Məhkəmə qərarları › İş №3(021)-599/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-599/2024

29.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-599/2024 29.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X2 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxx 1951-ci ildə Ağdam rayonu İmamqulubəyli kəndində anadan olmuş, ali təhsilli, evli, Tərtər şəhəri T.Rəhimov küçəsi ev 59-da qeydiyyatda olan və Bərdə rayonu Qazıqurdalı kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 394-1.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən daxil olmuş 03 may 2024-cü il tarixli, MN seiyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dost” və X1 tikintisinə icazə verilmiş, lakin sənədlər qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim edilməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş Şəxs izahat verərək göstərdi ki, qeyd edilən dövrdə Bərdə Rayon İcra Hakimiyyətinin başçısının aparatında Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintisinə və istismarına icazə verilən tikinti obyektlərinə dair sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə göndərilməsi ona həvalə edilmişdir. Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Dost” və X1 tikintisinə icazə verilmiş, lakin iş yükünün çox olması ilə əlaqədar olaraq sənədləri qanunla müəyyən edilmiş müddətdə komitəyə təqdim etməmişdir. Səhvini başa düşür, əməlindən peşimandır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan: “Bərdə Rayon İcra Hakimiyyəti tərəfindən rayonun ərazisində tikintisinə icazə verilən, lakin sənəd və məlumatları Tikintilərin Dövlət reyestrinə təqdim edilməyən tikinti barədə” 03 may 2024-cü il tarixli Aktdan görünür ki, Bərdə Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli 06 nömrəli tikintiyə icazə sənədi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bərdə şəhərində “DOST” və X1 tikintisinə icazə verilmişdir. Lakin, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2015-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tikintilərin Dövlət reyestrinə daxil edilən məlumatların tərkibi, həmin məlumatların təqdim edilməsi və reyestrin aparılması Qaydalar”nın tələblərinə əsasən tikintisinə icazə verilən bu obyekt barədə sənəd və məlumatlar Tikintilərin Dövlət reyestrinə daxi edilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qanunla müəyyən edilmiş müddətdə təqdim edilməli olduğu halda, bu günədək təqdim edilməmişdir. Bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsində nəzərdə tjtulmuş inzibati xəta törədilmişdir. Bu tikinti obyektin tikintisinə icazə verilməsindən uzun müddət keçməsinə baxmayaraq, İXMnin 38.2-ci maddəsinə əsasən xx.xx.2023-cü il tarixində aşkar edilmişdir. Bərdə RİH-nin xx.xx.2024-cü il tarixli 5-38/2/180 nömrəli məktubuna əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin müvafiq maddələrinin tələblərinə uyğun olaraq Tikintilərin Dövlət reyestrinə sənəd və məlumatların qanunla müəyyən edilmiş müddətdə təqdim edilməsi xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixinədək Bərdə Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində işləmiş Şəxs həvalə edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Aparatının 23 aprel 2024-cü il tarixli 5-38/2/180 nömrəli məktubundan görünür ki, Bərdə rayonu üzrə sənədlərin Tikintilərin Dövlət Reyestrinə daxil edilməsindən ötrü 15 aprel 2021-ci il tarixdən 15 noyabr 2022-ci il tarixədək məsul şəxs Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Şəxs olmuşdur. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs İXM-nin 394-1.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafı, inzibati xəta haqqında 03 may 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 394-1.1 maddəsinə əsasən, tikilən, istismar edilən və sökülən tikinti obyektləri, habelə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə əsasən tikinti obyektlərinə tətbiq edilən qadağalar və məhdudiyyətlər barədə məlumatların Tikintilərin Dövlət Reyestrinə qanunla müəyyən edilmiş müddətə göndərilməməsinə və təqdim edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs aşağı həddə inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində isə göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 394-1.1-ci maddəsi ilə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar