Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-602/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Şəxs iştirakı ilə, Şəxs tərəfindən İXP ******* saylı 07.01.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan verilmiş şikayətə baxaraq , məhkəmə MÜƏYYƏN ETDİ : Şəxs məhkəməyə şikayət verərək, Bərdə rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin inspektoru X1 tərəfindən tərtib edilmiş İXP ******* saylı 07.01.2022-ci il tarixli inzibati xəta haqqında protokolun ləğv edilməsini və onun doğurduğu hüquqi nəticələrin etibarsız hesab edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs şikayətinin təmin olunmasını xahiş etdi. Məhkəmə Şəxs dinləyib, şikayəti araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs İXP ******* saylı 07.01.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəmə qeyd edir ki, İXM protokoldan şikayət verilməsini deyil, inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilməsini nəzərdə tutmuşdur. Məhkəmə hesab edir ki, Şəxs İXP ******* saylı 07.01.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıdakılara əsasən Azərbaycan Respublikası İXM-nin 118-ci maddəsini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs İXP ******* saylı 07.01.2022-ci il tarixli inzibati xəta haqqında protokolundan verdiyi şikayət geri qaytarılsın . Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №3(021)-602/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-602/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver