Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-592/2025 18.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, icra məmuru X3 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Ş/V:AA*******, xx.xx.1988-ci il tarixdə Bərdə rayonunda doğulmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 528.1ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon icra və probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar 528.1-ci maddəsində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən 18 avqust 2025-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 protokolu müdafiə edərək izahatında göstərdi ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(062)-287/2023 saylı icra sənədinə əsasən borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Mənisə və xx.xx.2014cü il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Həmçinin Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(021)- 1454/2023 saylı icra sənədinə əsasən borclu Şəxs 3625 manat dəyərində qızıl-zinət əşyaları, 55,20 manat dövlət rüsumu və 50 manat mediasiya xərci alınaraq tələbkar X2 verilməlidir. İcra sənədləri üzrə müvafiq olaraq icraata başlanılmşdır. İcra səndlərinin icrası ilə bağlı tərəflərə məlumat göndərilmiş, borcluya borcunun könüllü ödməsi üçün bildiriş göndərilmişdir. Borclu müxtəlif vaxtlarda borcdan ödənişlər etsə də tam olaraq aliment borcunu ödəməmişdir. Keçən müddət ərzində icra sənədi üzrə borclunun tələbkara 8150 manat aliment borcu və 3625 manat əmlak borcu yaranmışdır. Tələbkar hər iki icra sənədi üzrə borcun ödənilməsini tələb edir. Məhkəmə iclаsındа barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirdi ki, icra sənədi üzrə aliment borcundan müxtəlif vaxtlarda tələbkara ödənişlər etmişdir. İcra sənədindən 1 ildirki ödəniş edə bilmir. Hazırda maddi imkanı olmadığından borcu tam olaraq ödəyə bilmir. Atası şəkər xəstəsdir və ayağı amputasiya olunmuşdur. Hazırda Bakı şəhərində fərdi əməklə məşğul olur. İşləyib aliment borcunu ödəyəcəkdir. Odur ki, qeyd etdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesаb edir ki, Şəxs İXM-in 528.1-ci mаddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibаti qаydаdа məsuliyyətə cəlb оlunmаlıdır. Belə ki, inzibati materiala əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş; Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(062)-287/2023 saylı icra sənədindən görünür ki, borclu Şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü Mənisə və xx.xx.2014-cü il təvəllüdlü Nihad adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər uşağa görə 175 manat olmaqla, cəmi 350 manat məbləğində aliment alınaraq tələbkar X2 verilməlidir. Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(021)-1454/2023 saylı icra sənədindən görünür ki, Şəxs 3625 manat dəyərində qızıl-zinət əşyaları, 55,20 manat dövlət rüsumu və 50 manat mediasiya xərci alınaraq tələbkar X2 verilməlidir. xx.xx.2023-cü il tarixli (icraata başlama haqqında) qərardan görünür ki, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(021)-1454/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(021)-1454/2023 saylı icra sənədi üzrə borcun könüllü olaraq təmin etməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli (icraata başlama haqqında) qərardan görünür ki, Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(062)-287/2023 saylı icra sənədi üzrə icraata başlanılmış və Şəxs icranı könüllü olaraq təmin etməsi üçün 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(062)-287/2023 saylı icra sənədi üzrə aliment borcunun könüllü olaraq təmin etməsi tələb olunmuşdur. xx.xx.2023-cü il tarixli Xəbərdarlıqdan görünür ki, Şəxs Tovuz rayon Məhkəməsinin xx.xx.2023-cü il taixli, 2(062)-287/2023 saylı icra sənədi üzrə borcun qısa müddət ərzində ödənilməsi, ödənilmədiyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunacağı barədə məlumat verilmişdir. Bərdə rayon Polis Şöbəsin xx.xx.2023-cü il tarixli, 68/2-22840 saylı məktubundan görünür ki, aliment borcunu ödəməkdən yayınan Şəxs barəsində Bərdə rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə 300679 nömrəli axtarış işi açılmışdır. Bərdə rayon İcra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, icra sənədi üzrə Şəxs yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, lakin gündəlik tələbata uyğun əmlakdan başqa üzərinə həbs qoyulacaq heç bir əmlak aşkar edilməmişdir. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən müvafiq qurumlara verilmiş sorğulardan və aktlardan görünür ki, icra sənədi üzrə tələbin yönəldiləcək borclu Şəxs heç bir əmlakı aşkar edilməmişdir. Bərdə rayon icra və probasiya şöbəsi tərəfindən tərtib edilmiş 18 avqust 2025-ci il tarixli, MN2090574 nömrəli protokoldan görünür ki, borclu Şəxs icra sənədlərinə əsasən 3625 manat borcu vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin maddəyə görə, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş və mötəbərliliyi məhkəmədə heç bir şübhə doğurmayan sübutlarla müəyyən edilmişdir ki, borclu Şəxs müddət keçməsinə baxmayaraq icra sənədi üzrə borcunu heç bir üzrlü səbəb göstərmədən ödəməmiş və bu barədə icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə, İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarından görünür ki, borclu məhkəmənin icra sənədlərini icra etmək barədə icra məmurunun qanuni tələbini yerinə yetirməməkdə davam edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə görə məhkəmələrin qanuni qüvvəyə minmiş qərarları bütün şəxslər üçün məcburidir və Azərbaycan Respublikası ərazisində hökmən icra olunmalıdır. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 12.1-ci maddəsinə görə Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci mаddəsinin tələbinə görə, Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İş materiallarından aydın olur ki, sözügedən icra sənədinin tələbləri yerinə yetirilmədiyindən icra məmuru tərəfindən “İcra haqqında” Qanunun 82.1-ci maddəsinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, adı çəkilən Qanunun 82.1-ci maddəsinə əsasən, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir (vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması (vergilərin ödənilməməsi) ilə əlaqədar qanuni qüvvəyə minmiş məhkəmə qərarları ilə bağlı verilmiş icra sənədləri istisna olmaqla). İnzibati məsuliyyətə cəlb etmə haqqında qərar qəbul edildikdən sonra icra məmuru tərəfindən borcluya icra üçün yeni müddət təyin edilir. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi (ədalətli məhkəmə araşdırması hüququ) məhkəmə qərarlarının icrası prosedurunu da əhatə edir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi «Hornsbi Yunanıstana qarşı» işdə bu prinsipi belə vurğulamışdır: «....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı». Məhkəmə Şəxs məhz hansı tənbehin tətbiq edilməsini müzakirə edərkən onun törətmiş olduğu inzibаti xətаnın xаrаkterini və barəsində inzibati icraat aparılan şəxsin şəxsiyyətini nəzərə alaraq belə qənaətə gəlir ki, onun barəsində inzibati həbs tənbehi tətbiq edilməlidir. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 9.2, 12 və 35-ci maddələrinin mənası baxımından, şəxs həmin Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməyə görə inzibati məsuliyyətə cəlb edildikdən sonra məhkəmə və digər orqanların qərarlarını icra etmədikdə (qərəzli olaraq icra etməmə istisna olmaqla), yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2018-ci il tarixli qərarı) Belə olan halda, İXM-in 528.1-ci maddəsinin sanksiyasında bir ayadək müddətə inzibati həbs tətbiqi nəzərdə tutulduğundan məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 528.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 08 (səkkiz) gün müddətinə inzibаti həbs tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsаsən və İXM-in 112, 114, 128-130-cu mаddələrini rəhbər tutаrаq məhkəmə, Q ə r a r a a l d ı: Şəxs İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 8 (səkkiz) gün müddətinə inzibati həbs tənbehi tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən, saat 13:30-dan hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın icrası Bərdə rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №3(021)-592/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-592/2025
18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver