Məhkəmə qərarları › İş №3(021)-593/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-593/2025

18.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-593/2025 18.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclas katibi Nəcəfova Xəyalə Süleyman qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X5, zərərçəkmiş şəxslər X10 və X6, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxsnun vəkili X8 iştirakı ilə, xx.xx.1998-ci ildə ünvan 1 ünvanda qeyiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki X7 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Sabir küçəsində yüksək şəxslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələbini pozmuşdur . Məhkəmə iclasında Bərdə Rayon Polis X3 Bölməsinin polis sahə rəisi X11 məhkəmə iclasında göstərdi ki, 16 avqust 2025-ci il tarixdə icraatına Bərdə Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi Fərid Mamedovun raportu daxil olmuş, raportda Şəxs 16 avqust 2025-ci il tarixdə saat 16:50 radələrində Bərdə şəhəri Sabir küçəsində idarə etdiyi avtomobildən düşərək əlində tum yeyərək tumun qabıqlarını küçəyə tökmüşdür.Həmin vaxt polis əməkdaşları Fərid Mamedov və Ruslan Əmrahov ona yaxınlaşaraq etdiyi hərəkətə görə barəsində İnzibati Xətaklar Məcəlləsinin 266.-3cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi barədə xəbərdarlıq etmişlər, Bu zaman Şəxs özündən razı halda Tərtər rayonundan olduğunu və Tərtər rayionunda onu hamının tanıdığını, heç kimin ona heç nə edə bilməyəcəyini bildirərək Fərid Mamedovla mübahisə edərək tabesizlik göstərmiş, avtomobilə əyləşərək qaçmağa cəhd etmişdir. Həmin vaxt ərazidə olan post patrul xidmətinin əməkdaşları onu saxlayaraq bərdə rayon Polis Şöbəsinə dəvət etsələrdə o yenidən tabesizlik göstərmişdir. Bundan sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs izahatında göstərmişdir ki, atası böyrək çatışmamazlığından əziyyət çəkməklə İ qrup əlildir. Atasının həftənin cüt günləri dializ olunması üçün Bərdə şəhərinə xəstəxanaya gətirmiş. Bərdə şəhəri Sabir küçəsində avtomobilində oturub tum yeyib, qabıqlarını avtomobilin pəncərəsindən çölə atmışdır. Bu zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edərək etidiyi hərəkətin səhv olduğunu bildirmiş, adını, soyadını və ata adını bildirməsini demişdir, o ad soyad və ata adını deməmiş, bu zaman polis əməkdaşı onun avtomobilinə əyləşərək avtomobilin açarını ondan almaq istəmiş polism əməkdaşının açarı götürməməsi üçün əlindən tutaraq açarı götürməməsini demişdir. Bundan sonra polis əməkdaşları onu öz maşınından düşürüb polis maşınına mindirərək Polis Şöbəsinə gətirmişlər. İki gün saxlamışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X10 göstərdi ki, polis serjantı Ruslan Əmrahovla xidmətdə olan zaman Bərdə şəhəri Sabir küçəsində bir nəfər şəxsin tum yeyərək qabığını və siqaret kötüyünü küçəyə atdığını görüb , həmin vətəndaşa yaxınlaşaraq irad bildirərək inzibati xəta haqqında protokol tərtib etmək üçün özünü təqdim etməsini bildirdikdə həmin şəxs onlara “indi də bu dilənçiliyə başlamısız, indi də bu yolla pul qazanırsız” deyib, Tərtər rayon Polis Şöbəsində hamının tanıdığını, heç kimin ona heç bir söz deyə bilməyəcəyini bildirərək ucadan nəlayiq ifadələr işlətmişdir. Bundan sonra polis əməkdaşları onu X18 gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində izahat verən X2 Fərid Rövşən oğlu ilə eyni məzmunlu izahat vermişdir. Məhkəmə iclasında inzibati xəta törədən Şəxs müdafiəçisi X1 Samir Elçin oğlunun ilk dəfə inzibati xəta törətdiyini, əməlindən peşiman olduğunu göstərərək məhkəmə tərəfindən nəzərə alınmasını xahiş etdi. İnzibati iş materiallarına istinad: İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki X7 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri Sabir küçəsində yüksək şəxslə nalayiq ifadələr işlətməklə polisin qanuni tələbinə tabe olmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki X7 tum çıtlayaraq tullantılarını kənara atdığına görə İXMnin 266.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “İnzibati qaydada tutma haqqında” 16 avqust 2025-ci il tarixli protokoldan görünür ki, X7 xx.xx.2025-cü ildə saat 17:00-da da inzibati qaydada tutulmuşdur. “İnzibati qaydada tutma haqqında” 17 avqust 2025-ci il tarixli protokoldan görünür ki, X7 xx.xx.2025-cü ildə saat 19:00-da da inzibati qaydada tutulmuşdur. İş materiallarına əlavə edilmiş inzibati iş üzrə zərərçəkmiş şəxs kimi tanıma haqqında qərardan görünür ki, X10 və X12 inzibati iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. “Polis haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Polis əməkdaşının ümumi vəzifələri İİİ. Hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Maddə 15. Cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması və onların açılması sahəsində polis əməkdaşının vəzifələri 1) cinayətin və digər hüquqpozmanın qarşısının alınması, baş vermiş cinayət hadisəsinin aşkara çıxarılması və onu törədən şəxsin müəyyənləşdirilməsi, cinayəti doğuran səbəblərin öyrənilməsi və aradan qaldırılması üçün tədbirlər görmək. Azərbaycan Respublikasının İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 34.3-cü maddəsinə görə şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. 53-cü maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 89.4-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növünün tətbiqini nəzərdə tutan inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs 24 saatadək, bu Məcəllənin 157, 206, 227, 513, 517-1, 535 və 610-618-ci maddələrində göstərilən xətaları törətmiş şəxslər isə inzibati xəta haqqında işin mürəkkəbliyi və ya xəta törətmiş şəxslərin sayının çoxluğu işin araşdırılmasını gecikdirdiyi və ya başqa formada çətinlik yaratdığı hallarda, habelə şəxsin narkomaniyadan məcburi müalicəyə ehtiyacının olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə tibbi yoxlamaya göndərildiyi hallarda 48 saatadək müddətə inzibati qaydada tutula bilər. 89.5. İnzibati qaydada tutma müddəti inzibati xəta törətmiş şəxsin protokol tərtib etmək üçün gətirildiyi vaxtdan, sərxoş halda olmuş şəxsin isə ayıldığı vaxtdan hesablanır. 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmənin gəldiyi yekun qənaət: Məhkəmə iclasında tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs əməlində xırda xuliqanlıq növündə inzibati xətanı törətməsi sübuta yetirilmir. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Şəxs İXM-nin 510-cu maddəsi üzrə təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, təqsirliliyi sübuta yetirilmədiyindən Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 3-cü hissəsinə əsasən hər hansı şəxsə müraciət edərkən polis əməkdaşı adını, soyadını, rütbəsini bildirməli və xidməti vəsiqəsini göstərməklə özünü təqdim etməlidir. Buna baxmayaraq polis əməkdaşının xidməti vəsiqəsinin üzərində olmaması ona öz vəzifələrini həyata keçirməyə mane olan hal deyil. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinməlidir. Barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müəyyən edərkən, məhkəmə Şəxs tərəfindən inzibati xətanın törədilməsi üsulunu, eləcə də azadlıq hüququnun 48 saatdan artıq məhdudlaşdırıldığını nəzərə alaraq inzibati tənbehin məqsədinə nail olmaq üçün onun barəsində inzibati cərimə tənbehi tətbiq etməyi məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Şəxs İXM-in 535.1-ci mаddəsi ilə təqsirli bilinib, bаrəsində 200 (iki yüz) manat cərimə tənbehi tətbiq edilməsi оnu qаnunlаrа əməl edilməsi ruhundа tərbiyələndirmək, hаbelə gələcəkdə yeni inzibаti xətа törətməsinin qаrşısını аlmаq kimi inzibаti tənbehin məqsədlərinə nаil оlmаq mümkündür. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata təqsirliliyi sübuta yetirilmədiyindən xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal azad olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar