Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-593/2022 23.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X1 iclas katibliyi, protokolu tərtib etmiş şəxs Bərdə rayon yol patrul xidməti inspektoru polis serjantı X2 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1986-cı ildə Bərdə rayonunda doğulmuş, ailəli, işləməyən, Bərdə şəhəri, Füzuli küçəsi ev 10-da yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 327.2 və 333.1-ci maddələrində müəyyən olunmuş inzibati xəta törətməsinə dair Bərdə rayon polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs İXM-in 327.2 və 333.1-ci mаddələri ilə nəzərdə tutulmuş inzibаti xətаnı törətməkdə təqsirli bilinərək, barəsində 23 aprel 2022-ci il tarixdə inzibati xəta haqqında prоtоkоl tərtib оlunаrаq baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon polis şöbəsi DYPB-nin yol patrul xidməti inspektoru polis serjantı X2 izahatında göstərdi ki, 23.04.2022-ci ildə saat 11:10 radələrində Bərdə şəhəri, Füzuli küçəsində KHAZAR SD minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şəxs əks istiqamət hərəkət zolağına çıxmaqla manevr etmək qaydalarının pozulması halına yol verdiyinə görə saxlanılmış, sürücünün alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə edərək sərxoş vəziyyətdə idarə etməsinə dair şübhələr olduğundan o, sərxoşluq vəziyyətinin tibbi müayinəsindən keçirilmiş və narkotik vasitə qəbul edərək nəqliyyat vasitəsini idarə etdiyi müəyyən edilmişdir. Buna görə də sürücü Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Odur ki, məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə özünü təqsirli bilərək izahat verib bildirdi ki, KHAZAR SD minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhəri İ.Qayıbov küçəsində hərəkətdə olarkən polis əməkdaşları onu saxlamış, yoxlama zamanı avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyi müəyyən edilmişdir. Səhvini başa düşdüyünü, tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd edərək ona köməklik göstərilməsini məhkəmədən xahiş etdi. Şəxs Azərbaycan Respublikası İXM-nin 327.2 və 333.1-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş İXP ******* saylı 23.04.2022-ci il tarixli inzibati xəta haqqında protokolla və digər iş materialları ilə təsdiq olunur. Belə ki, inzibаti işin mаteriаllarına əlаvə edilmiş Yol Patrul Xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş İXP ******* nömrəli protokoldan görünür ki, Şəxs KHAZAR SD minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini əks istiqamət hərəkət zolağına çıxmaqla manevr etmək qaydalarının pozulması, həmçinin nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi hallarına yol verərək İXM-in 327.2, 333.1-ci mаddələrində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Həmçinin inzibati işin materiallarda olan 23.04.2022-ci il tarixli 491 saylı Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, 23.04.2022-ci il tarixdə Şəxs narkotik vasitə olan marixuana istifadə etməsi müəyyən olunmuşdur. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 5 mart tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, inzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv (tənbehləndirici) və preventiv (xəbərdaredici) xarakter daşıyır. Çünki səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir. İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəliliyi dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır. İXM-in 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs Şəxs inzibati tənbeh tətbiq edərkən, onun səmimi peşmançılığını məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hal müəyyən edilmədi. İXM-nin 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbinə görə daha ciddi xətaya görə tənbeh tətbiq edilməlidir. Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə almışdır. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini əldə rəhbər tutub QƏRARA A LDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2, 333.1-ci mаddələri ilə təqsirli bilinib, bаrəsində 400 (dörd yüz) manat inzibati tənbeh növündə cərimə tətbiq edilsin. Qərаrın icrаsı Bərdə rаyоn İcra və Probasiya şöbəsinə həvаlə edilsin. Qərаrın surəti inzibаti xətа törətmiş və protokol tərtib etmiş şəxsə göndərilsin. Qərаrın surəti təqdim edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Bərdə Rаyоn Məhkəməsi vаsitəsi ilə Gəncə Аpelyаsiyа Məhkəməsinə аpelyаsiyа şikаyəti və yа prоtesti verilə bilər. Hаkim Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-593/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-593/2022
23.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver