Məhkəmə qərarları › İş №3(021)-600/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-600/2024

14.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-600/2024 14.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X11 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X5, zərərçəkmiş şəxs X2, inzibati xəta törətmiş şəxs Şəxs, inzibati xəta törətmiş şəxsin müdafiəçisi X6 iştirakı ilə, xx xxxx 1992-ci ildə Bərdə rayonunda anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə şəhəri Nizami küçəsi 36-da qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(021)-1805/2022 saylı icra sənədi üzrə borclu Şəxs 5293,30 manat, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-149/2023 saylı icra sənədi üzrə isə 9918 manat, cəmi 15211,30 manat borcu yaranmış, borclu icra sənədləri üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən X3 5293,30 manat, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən isə X4 9918 manat məbləğində pul ödəməlidir. Bakı şəhərində özəl şirkətdə işləyir, 370 manat əmək haqqı alır. Qətnamələrin icrasının əmək haqqına yönəldilməsini istəyir. (021)-1805/2022 saylı və 2(021)-149/2023 saylı mülki işlərə mahiyyəti üzrə baxılarkən məhkəmə iclaslarında bir dəfə iştirak etmiş, lakin sonuncu məhkəmə iclaslarında iştirak etməmiş, məhkəmə qətnamələrinin çıxarılmasından məlumatı olmamışdır. Məhkəmənin qeyd olunan qətnamələrindən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpa edilməsinə dair məhkəməyə ərizə vermişdir. 14 may 2024-cü ildə saat 11 radələrində Bərdə Rayon İcra və Probasiya Şöbəsinə gətirilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati qaydada tədbir görülərkən nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X7 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-149/2023 saylı qətnaməsinə əsasən Şəxs 9918 manat məbləğində pul alınaraq ona verilməlidir. Şəxs məhkəmə iclasında onun avtomobilinə ziyan vurduğunu etiraf etmiş, lakin ziyanı ödəməyə imkanının olmadığını bildirmişdir. Sonuncudan ona vurduğu ziyana görə pulunu tələb edir. Şəxs barəsində qanunauyğun qaydada qərar qəbul edilməsini, barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli qətnaməsinə əsasən Şəxs 5293,30 manat alınaraq X3 və Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli qətnaməsinə əsasən isə 9918 manat pul alınaraq X4 ödəməlidir. Şəxs hazırkı vaxtadək qətnamələr üzrə borcunu ödəməmişdir. Şəxs borcunu ödəmədiyindən barəsində axtarış verilmiş, sonuncu 14 may 2024-cü il tarixdə saat 1100-da saxlanılaraq Bərdə Rayon İcra və Probasiya Şöbəsinə təhvil verilmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(021)-1805/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5200 manat məbləğində pul tutularaq iddiaçı X3 ödənilməsi, iş üzrə ödənilmiş 93,30 manat məbləğində dövlət rüsumunun cavabdeh Şəxs alınaraq iddiaçı X3 ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 60 manatın cavabdeh Şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-149/2023 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 9800 manat və ödənilmiş dövlət rüsumunun 118 manat hissəsinin alınıb iddiaçı X4 verilməsi, cavabdeh Şəxs 60 manat dövlət rüsumunun tutularaq X1 (Kod 21005, VÖEN **********, müxbir hesab AZ41NABZ**********0********) hesabına ödənilməsi, iş üzrə ödənilmiş 134 manat dövlət rüsumunun 16 manat hissəsinin iddiaçının özünə aid edilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X2 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 14 may 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2(021)-1805/2022 saylı qətnaməsinə əsasən Şəxs 5293,30 manat məbləğində pul alınaraq X3, Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2023-cü il tarixli, 2(021)-149/2023 saylı qətnaməsinə əsasən Şəxs 9918 manat məbləğində pul alınaraq X4 ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, icra sənədləri üzrə cəmi 15211,30 manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkarlara olan borcunu vaxtında ödəməmişdir. Nəticədə icra sənədi uzun müddət ərzində icrasız qalmışdır və tələbkar şəxslərin hüquqları pozulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs həbs növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədləri üzrə ödənilməyən məbləğin 15211 manat olmaqla, kifayət qədər çox olmasını nəzərə alır. İXM-nin 30.3-cü maddəsinə görə, inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İş materialından görünür ki, Şəxs 14 may 2024-cü ildə saat 1100-da tutulmuşdur. Ona görə də məhkəmə hesab edir ki, inzibati həbs etmənin başlanğıcı 14 may 2024-cü il saat 1100-dan hesablanmalıdır. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 08 (səkkiz) gün müddətinə inzibati həbs tənbeh tədbiri tətbiq edilsin. İnzibati həbs etmənin başlanğıcı 14 may 2024-cü il saat 1100-dan hesablansın. Qərarın icrası Bərdə Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar