Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-593/2024 08.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, şikayətçi X12, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin inzibati xəta haqqında iş üzrə 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarından X12 (bundan sonra şikayətçi və Vüqar Həsənov) verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli qərarına əsasən X21 Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat məbləğində inzibati tənbeh növü tətbiq edilmişdir. Vüqar Həsənov məhkəməyə şikayət verərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin barəsində çıxardığı 25 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Vüqar Həsənov şikayətini onunla əsaslandırmışdır ki, X16 Qarabağ Regional şöbəsi barəsində 25 aprel 2024-cü il tarixli, MN seriyalı ******* nömrəli Qərar çıxarmış və həmin Qərarla ona 700 (yeddi yüz) manat cərimə tətbiq edilmişdir. Hesab edir ki, barəsində çıxarılan həmin qərar qanunsuz və əsassızdır, buna görə də ləğv edilməlidir. 17 mart 2023-cü ildən etibarən Füzuli rayonu Şükürbəyli kənd tam orta məktəbin direktoru vəzifəsində çalışır. Həmin məktəbdə istehsalatın və əməyin təşkilində dəyişikliklər edilməsi zəruriyyəti olduğundan xadiməçi vəzifəsi üzrə əmək şəraitinin şərtlərinin dəyişdirilməsi qənaətinə gəlmişdir. Belə ki, xadiməçi vəzifəsi üzrə iş vaxtı normasının tam ştat vahidindən (1,0) 0,67 ştat vahidinə keçirilməsi və əmək haqqının həmin ştat vahidinə uyğun olaraq hesablanıb ödənilməsini qərara almışdır. İstehsalatda və əməyin təşkilində dəyişikliklər edilməsi onunla əsaslandırılır ki, hazırda Füzuli rayonu Şükürbəyli kənd tam orta məktəbində 11 sinif komplekti mövcuddur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli, 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ibtidai, əsas, orta ümumtəhsil məktəblərinin, liseylərin və gimnaziyaların rəhbər işçilərinin, inzibati-təsərrüfat, tədris yardımçı və xidmət işçiləri heyətinin nümunəvi ştatları”na dair 1 nömrəli Əlavəyə əsasən sinif komplektlərinin sayı 10-13 olduğu halda kiçik xidmətedici işçi heyəti (xadimə, santexnik, çilingər və s.) üçün iş norması ümumilikdə 4,5 ştat vahidi müəyyən edilməlidir. Buna görə də məktəbin direktoru olaraq Nazirlər Kabinetinin qərarının icrasının təmin edilməsi üçün xadiməçi vəzifəsi üzrə iş normasının azaldılaraq, əmək haqqının həmin iş vaxtı normasına uyğun hesablanıb işçiyə ödənilməsini qanunauyğun hesab edir. Qanunvericiliyin tələblərinin rəhbər tutulması və ona riayət edilməsi direktor olaraq onun əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 56-cı maddəsinə əsasən istehsalın və əməyin təşkilində dəyişikliklər edilməsi zərurəti olduqda işçinin peşəsi, ixtisası və vəzifəsi üzrə işi davam etdirməklə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinə yol verilir. Mövcud qanunvericiliyin tələblərinə riayət etməyinə baxmayaraq məktəbin xadiməçisi X10 onun barəsində X16 Xidmətinin Qarabağ regional şöbəsinə şikayət ünvanlamış və nəticədə barəsində heç bir əsas olmadan, məsələ tam, obyektiv və hərtərəfli araşdırılmadan İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İşçinin iş vaxtı normasını, habelə həmin iş normasına uyğun olaraq hesablanmış əmək haqqısını azaltmaq məqsədi olmamış, sadəcə olaraq Nazirlər Kabinetinin qərarının icrasından irəli gələrək - məktəbdə 11 sinif komplekti olduğunu nəzərə alaraq, iş vaxtı normasının azaldılmasını və əmək haqqının da həmin iş vaxtı normasına uyğun hesablanıb ödənilməsini qanunauyğun hesab etmişdir. Bununla da işçinin iş vaxtı norması həmin qərara uyğunlaşdırılmış və əmək haqqı da ona uyğun hesablanmışdır. Uzun müddətdir ki, həmin məktəbdə xadiməçi vəzifəsində çalışmış X4 iş vaxtı norması əvvəlki illər üçün də rəsmi olaraq yarım ştat müəyyən edilməsinə baxmayaraq onun iş vaxtı norması tam ştat vahidi kimi göstərilmişdir. Bununla bağlı sübutunu şikayətə əlavə edir. Həmin işçiyə münasibətdə əmək şəraitinin şərtlərinin dəyişdirilməsinin qanunauyğun və əsaslı olduğunu hesab edir. Məhkəmə iclasında şikayətçi Vüqar Həsənov şikayətdə göstərdiklərini bir daha təsdiq edərək X16 Xidməti Qarabağ Regional Şöbəsinin İXM-nin 192.4-cü maddəsi ilə qəbul edilmiş 25 aprel 2024-cü il tarixli, MN ******* saylı qərarının ləğv edilməsi və barəsində İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidməti Qarabağ Regional Şöbəsinin nümayəndəsi X6 göstərdi ki, Əfsanə Quliyevanın şikayəti əsasında Füzuli rayonu Şükürbəyli kənd tam orta məktəbində yoxlama aparılmış və müəyyən edilmişdir ki, Əfsanə Quliyeva ilə aralarında olan əmək müqaviləsinə xitam verilərkən prosedur qaydalar kobud şəkildə pozulmuşdur. Bu səbəbdən də X16 Xidməti Qarabağ Regional Şöbəsi tərəfindən 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X21 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Hesab edir ki, qəbul edilmiş qərar qanunidir. Ona görə də şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Füzuli rayon Şükürbəyli kənd tam orta məktəbinin 15 sentyabr 2017-ci il tarixli, 16 nömrəli əmrindən çıxarışdan görünür ki, məktəbdə xadimə işləyən texniki işçilərin normadan artıq işə götürülməsi ilə əlaqədar olaraq onların ştat vahidləri azaldılmış və vəzifə maaşları aşağıdakı qaydada ödənilməsinə əmr verilmişdir: Hüseynova Bilqeyistəsərrüfat müdiri-1 ştat, Əhmədova Leyli-xadimə-0,5 ştat, Mehdiyeva Tənzilə-xadimə-1 ştat, Babaşova Maral-ocaqçı-0,5 ştat, Hüseynova Xuraman-xadimə-0,5 ştat, Qasımova Bahar-xadimə-0,5 ştat, Əliyev Sahib-gözətçi-1 ştat, Quliyeva Əfsanə-xadimə-0,5 ştat, Qurbanov Ənvər-bağban-1 ştat, Nəsirova Gülnar-xadimə-0,5 ştat, Hüseynova Gülərxadimə-0,5 ştat, Həsənova Sehranə-lobarant 0,5 ştat-gözətçi 0,5 ştat-cəmi 1 ştat, İsmayılova Nəzakət-xadimə-0,5 ştat, Əliyeva Aygün-katibə-1 ştat, Əliyeva Maya-gözətçi- 0,5 ştat, Alışova Səbinə-xadimə-1 ştat Həsənova Fərqanə-lobarant-0,5 ştat. Füzuli rayon Şükürbəyli kənd tam orta məktəbinin 07 mart 2024-cü il tarixli, 19 nömrəli əmrindən çıxarışdan görünür ki, Füzuli rayon Şükürbəyli kənd tam orta məktəbinin kiçik xidmətedici işçilər arasında, sinif komplektlərin miqdarından asılı ştat vahidləri aşağıdakı kimi vəzifə bölgüsü təyin olunmasına əmr verilmişdir: X15-0,5 ştat-xadimə, X2- 0,5 ştat-xadimə, X7-0,5 ştat-xadimə, X8-0,5 ştat-xadimə, X20-0,5 ştat-xadimə, X5-0,66 ştat-xadimə, X3-0,67 ştat-xadimə, X10-0,67 ştat-xadimə. X16 Xidməti Qarabağ Regional Şöbəsinin tərtib etdiyi 25 aprel 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X21 İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 700 (yeddi yüz) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikasının İXM-nin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 76.2-ci maddəsinə görə, qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.5-2. inzibati xəta haqqında iş üzrə qərarın buna səlahiyyəti çatmayan hakim və ya orqan (vəzifəli şəxs) tərəfindən qəbul edilməsi; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Məhkəmə iclasında müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X21 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional Şöbəsinin 25 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının surətini təqdim etmiş, həmin qərarın qəbul edilməsinə əsas olmuş sənədləri şikayətinə əlavə etməmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional Şöbəsinin 25 aprel 2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmmişdir. Göründüyü kimi Vüqar Həsənovun hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 192.4-cü maddəsinin dispozisiyasında nəzərdə tutulan inzibati xəta tərkibi mövcuddur, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikasının İXM-nin 135-ci maddəsində nəzərdə tutulmuş hallardan heç biri mövcud deyildir. X26 bu barədə məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional X14 barəsində tərtib etdiyi 25 aprel 2024-cü il tarixli MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın ləğv edilməsi üçün əsaslar olmadığından şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-137-ci maddələrini rəhbər tutub, məhkəmə Q ə r a r a a l d ı: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X16 Xidmətinin Qarabağ Regional Şöbəsinin inzibati xəta haqqında 25 aprel 2024-cü il tarixli MN ******* nömrəli qərarından X12 vermiş olduğu şikayət təmin edilməsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində şikayət və protest verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №3(021)-593/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-593/2024
08.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver