150 (yüz əlli) manat cərimə yazılmışıdır. Maddəyə əsasən “Nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsini” bildirilib. İşə əlavə olunan sənədlərdən görünür ki, Gömrük İtifaqı tərəfindən “TC RU C- RU.OC13.B.02398” nömrəli Uyğunluq Sertifkatına əlavə sənədi verilmişdir. X7 Xidmətinin əməkdaşı tərəfindən Azərbaycan Republikası İnzibati Xətalar Məcəlləsinin 342.2 və 342.2.3cü madddələrinə uyğun olaraq protokol tərtib etmişlər. Həmin protokol əsassız olduğundan onun ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan X3 şikayətin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə rayon Yol Patrul Xidmətinin inspektoru X4 protokolun dəlillərinə uyğun izahat verərək şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə proses iştiraçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, verilmiş şikayət təmin edilməməlidir. Belə ki, barəsində inzibati icraat aparılan şəxs inzibati protokoldan şikayət vermişdir ki, belə hal da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmamışdır. Qanunvericilikdə yalnız inzibati tənbeh tətbiq etmə haqqında qərardan şikayətin verilməsi halları nəzərdə tutulmuşdur. Şərh olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 132-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 19 aprel 2022-ci il tarixli, TP ******* saylı protokoldan verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №3(021)-590/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-590/2022
27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver