Məhkəmə qərarları › İş №3(021)-595/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-595/2022

24.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-595/2022 24.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Əbilov Qamət Mehman oğlunun sədrliyi, X6 iclas katibliyi ilə, xx.xx.1990-cı il tarixdə Bərdə rayonunda аnаdаn оlmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, İsmayıllı rayonu, Əhən kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 227-ci maddəsi ilə Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş 3(021)-594/2022, 3(021)- 595/2022, 3(021)-596/2022 və 3(021)-597/2022 saylı inzibati xəta haqqında materiallara baxaraq, Müəyyən etdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 29.03.2022-ci il tarixdə Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən X8 məxsus mağazadan 90 manat dəyərində tütün məhsullarını oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 24.03.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən X3 31 saylı mənzilinə gedən su borusuna quraşdırılmış cəmi dəyəri 80 manat olan 1 ədəd su mühərriki və 1 ədəd su gücləndirici oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 28.01.2022-ci il tarixdə Bərdə şəhəri, H.Əliyev prospektində 155 saylı binadan yerləşən X1 mənzilindən 80 manat dəyərində 12 ədəd aliminum qazanını və dəyəri 15 manat olan 1 ədəd kiçik həcimli qaz balonunu oğurlamışdır. Bundan başqa Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 04.04.2022-ci il tarixdə Bərdə rayonu, Kürdborakı kəndində yerləşən X2 məxsus əkin sahəsindən 16 mm ölçülü, 15 metr uzunluğunda dəyəri 37.50 manat olan kabel oğurlamışdır. İşə baxılması hakimin səlahiyyətinə aiddir. İşə baxılmasına istisna edən hallar mövcud deyildir. Protokollar və iş materialları İXM-nə uyğun tərtib edilmişdir. İcraatı rədd edən hallar yoxdur, işə baxılması üçün kifayət qədər sübutlar mövcuddur. Azərbaycan Respublikası İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə hesab edir ki, törədilmiş inzibati xətalar eyni şəxs tərəfindən törədildiyindən bir icraatda baxılsın. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-109-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 3(021)-594/2022, 3(021)-595/2022, 3(021)-596/2022 və 3(021)- 597/2022 saylı inzibati işlər bir icraatda baxılsın. İşə 24 aprel 2022-ci il tarixdə saat 17:00-da Bərdə Rayon Məhkəməsinin binasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxslərin iştirakları ilə baxılsın. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar