Məhkəmə qərarları › İş №3(021)-594/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-594/2022

24.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-594/2022 24.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X11 iclas katibliyi, Bərdə RPŞ-nin polis sahə rəisi, X6 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirаkları ilə, xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İsmayıllı rayonu, Əhən kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN 1415347, MN 1415345, MN ******* və MN ******* saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29.03.2022-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən X14 məxsus mağazadan 90 manat dəyərində tütün məhsullarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.03.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X5 31 saylı mənzilinə gedən su borusuna quraşdırılmış cəmi dəyəri 80 manat olan 1 ədəd su mühərriki və 1 ədəd su gücləndirici oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.01.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində 155 saylı binadan yerləşən X1 mənzilindən 80 manat dəyərində 12 ədəd aliminum qazanını və dəyəri 15 manat olan 1 ədəd kiçik həcimli qaz balonunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.04.2022-ci il tarixdə Bərdə rayonu, Kürdborakı kəndində yerləşən X3 məxsus əkin sahəsindən 16 mm ölçülü, 15 metr uzunluğunda dəyəri 37.50 manat olan kabel oğurlamışdır. Bərdə rayon Məhkəməsinin 3(021)-594/2022 saylı, 24 aprel 2022-ci il tarixli qərarı ilə Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-594/2022, 3(021)-595/2022, 3(021)-596/2022 və 3(021)-597/2022 saylı inzibati işlər bir icraatda 3(021)-594/2022 sayla baxılması qərara alınmışdır. Məhkəmə iclasında Bərdə RPŞ- nin polis sahə rəisi X9 bildirdi ki, Şəxs 29.03.2022-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən X14 məxsus mağazadan 90 manat dəyərində tütün məhsullarını, bundan başqa 24.03.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X5 31 saylı mənzilinə gedən su borusuna quraşdırılmış cəmi dəyəri 80 manat olan 1 ədəd su mühərriki və 1 ədəd su gücləndiricini, bundan başqa 28.01.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində 155 saylı binadan yerləşən X1 mənzilindən 80 manat dəyərində 12 ədəd aliminum qazan və dəyəri 15 manat olan 1 ədəd kiçik həcimli qaz balonunu, bundan başqa 04.04.2022-ci il tarixdə Bərdə rayonu, Kürdborakı kəndində yerləşən X3 məxsus əkin sahəsindən 16 mm ölçülü, 15 metr uzunluğunda dəyəri 37.50 manat olan kabel oğurlamışdır. Şəxs barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verib bildirdi ki, maddi imkansızlıqdan 29.03.2022-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən X14 məxsus mağazadan 90 manat dəyərində tütün məhsullarını, bundan başqa 24.03.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X5 31 saylı mənzilinə gedən su borusuna quraşdırılmış cəmi dəyəri 80 manat olan 1 ədəd su mühərriki və 1 ədəd su gücləndiricini, bundan başqa 28.01.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində 155 saylı binadan yerləşən X1 mənzilindən 80 manat dəyərində 12 ədəd aliminum qazan və dəyəri 15 manat olan 1 ədəd kiçik həcimli qaz balonunu, bundan başqa 04.04.2022-ci il tarixdə Bərdə rayonu, Kürdborakı kəndində yerləşən X3 məxsus əkin sahəsindən 16 mm ölçülü, 15 metr uzunluğunda dəyəri 37.50 manat olan kabel oğurlamışdır. Əməlindən peşman olmasının nəzərə alınmasını xahiş etdi. Zərərçəkmiş şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə zərərçəkmiş şəxslər X16, X7, X4 və X2 iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir və o, inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. Belə ki, işdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 08.04.2022-ci tarixli qərarından görünür ki, 29.03.2022-ci il tarixdə X13 Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən mağazasından 90 manat dəyərində tütün məhsullarının oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 01.04.2022-ci tarixli qərarından görünür ki, 24.03.2022-ci il tarixdə X5 Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən 31 saylı mənzilinə gedən 90 manat dəyərində bir ədəd su mühərriki və bir ədəd su gücləndiricinin oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 07.02.2022-ci tarixli qərarından görünür ki, 28.01.2022-ci il tarixdə X1 Bərdə şəhəri, H.Əliyev prospektində 155 saylı binadan yerləşən mənzilindən 80 manat dəyərində 12 ədəd aliminum qazanı və 15 manat dəyərində 1 ədəd kiçik həcimli qaz balonunun oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan Bərdə Rayon Polis Şöbəsinin cinayət işi başlanmasının rədd edilməsi haqqında 15.04.2022-ci tarixli qərarından görünür ki, 03.04.2022-ci il tarixdə X2 Bərdə rayonu, Kürdborakı kəndində yerləşən əkin sahəsindən artezan quyusundan dəyəri 37.50 manat olan 16 mm ölçüdə 15 metr uzunluğunda kabelin oğurlanması barədə müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd olunmuşdur. İşdə olan inzibati qaydada tutma haqqında 24.04.2022-ci il tarixli inzibati qaydada tutma haqqında Protokoldan görünür ki, Şəxs 24.04.2022-ci il tarixdə 00:55-də inzibati qaydada tutulmuşdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs barəsində daha ciddi inzibati tənbeh hesab edilən həbs tətbiq edilməlidir. Şəxs inzibati həbs tətbiq etməklə onun qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. Belə ki, İXM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsində isə göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Eyni zamanda məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin bildirir ki, İXM-in 31.4-cü maddəsinə qeyd edilmişdir ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Azərbaycan Respublikası İXM-nin 30.1-ci maddəsinə görə inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 34.1-ci maddəyə görə bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Bu Məcəllənin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini nəzərə alaraq, hesab edir ki, ona 2 (iki) ay inzibati tənbeh-həbs tətbiq edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası İXM-nin 43,114, 128-130-cu maddələrini rəhbər tutub, Q ə r a r a a l d ı: Şəxs İXM-in 227-ci mаddəsi ilə təqsirli bilinərək, bаrəsində 02 (iki) ay müddətinə inzibаti tənbeh-həbs tətbiq edilsin. İnzibati həbs haqqında qərar dərhal icra edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 24.04.2022-ci il tаrixdən, saat 00:55–dən hesablansın. Şəxs Azərbaycan Respublikası Daxil İşlər Nazirliyi tərəfindən müəyyən edilən yerdə mühafizə altında saxlanılsın. Qərarın surəti elan edildiyi və yа аlındığı gündən 10 (оn) gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə şikаyət verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar