Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-601/2024 15.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X12 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs-Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X6, zərərçəkmiş şəxs X3, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1996-cı ildə Laçın rayonu Kamallı kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Laçın rayonu Kamallı kəndində qeydiyyatda olan və Bərdə rayonu Zümürxan kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Bərdə Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 2(021)-1979/2020 saylı, Bərdə Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(021)-1008/2021 saylı və Laçın Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(047)-133/2022 saylı icra sənədləri üzrə borclu Şəxs tələbkarlara cəmi 10695 manat məbləğində borcu yaranmış, borclu icra sənədləri üzrə tələbi təmin etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(021)-1979/2020 saylı qətnaməsinə əsasən X4 3300 manat, Bərdə Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(021)-1008/2021 saylı qətnaməsinə əsasən X7 5000 manat və Laçın Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(047)-133/2022 saylı qətnaməsinə əsasən isə X2 2395 manat pul ödəməlidir. Maddi vəziyyəti ilə əlaqədar olaraq borclarını ödəyə bilməmişdir. Xarici ölkədə yaxın qohumu yaşayır və həmin qohumu 10 gün müddətində onun bütün borclarını ödəyib onu yanına aparmaq istəyir. Söz verir ki, 10 gün müddətində bütün borcunu ödəyəcəkdir. Barəsində inzibati qaydada tədbir görülərkən göstərdiklərinin nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X8 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli qətnaməsinə əsasən Şəxs 3300 manat pul alınaraq ona verilməlidir. Sonuncu hazırkı vaxtadək borcundan 300 manat ödəmiş, 3000 manat borcunu isə ödəməmişdir. Şəxs 10 gün müddətində ona olan borcunu ödəyəcəyinə söz verir. Hesab edir ki, Şəxs vədinə əməl edərək ona olan borcunu qısa müddət ərzində ödəyəcəkdir. Ona görə də ona vaxt verilməsinə etiraz etmir. Məhkəmə iclasında Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X10 göstərdi ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(021)-1979/2020 saylı qətnaməsinə əsasən Şəxs 3300 manat alınaraq X4, Bərdə Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(021)-1008/2021 saylı qətnaməsinə əsasən 5000 manat alınaraq X7 və Laçın Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(047)-133/2022 saylı qətnaməsinə əsasən isə 2395 manat alınaraq X2 verilməlidir. Şəxs hazırda cəmi 10695 manat məbləğində borcu vardır. Borclunun üzərinə həbs qoyulacaq əmlakları aşkar edilməmişdir. İş materiallarında olan: Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(021)-1979/2020 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 3300 manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumunun alınaraq iddiaçı X4 verilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(021)-1008/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 5000 manat məbləğində pul alınaraq iddiaçı X7 verilməsi qət edilmişdir. Laçın Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(047)-133/2022 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2350 manat məbləğində pul və 45 manat ödənilmiş dövlət rüsumu, cəmi 2395 manat pulun alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxs X3 və Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmurunun izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında 15 may 2024cü il tarixli, MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə görə, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, Bərdə Rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli, 2(021)-1979/2020 saylı qətnaməsinə əsasən Şəxs 3300 manat məbləğində pul alınaraq X4, Bərdə Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli 2(021)- 1008/2021 saylı qətnaməsinə əsasən 5000 manat məbləğində pul alınaraq X7 və Laçın Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli 2(047)-133/2022 saylı qətnaməsinə əsasən isə 2395 manat məbləğində pul alınaraq X2 ödənilməli olduğu halda, borclu borcunu ödəməmiş, icra sənədləri üzrə ödənilməmiş qalan cəmi 10695 (on min altı yüz doxsan beş) manat məbləğində borcunu ödəməkdən yayınmışdır. Şəxs icra məmurunun qanuni tələbinə əməl etməmiş və tələbkarlara olan borcunu vaxtında ödəməmişdir. Məhkəmə iclasında Şəxs tələbkarlara olan borcunu ödəməkdən boyun qaçırmadığını qeyd edərək, 10 gün müddətində bütün borcunu ödəyəcəyinə təkidlə söz vermişdir. Bununla yanaşı, məhkəmə iclasında zərərçəkmiş şəxs X1 Nəsibovun vədinə əməl edərək ona olan borcunu qısa müddət ərzində ödəyəcəyinə inandığını, ona görə də ona vaxt verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə qeyd edilənləri, o cümlədən, zərərçəkmiş şəxs X3 mövqeyini nəzərə alaraq hesab edir ki, Şəxs cərimə növündə inzibati tənbeh tətbiq edilməklə, onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, həm onun özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, bütün bunlarla yanaşı icra sənədləri üzrə borcunu qısa müddət ərzində ödəyəcəyinə söz verməsini və zərərçəkmiş şəxsin mövqeyini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-601/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-601/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver