Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 3(021)-604/2025 22.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, X1 iclas katibliyi, Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X3, zərərçəkmiş şəxs X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxx 1977-ci ildə doğulmuş, orta təhsilli, işsiz, ünvan 1ində qeydiyyatda olmaqla Bərdə rayonu, Böyük Göyüşlü kəndi ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 232-1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra-İXM) 232-1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Bərdə rayon Polis Şöbəsində 22 avqust 2025-ci il tarixli MN №2276314 saylı inzibati xəta haqqında potokol və ona əlavə edilmiş sənədlər tərtib edilərək baxılması üçün Bərdə Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında protokol tərtib etmiş şəxs Bərdə rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X7 26 sentyabr 2024-cü il tarixdə X12 ilə Şəxs arasında yaranmış mübahisə zamanı Şəxs X8 məxsu “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələyərə ona maddi ziyan vurmuşdur. Daxil olmuş məlumat əsasında araşdırma aparılmış 06 sentyabr 2024-cü il tarixdə cinayət işinin başlanması rədd edilmişdir. 28 oktyabr 2024-cü il tarixdə Bərdə rayon X2 qərarına əsasən cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar ləğv edilmiş, material araşdırma aparılması üçün Bərdə rayon Polis Şöbəsinin İB_nə göndərilmişdir. Material üzrə yenidən araşdırma aparılaraq cinayət işinin başlanması rədd edilmiş Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək Bərdə rayon Məhkəmsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmə iclasında izahat verərək bildirdi ki, 25 avqust 2024-cü il tarixdə Quliyev BNAtiq İlqar oğlunun övladının doğulması münasibəti ilə təşkil edilmiş məclisdə iştirak etmiş Həmin məclisdə Aəid adlı şəxslə aralarında mübahisə yaranmış, sonradan onu sakitləşdirmşilər. Onlar oturub yeyib-içməyə davam etmişlər. Saat 01 radələrində mağarın qarşısında əyləşən zaman Səfəron oğlu Rüfət gəlmçiş və “Surətə kim cavabdehdinr” deyə sual vermişdir. Həmin vaxt Natiq “ mənim qonağımdır mən cavabdehəm” deyə cavab vermişdir. Bu vaxt Rüfətlə Natiq arasında mübahisə yaranmış Rüfəti itələyərək Natiqi Natiqi oradan uzaqlaşdırmışdır. Həyat yoldaşı və oarada olan ş\əxslər onu hadisə yerindən uzaqlaşdıraraq evinə gətirmişlər. X15 ğlunun avtomobilinə heç bir ziya vurmamışdır Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında göstərmişdir ki, ziyan dəymiş avtomobil olna məxsus olasa da o hadisə yerində olmamışdır. Həmin vaxt avtomobili oğlu Rüfət idarə etmiş və X4 övladı üçün təşkil etdiyi məclsidə iştirak etmişlər , Məclisdə musiqi çalınan vaxt oğlu İlqar oyanmış həmin vaxt oğlunun musiqiqsi yarımçıq saxlanılmış, bu zaman mübahisə olmaması üçün o oğlunu və ailə üzvlərini götürərək evə gəlmişdir. Məclis yekunlaşandan sonra oğlu ilə Natiq arasında telefon danışığı olmuş., Rüfət ondan xəbərsiz olaraq onun avtomobili ilə Natiqgilə getmiş, Orada Natiq ilə Rüfət arasında mübahuisə olmuş, həmin vaxt bir neçə şəxs onun avtomobilini zədələyərə ona ziyan vurmuşlar. Yadigar onun avtomobilinin damına çıxmış, Natiq isə avtomobilin şüşələrini sındırmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan materialları araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X6 barəsində tərtib olunmuş inzibati xəta haqqında prоtоkоl düzgün tərtib olunmadığından onu tərtib etmiş оrqаnа, Bərdə rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. İnzibati iş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsinin müstəntiqi, polis kapitanı Məmmədov Şahəddin ŞƏrəfəddin oğlunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 mart 2025-ci il tarixli qərarından görünür ki, 26 sentyabr 2024-cü il tarixdə Bərdə rayonu Mustafağalı kəndində yaşayan X12 Bərdə rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək Yadgiar adlı şəxsin ona məxsus oln “ Chevrolet-Cruze” markalı, **-VL-*** dövlət qeydiyyat nişanlı avtomolbilə qəsdən maddi ziyan yetirməsi barədə məlumat vermişdir. Qərarın təsviri hissəsində göstərilənlərə əsasən matüerial üzrə Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 186 və 221-ci maddəsinə ilə cinayət işinin başlanması rədd edilmişdir. Bərdə rayon Polis Şöbəsində 22 avqust 2025-ci il tarixli MN №2276314 saylı inzibati xəta haqqında potokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Hüseynalılar kəndində X9 məxsus olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Həmin maddənin qeydinə əsasən bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, inzibati xəta haqqında materiallarda X9 məxsus olan “Chevrolet Cruze” markalı, **-LV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ziyan vurulduğu bildirilsə də həmin ziyanın hesablanmasına dair müvafiq qiymətləndirici rəyi məhkəməyə tam təqdim edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı, protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Qeyd olunanları nəzərə alaraq və qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutaraq məhkəmə belə nəticəyə gəlir ki, protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 2 iyul 2025-ci il tarixli MN № MN №2276314 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə qaytarılmalıdır. Məhkəmə göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinin tələblərini rəhbər tutub, QƏRARA ALDİ: Şəxs barəsində İXM-nin 232-1-ci maddəsi ilə tərtib olunmuş 22 avqust 2025-ci il tarixli MN №2276314 saylı protokol və ona əlavə olunmuş sənədlər Bərdə Rayon Polis Şöbəsinə geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Bayram Məhərrəmov
Məhkəmə qərarları › İş №3(021)-604/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №3(021)-604/2025
22.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver