Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 3(021)-602/2024 15.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Bərdə Rayon Polis X2 Bölməsinin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, inzibati xəta törətmiş şəxs Şəxs Məhiyəddin qızının iştirakı ilə, xx xxxx 1986-cı ildə Bərdə rayonu Dəymədağıldı kəndində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Bərdə rayonu Dəymədağıldı kəndində qeydiyyatda olan və yaşayan Şəxs Məhiyəddin qızının barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının İXM və ya İXM) 157-ci maddəsi ilə olan inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Bərdə Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Məhiyəddin qızı 09 aprel 2024-cü il tarixdə Zərərçəkmiş şəxs döymüşdür. Bununla da, Şəxs Məhiyəddin qızı Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs Məhiyəddin qızı izahat verərək göstərdi ki, əvvəllər ailəli olmuş, həmin nikahından bir nəfər azyaşlı qız övladı vardır. Boşanmışdır və hazırda duldur. Boşandıqdan sonra X9 ilə təxminən 3 ilə yaxın müddət ərzində qeyri-rəsmi olaraq ər-arvad kimi yaşamışdır. Aralarında narazılıqlar olduğundan 2024-cü ilin fevral ayının axırından ayrılmışlar. Sərxan bir neçə dəfə onun yanına gələrək onunla barışmaq istəmiş, lakin razı olmamışdır. Sonuncu ilə yaşadıqları müddət ərzində Sərxan ona məxsus olan iki ədəd mobil telefonu götürmüş və geri qaytarmamışdır. Mobil telefonlarını Sərxandan geri tələb etmək üçün xx.xx.2024-cü il tarixdə səhər saat 08 radələrində Sərxanın yaşadığı Bərdə şəhəri Rəsulzadə küçəsində yerləşən evə getmiş, qapını sonuncunun arvadı X10 açmışdır. Minayə ona Sərxanın evdə olmadığını demiş, daha sonra Sərxanın anası Gülnarə evdən çıxıb yanlarına gəlmişdir. Gülnarə ona telefonları Sərxandan alıb verəcəyini demiş, daha sonra Sərxan evdən çıxıb yanlarına gəlmiş, yumruqla onu vurmuş və onun evindən getməsini istəmişdir. Sonuncudan mobil telefonunu istəmiş, Sərxan telefonu verməyəcəyini demiş və ona bir dəfə də yumruq vurmuşdur. Yanında olan xx.xx.2012-ci il təvəllüdlü qızı X5 telefonunu götürüb Sərxanın onu döyməsini videoya çəkməsini istəmişdir. Sərxan Solmazın saçını dartaraq əlindən telefonu almış və özündə saxlamışdır. Qızı Solmazı da götürərək, evdən çıxmış və Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə şikayət etmişdir. Sərxanın anası Zərərçəkmiş şəxs vurmamışdır. Ona köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, Sərxan Nəcəfov oğludur. X18 evli olmasına baxmayaraq Şəxs ilə qeyri-rəsmi olaraq ər-arvad münasibətində olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 08 radələrində yaşadıqları evin qapısı döyülmüş, gəlini Minayə həyətə düşərək qapını açmış, qapının ağzında Elnarənin olduğunu görmüş, sonuncu ilə Minayənin mübahisə etdiklərini eşitmişdir. Minayə qapını bağlayaraq evə keçmiş, Elnarə səs-küy saldığına görə sonuncunun yanına getmişdir. Elnarə ona Sərxanın onun telefonlarını götürdüyünü və qaytarmadığını demiş, sonuncuya əgər Sərxan onun telefonlarını götürübsə alıb qaytaracağını demişdir. Elnarə onunla mübahisə etmiş və qolundan tutub burmuşdur. Sərxan yanlarına gəlmiş və Elnarəni ondan aralamışdır. DİNnin 102 xidmətinə zəng edəcəklərini bildirdikdə Elnarə qaçaraq uzaqlaşmışdır. Şəxs onun qolunu burarkən xəsarət almışdır. Sonuncunun cəzalandırılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında dindirilən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi X6 göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 08 radələrində qeyri-rəsmi yaşadığı Sərxan Nəcəfovun yaşadığı Bərdə şəhəri Rəsulzadə küçəsində yerləşən evə getmiş, orada Sərxan Nəcəfovun anası Zərərçəkmiş şəxs ilə mübahisə edərək, sonuncunun qolunu burub ona xəsarət yetirmişdir. Bərdə Rayon Polis X3 07 may 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə tədbir görülməsi üçün Bərdə RPŞ-nin İTB-nə göndərilmişdir. Bu səbəbdən də Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. İş materiallarında olan: Bərdə Rayon Polis X3 təhqiqatçısı, polis leytenantı X7 “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərarından görünür ki, toplanmış material üzrə cinayət işi başlanması rədd edilmiş, Şəxs Məhiyəddin qızı, X9 və X8 əməllərində Azərbaycan Respublikasının İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barələrində həmin maddə ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanması üçün qərarın surəti şöbənin İTB-nə verilməsi qərara alınmışdır. Məhkəmə-Tibbi Ekspertiza və X4 Bərdə rayonlararası mərkəzinin verdiyi 09 aprel 2024-cü il tarixli 269 saylı rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs Firudun qızının məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət-sol said nahiyəsinin yuxarı 1/3-nin ön səthinin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Şəxs Məhiyəddin qızının əməlində onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal yoxdur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bərdə RPŞ-nin İTB-nin polis sahə rəisi X1 izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Məhiyəddin qızının İXMnin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi zərərçəkmiş şəxsin izahatı, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 07 may 2024-cü il tarixli qərar, inzibati xəta haqqında 15 may 2024-cü il tarixli MN seriyalı ******* nömrəli protokol və digər sübutlarla təsdiq edilir. İXM-nin: 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 84.2-ci maddəsinə əsasən, heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, inzibati tənbehin məqsədlərinə nail olmaq üçün Şəxs inzibati cərimə növündə tənbeh tətbiq etməklə onu qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm özü, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq kimi İXM-nin 21-ci maddəsində nəzərdə tutulan inzibati tənbehin məqsədlərinə nail olmaq mümkündür. İXM-nin: 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutlmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 21-ci maddəsində göstərilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsində göstərilmişdir ki, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs inzibati tənbeh tətbiq edərkən onun törətdiyi xətanın xarakterini, şəxsiyyətini, o cümlədən, təqsirinin dərəcəsini, əmlak vəziyyətini nəzərə alır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114, 128 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qəraraaldı: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib, 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №3(021)-602/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №3(021)-602/2024
15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver